Diri bədənlərin ölü beyinləri...
Puan vermedi·96 syf.··
2026 19. kitabı
·
8 saatte okudu
·
Okunma: 15 Haziran 2026 19:44
Əsərdə elmsizliyin, kor-koranə inancın gətirdiyi fəlakət və çarəsizlik elə bir səviyyədə təsvir olunub ki, insan oxuyanda dəhşətə gəlir. Bütöv bir kütlənin bir fırıldaqçının yalanına necə qurban getdiyini, insanların öz iradəsini və ağlını necə heçə saydığını oxuyuruq. Əgər bir insanın düşüncəsi, elmi və sorğulamaq qabiliyyəti yoxdursa, o yaşayan ölüdür. İnsanı sarsıdan çox ağır bir kitabdır. Mütləq oxunmalıdır.
1000Kitap
ÖlülərCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 01,279 okunma
10/10
·424 syf.··
Beğendi
·
2026 45. kitabı
·
30 günde okudu
·
Okunma: 26 Mayıs 2026 20:22
kitab məni yerdən yerə vurdu, ikinci dəfə oxumağıma rəğmən ilk oxumamda(9-cu sinif) heç nə başa düşmədiyimin fərqinə vardım, hər cümləsinin altından xətt çəkmək istəyirdim, hətta o qədər mənə toxundu ki, psixoloqa getməyə başladım, bütün xatirələrim gözümün önündən keçdi, oxuduğum ən yaxşı azərbaycan ədəbiyyatlarından biri idi, mütaliə müddətində dəhşət zövq aldım, əhsən
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,812 okunma
Reklam
The shape of voice
10/10
·168 syf.··
Beğendi
·
2026 8. kitabı
Bu necə bir volume idi :'( Heç bitsin istəmirdim. O qədər mükəmməl idi ki, sözlərlə necə ifadə edim bilmirəm belə. Net animesindən daha yaxşı idi manga. Sonluğun açıq ucla bitməsi hələ... "A Silent Voice" sözün əsl mənasında səssizcə atılan qışqırtı hissi yaratmağı bacarıb. Bunu deyirəm, çünki filmdə də həm Shoyanın peşmanlıqları üzündən üstündə qalmış olan bütün vicdani yükün ağırlığının yaratdığı səssizlik, həm də Shoukonun fiziki olaraq danışa bilməməsi bu adla çox yaxşı çatdırılıb. Buna baxmayaraq mən filmin orjinal adı "聲の形", yəni "The shape of voice" adını daha çox sevirəm. Səsin özünü səs dalğası olaraq vizuallaşdırmağı bir kənara qoysaq, səsimiz, sözlərimiz, fikirlərimiz fərqli və ya yanlış interpretasiya oluna, anlaşıla bilər. Burada da obrazların bir-birinə olan münasibətinin fərqliliyini, sanki bir növ fərqli "biçimdə" başa düşüldüyünü görə bilərik. Shoyanın keçmiş hərəkətlərinin lənəti böyüyəndən sonra belə onu rahat buraxmırdı. O özünü inkişaf etdirib dəyişdirmiş olsa da. Filmini ilk dəfə 2023-cü ilin fevral ayında izləmişdim. Film mənə o qədər çox təsir eləmişdi ki, səhəri gün birdə ingiliscə dublajlı versiyasını izləyib heyran qalmışdım. Yenə izlədim və deyə bilərəm ki, bu dəfə filmi daha fərqli bir perspektivdən ələ aldım. Bunu 2023-cü ildə izləyəndə əsas fokuslandığım hissə Shouyanın yalnızlığı olmuşdu. Çünki o zamanlar dəhşət asosial biri idim və sadəcə 2 şəxs dost deyəcəyim qədər yaxın idi mənimlə. Və o zamanlardakı Zamin filmlərə daha dərindən baxmağı bacarmırdı tbh. Filmin əsas məqsədi mənim baxışıma görə bu cür insanlara (fiziki məhdudiyyəti olan) qarşı fərqindəlik yaratmaqdan yanaşı olaraq, aidlik hissi, cəmiyyətin linç kültürünün gələcək nəticəsi, bir bullinqin həm zərərçəkən, həm də zərər verənin özü tərəfə olan təsirini göstərmək olub.
