Bilirsinizmi, Nuriyyə xanım, məncə, həqiqi sənətkarın fırçasından heç bir zaman quru müqəvva çıxmaz. Həqiqi istedad, daşa, torpağa da ruh vermək kimi ecazkar bir qüvvəyə malikdir.
Mən sonralar anladım ki, İmi-Cimi kimi insanlar həyatda heç bir zaman nəinki hücum, hətta, açıq müdafiə mövqeyi də tutmurlar. Çünki bunların hər birisində iki cəhət ola bilər: ya qalibiyyət, ya da məğlubiyyət. İmi ilə Cimi üçün isə, bu cür cəsarət göstərmək heç bir vəchlə əlverişli deyildir. Ona görə də, belə adamlar kərtənkələ kimi mühitin rənginə uyğunlaşaraq, gizlənməyi hər cür qabaqlaşmaya, açıq mübarizəyə tərcih edirdilər.
"Mən yalqızlığı sevmirəm! Mən təklikdən qorxuram! Əbədi təklik dəhşətdir. Mən daha çoşğun akkordlar vurmağa çalışırdım. Mən dünyanı çoşğun, şən səslərlə doldurmaq istəyirəm. Mən təkliyi sevmirdim, sevmirdim".
"Biz insanlar dünyaya nə üçün gəldik? Təbiətin bu əbədi ahənginə nə əlavə etdik? İndi mənim çəkdiyim bu əziyyət, bu iztirab nə üçündür? Əgər mən olmasaydım, bu gözəl gecə nə itirərdi?"