Raisa

Raisa
@dalliaancee
Kitap okuyan biri, ölmeden önce binlerce hayat yaşar. Hiç okumayan insan ise sadece bir hayat.
İnsan zəhmət çəkməsə, dua heç bir işə yaramaz. Oturub Tanrının bizə mərhəmət göstərməsini gözləyə bilmərik! Qaranlıqda müqəddəs yox, çıraq axtarmaq lazımdır!
Sayfa 67·Kitabı okudu
Etimoloji Defteri
Mücellit Nedir ?
Gənc qadınlar ya mübadilə olunur, ya da satılır. İzdivac ailələrarası və ya ailədaxili sövdələşmədən ibarətdir. Evliliyin nəslə verəcəyi fayda hər şeydən üstündür. Hisslərə çox nadir hallarda önəm verilir. Əfqan qadınları əsrlər boyu bu haqsızlığa boyun əyib, bununla belə, şərqilər, şeirlər yazaraq hisslərini dilə gətiriblər. Bu şərqilər kimlərinsə dinləməsi üçün yox, dağlarda, çöllərdə əks-səda versin deyə yazılıb.
Sayfa 58·Kitabı okudu
Əfqanıstanda bir qadının eşq həsrəti tabu sayılır. Bu həm nəslin namus keşikçiləri, həm də mollalar tərəfindən qadağan edilir. Gənclər görüşmək, sevişmək, həyat yoldaşlarını seçmək hüquqlarından məhrumdurlar. Məhəbbətin romantika ilə əlaqəsi yoxdur, əksinə, eşq ciddi bir günah sayıla, ölümlə cəzalandırıla bilər. Bu qaydalara əməl etməyənlər soyuqqanlılıqla öldürülür. Əgər iki insandan biri ölümlə cəzalandırılırsa, öldürülən qeyd-şərtsiz qadın olur.
Sayfa 58·Kitabı okudu
Bəzən nə yazacağını bilmirsən, amma sadəcə yazmaq istəyirsən. Durğu işarələrini də qoymağa bəzən səbrin və hövsələn çatmır. Elə hey istəyirsən ki, beynindəkiləri kağıza tökəsən. Qorxursan ki, geciksən, fikirlərin uçar. Bir daha əvvəlki kimi düşünə, ardıcıllığı yadına sala bilmərsən. Bəzən deyirlər ki, səhər tezdən qalxmaq səni digər insanlardan fərqləndirir. Hə, doğruymuş. Məsələn, günəşin ilk şəfəqlərini, quşların nəğməsini, havadakı o mehi, şəhərin səssizliyini ilk mən duydum. Gündüz həyətin torpağı üzərində səs-küy salaraq oynayan, səsləri ta balkonuma kimi gələn uşaqların sevinc hayqırışlarını, nərd oynayan dayıların oyun söhbətlərini, söhbət edən xalaların sözcüklərini, reaksiyalarını duymuram. Səssizliyin içindəki duyulmayan səs-küy insana necə də hüzur verirmiş. Bəlkə də balkonunda mənim kimi edən, amma görə bilmədiyim insanlar anlayar sezərək hiss etdiyim duyğularımı. Bir azdan günəş ən təpəyə çıxacaq- şəhərin səs küyü başlayacaq, uşaqların oyun səsləri, dayıların nərd söhbətləri, xalaların qiybətləri həyatımızın- günümüzün tamamlanacaq olan parçalarını kompensasiya edəcək. Mənə düşən hissəsini də ya yazaram, ya da yerinə yetirərəm. Burda qərarsızam… 09.05.24

Raisa

, 2025 okuma hedefini ekledi.
2025 OKUMA HEDEFİ
4/20 kitap - %20 tamamlandı
4 kitap okudu
20 kitap
1.030 sayfa
4 inceleme
32 alıntı