A Silent Voice, Vol. 7Yoshitoki Oima · Kodansha Comics · 2016300 okunma
Dəhşət dərəcədə cansıxıcı kitabdı
2/10
·336 syf.··
2026 8. kitabı
·
5 günde okudu
·
Okunma: 15 Nisan 2026 09:47
Amazonda gəzəndə 6 il əvvəl oxumaq istədiyim kitabı görüb sifariş etdim. 11 günə bitirsəm də nəticə tam bir məyusluq oldu. Vaxt itkisindən başqa bir şey deyil. Xüsusilə obrazların dialoqları, qızın hər dəfə oğlana “bayım” deyə müraciət etməsi çox süni və yorucu idi. Bir sözlə, oxumağa dəyməz. OXUMAYIN!!! Kitab 355 səhifədir (mətn 9-cu səhifədən başlayır) Ayın 3ü 21 səhifə Ayın 4ü 55 səhifə Ayın 5i 20 səhifə Ayın 6sı 46 səhifə Ayın 7si 34 səhifə Ayın 9u 20 səhifə Ayın 10u 46 səhifə Ayın 11i 31 səhifə Ayın 12si 30 səhifə Ayın 13ü 28 səhifə Ayın 14ü 15 səhifə
01:01 Bugün Adımı Sen KoyN. G. Kabal · Ephesus Yayınları · 20205,8bin okunma
Axsaq dərvişin insanlığa xitabı və ya “Çağrı” romanı haqqında
10/10
·388 syf.··
Beğendi
·
2026 11. kitabı
·
13 günde okudu
·
Okunma: 31 Mart 2026 22:05
Ədəbi cəhətdən xüsusi mütaliə lətafətinə malik, oxuduqca səhifələri bir-birinə calanan, amma bir o qədər də bitməsini istəməyəcəyiniz bir əsərdən bəhs etmək istəyirəm. Bu əsər daha öncə “Dan ulduzu” kitabı ilə tanınan yazar Elçin Əzimlinin “Çağrı” romanıdır. Bu romanın misra aralarında vətənin dəyəri, sevgi, şövq, güc hərisliyi, qadın qüvvəti (bəli, zəifliyi deyil, qüvvəti), analıq duyğusu, atalıq məsuliyyəti, vərasət, tarixi gerçəklər, savaşın vəhşəti, həqiqi nəciblik, həsrət, ayrılıq, vəhdət, səfər, bağışlanma kimi bir-birindən güclü motivlərin işlənməsinə şahid olacaq, mənim kimi siz də əsəri mütaliə edib bitirdikdən sonra bir müddət boşluğa düşəcək, əsərin sehrindən qopmaq istəməyəcəksiniz. Bu əsərdə tarix, mənəviyyat, fəlsəfə, ədəbiyyat, irfani biliklər vəhdət təşkil edir. Bədii dili əvəzolunmaz təsvirlər, məcazlar, bənzətmələrlə zəngin olan “Çağrı” əsərini oxumağı həm tarixi, həm ədəbiyyatı sevənlərə tövsiyə edirik. İndi isə keçək əsərin süjet xəttinin təhlilinə. Diləyənlər əsəri oxuduqdan sonra təhlilə nəzər yetirə bilərlər. XIII əsr, Mavəraünnəhr, Zərəfşan çayı sahilləri, torpaq yuvalarından başını çıxarıb yazın gəlişini qarşılayan “kelegü”lər – sünbülqıranların insan qorxusu, qədim türkün Torpaq Ana ilə bağı ilə başlayan Elçin Əzimlinin “Çağrı” tarixi romanı Çingiz xanın dünyanı lərzəyə gətirdiyi bir dövrdən bəhs edir. Amma bu əsərin baş qəhrəmanı nə Çingiz xan, nə monqol ordusu, nə də başqa biridir. Əsər Mavəraünnəhr ərazisində qarluq obasının təsviri, qarluqların Zərəfşan sahilindəki məskəni – Qayalıqda baş verən proseslərin alovlanması, qarluq hakimləri – Laçınoğullarının ailə məzarlığının yerləşdiyi Laçın qayasındakı mağaraya yad adamın, fiziki cəhətdən qarluqlara, hətta onların heç bir zaman görmədiyi görünüşə malik olan başdan ayağa – kirpiyindən əbasına
ÇağrıElçin Əzimli · Teas Press · 2023107 okunma
Trigger
10/10
·428 syf.··
2026 3. kitabı
·
22 günde okudu
·
Okunma: 22 Mart 2026 00:00
Bəzən bir qapı açılar və bütün dünyanız o qapının arxasındakı qaranlığa qərq olar. Alman triller ustası Vulf Dornun "Psixiatr" (Trigger) romanı məhz belə bir başlanğıcla oxucunu yerindən tərpənməyə qoymur. ​ Hekayənin qaranlıq mərkəzi ​Hər şey gənc və uğurlu psixiatr Elen Rottun növbətçiliyi zamanı başlayır. Klinikaya vəhşicəsinə işgəncə görmüş, dəhşət içində olan naməlum bir qadın gətirilir. O, yalnız "Səkkizinci gün"dən və onu izləyən kölgədən danışır. Amma qəribə olan budur ki, cəmi bir neçə saat sonra həmin qadın sanki heç vaxt mövcud olmayıbmış kimi yoxa çıxır. Nə palatada izi var, nə də xəstəxana qeydlərində... ​Elen bu sirrin izinə düşdükcə, əslində öz keçmişinin qanlı səhifələrinə və zəkasının ona oynadığı təhlükəli oyunlara doğru addımlayır. ​ Niyə bu kitabı oxumalısınız? ​Psixoloji Manipulyasiya: Dorn sadəcə bir cinayət hekayəsi danışmır, o, insan beyninin qorxu anında necə "tətikləndiyini" (Trigger) mükəmməl təsvir edir. ​Paranoya Hissi: Kitabı oxuduqca personajlarla birlikdə siz də hər kəsdən şübhələnməyə başlayırsınız. "Mən dəli oluram, yoxsa hamı mənə qarşıdır?" sualı beyninizdə dayanmadan əks-səda verir. ​Temp və Atmosfer: Müəllifin dili o qədər axıcı və sərtdir ki, klinikanın soyuq dəhlizlərini və o müəmmalı "Səkkizinci gün"ün qorxusunu dərinizdə hiss edirsiniz.​ Mənim düşüncələrim ​Bu kitab oxucunu "rahat zonası"ndan çıxarır. Son səhifəyə qədər tapmacanın parçaları birləşmir və finalda Dorn sizə elə bir zərbə vurur ki, kitabı bağlayanda bir müddət boşluğa baxmalı olursunuz. ​Əgər Sebastyan Fitsedin və ya Jan-Kristof Qrejenin üslubunu sevirsinizsə, Vulf Dorn sizin üçün yeni bir kəşf olacaq. Unutmayın, bəzən ən böyük canavar güzgüdə bizə baxan insanın içində gizlənir. ​Siz bu kitabı oxumusunuz? Və ya son zamanlar sizi ən çox gərginlikdə saxlayan triller
1000Kitap
PsixiatrWulf Dorn · Yay Neşriyat · 201811,5bin okunma
Reklam
Reklam