- Doğrudan? - Con təəccübləndi. - Düşünürdüm ki, o biri dünyada... Bəs Linda deyir ki, orada heç kim heç vaxt tənha olmur.
Bernard utancından qızardı.
- Bilirsinizmi, - Bernard kənara baxaraq söylədi, - yəqin ki, mən hamı kimi deyiləm.
- Hə, səbəb elə budur, - deyə Con başı ilə təsdiqlədi. - Əgər sən başqaları kimi deyilsənsə, tənhalığa məhkumsan.
- Məgər sən azad olmaq istəməzdin?
- Nədən danışdığını başa düşə bilmirəm. Mən onsuz da azadam. Sevinməkdə, kef çəkməkdə azadam, indi hamı xoşbəxtdir.
- Hə, - deyə Bernard gülümsədi. - “İndi hamı xoşbəxtdir”.
Dəniz məndə elə hisslər oyadır ki... - Lazımi
sözləri tapmaq üçün susdu. - Mən sanki daha çox özüm oluram. Başa düşürsən, özüm, tamamilə kimin və ya nəyinsə itaətində olmayan adam. Bütöv ictimaiyyətin bir hissəsi, sadəcə, hüceyrə yox.