Raisa

Raisa
@dalliaancee
Kitap okuyan biri, ölmeden önce binlerce hayat yaşar. Hiç okumayan insan ise sadece bir hayat.
Ailə, təknikahlılıq, romantik məhəbbət. Hər yerdə müstəsnalıq və qapanma, meylin, istəyin bir cisimdə cəmlənməsi; coşqunluq və enerji məhdud məcraya yönəldilir.
Reklam
Dünya atalarla dolu idi, - deməli, iztirablarla, analarla dolu idi, - deməli, sadizmdən tutmuş bəkarətədək çeşidli pozğunluqlarla, qardaşlar, bacılar, dayılar, xalalarla dolu idi - dəliliklər və intiharlarla dolu idi.
Elə cisim və əqlin tərbiyəsinin başlıca məqsədi insanlara, özlərinin qaçılmaz sosial talelərinə məhəbbət aşılamaqdır.
8/10
·344 syf.··
2025 1. kitabı
·
4 günde okudu
·
Okunma: 10 Şubat 2025 00:26
Ümumi terminologiyaya əsaslanaraq əfqan tarixi ilə bağlı kitabların ithaf etdiyi hadisələr bu terminologiyanı artıq dünyanın tarixinə hopdurub desəm, yanılmaram. Oxuduğunuz sadəcə bir kitab deyil. Burada xəyal qurmaq, onun aşıladığı emosiyaların ağuşunda itib batmaq qeyri-mümkündür. Kitabı oxuduqca sizə bəxş olunan hislər yalnız kədər, məyusluq və duyğusallıqdan ibarətdir. Osne Seyerştad’ın Sultan xanın evində keçirdiyi günləri qələmə alması bizə-dünyaya əfqan tarixinin bəlalarının bir daha gün üzünə çıxmasından, həll olunmayan problemlərin üst-üstə qalaqlanmasından xəbər verir. Taliban rejiminin insanları İslam təriqəti altında birləşdirərək cəmiyyətə tətbiq etdiyi qaydalar isə sadəcə cəfəngiyyatdan ibarət idi. Kitabda ən çox məyus olduğum hissə isə qadınların cəmiyyətdən burka vasitəsilə təcrid olunması idi. O burka ki, onun arxasında gizlənən gözlərin nə qədər xəyalları, arzuları var idi. Leyla obrazı isə ən çox üzüldüyüm obrazlardan biri oldu. Həyatı ailəsinə qulluq etməklə keçən və sosial cəmiyyətdən təcrid olunan, həmin qadağanın zəncirləri qırıb atmağa çalışsa da, buna imkan verilməyən, xəyallarını daima içində boğan bir Qadın… Dünyada belə bir şəraitdə yaşayan həmcinslərimlə eyni dünyanı paylaşmaq və əlimizdən bir şey gəlməməsi…Çarəsizlik… Sultan xanın kitab dükanları isə Kabilin həyatına xüsusi bir rəng qatırdı. Hər çevirdiyiniz səhifədə Əfqanıstanın, eləcə də Kabilin ya əvvəldən sizə məlum olan, ya da yeni görəcəyiniz bəlaları ilə qarşılaşacaqsız.
Kabildə Bir KitabçıAsne Seierstad · Teas Press Nəşriyyatı · 2020253 okunma

Raisa

, bir kitap okudu
8/10
·344 syf.··
4 günde okudu
·
2025 1. kitabı
Asne Seierstad
7.5/10 · 253 okunma
Reklam