Bəlkə də hər sevgi, insanların bir-birinə bəslədiyi hər böyük hiss ölümə meydan oxumaq və əbədiyyətə möhtəşəm bir çağırışdır. Heç nəyin daimi olmadığını, tənhalığın qaçılmazlığını, ölümün heç vaxt hər iki tərəf üçün eyni anda gəlmədiyini anladıqlarına baxmayaraq insanlar taleyə, əbədiyyətə və ölümə meydan oxumaq üçün özlərində cürət tapırlar. Həyatı elə yaşayırlar ki, sanki ölüm yoxdur. Sanki yoxluğun kandarından o yanda gözlemekde olan əbədiyyət həqiqi hisslərdən başqa hər şeyi məhv edən bu çevrilmənin böyük çağırışı qarşısında onsuz da geri çəkilməkdədir.