Hə, gəlib çatdım. İllər əvvəl qoyub getdiyim son dayanacağa... Gödəkcəmin qarını silkələyirəm, ayaqlarımı qapının ağzındakı köhnə kəsilmiş kiçik xalıya silirəm və budur kitabçı həmişəki kimi köhnə mizin üzərində əyləşib. Səliqə ilə əlindəki kitabı cildləyir. O biri dayanacaqlardakı məyusluqlardan sonra bu qapını həm böyük ümidlə, həm də qorxuyla