Puan vermedi·232 syf.··
2026 12. kitabı
Mirhicab Abdullayev - "Kənan və Aylin" Kitab çox sürətli oxunurdu, sanki yazıçı böyük bir hekayəni qısaldıb təqdim etmişdi bizə. Amma bu qədər qısa bir kitabda niyə bu qədər təkrar fikir var? Dəfələrlə eyni cümlələrin təkrarlanması süni şəkildə kitabın uzadılması deyil, bəs nədir? Tamam, kitab çox axıcı idi, amma niyə? Çünki hadisələr çox sürətli şəkildə baş verirdi. Yazıçı heç nəyi uzatmır, sanki kitab qısametrajlı film kimi kiçik-kiçik səhnələrdən ibarətdir. Hər səhnə bir-biri ilə bağlıdır, birini qaçırsan, hekayəni itirəcəksən. Obrazlara gah adları ilə, gah da "müəllim" deyə xitab edilməsi qəribə idi. Standart bir xitab tərzi seçilməli idi məncə. Bir obraz digər obraza bir səhifədə Kənan deyir, digər səhifədə Kənan müəllim deyir. Niyə? Əsas problemlərdən biri - təkrarçılıq. Birinci səhifədə oxuduğumuz bir şeyi növbəti səhifədə yenə oxuyuruq. Sizcə də bu yorucu deyil? Cümlələrin quruluşunda peşəkarlıq yoxdur, həvəskarcasına yazılmışdı sanki. Bədiilikdən söhbət belə gedə bilməzdi. Ard-arda gələn cümlələrin eyni sözlərlə bitməsi - vurulmuşdu, olmuşdu, yorulmuşdu, durmuşdu və s. hekayəni çox zəif göstərir. Kitabda çox gözəl fikirlər var idi, məntiqli və kamil düşüncələr. Və demək olar ki, bəzilərində yazıçı ilə həmfikir idim. Lakin üslub və tərz ədəbiyyatdan uzaq idi. Çünki yazıçı məişət, loru və ara söhbətləri ilə çatdırırdı bunları bizə. Deyilənlər ağıllı və mənalı olsa da belə, oxuduqca görürsən ki, cümlələrdə təbiilik əvəzinə sünilik üstünlük təşkil edir və bu da kitabın ciddiyyətini azaldır, səmimiyyətini itirir. O qədər loru dildə danışılır ki, sanki kitab oxumursan, məhəllədə kiminləsə qeybət edirsən. Amma yazıçının bir çox fikrini, təbliğ etmək istədiyini bəyəndim, fikirləri ilə həmfikirəm. Hər şeydən əlavə, mütaliə etmək mütləqdir ki, yazıçı da gəncləri
Kənan və AylinMirhicab Abdullayev · İmza Nəşrlər Evi · 20267 okunma
9/10
·217 syf.··
2026 60. kitabı
·
10 günde okudu
·
Okunma: 04 Haziran 2026 22:32
Bəli ,siz həyatınızı və gələcəyinizi düşüncələrinizlə formalaşdırırsınız! Uzun zamandir oxumaq istediyim kitablardan biri idi bu Kainatın ən böyük gücünə sahib olduğunuzu bilirsinizmi? Bu güc düşüncədir. Həyatınızı idarə edən əslində düşüncə tərzinizdir.Düşüncə tərziniz sizi uğurdan uğura apara, yaxud tam bir uğursuzluğa sürükləyə bilər; sizə sevgi və xoşbəxtlik bəxş edə və ya tənhalıq və çətinliklərlə dolu bir həyat yaşada bilər. Jack Ensign Addington tanınmış hüquqşünas olmaqla yanaşı, mənəvi elmlər sahəsində də təhsil almış və bu sahədəki biliklərini uzun illər davam edən dərin araşdırmalarla inkişaf etdirmiş bir şəxsdir. Müəllif insanın qarşısında yeni üfüqlər açan bu kitabında Universal Ağlın müdrikliyindən necə istifadə edə biləcəyimizi, insanın özünü məhdudlaşdıran düşüncə qəliblərini necə aradan qaldıra biləcəyini və uğursuzluğu necə möhtəşəm bir uğura çevirə biləcəyini izah edir. O, bu bilikləri Ortaq Şüurdan necə əldə edə biləcəyimizi öyrədir. Jack Ensign Addington bəhs etdiyi prinsiplərin doğruluğunu sübut etmiş bir mütəxəssis kimi, insanın möcüzəvi potensialını böyük inam və səlahiyyətlə gözlər önünə sərir.
%100 Düşünce GücüJack Ensign Addington · Akaşa Yayınları · 19993,260 okunma
Reklam
9/10
·496 syf.··
Beğendi
·
2026 61. kitabı
·
15 günde okudu
·
Okunma: 03 Haziran 2026 00:00
"Qürur və Qərəz" çox maraqlı bir əsərdir. Mən kitabı oxumazdan əvvəl onun filminə baxmışdım. Belə bir qənaətə gəlmişəm ki, film keyfiyyətli çəkiləndə əvvəlcə ona baxıb, sonra kitabı oxumaq daha yaxşıdır. Bu halda hər ikisindən də zövq alırsan. Filmin gözəl ab-havası var idi və məndə çox xoş təəssürat yaratmışdı. Kitabı oxuyanda da film və oradakı obrazlar birbaşa gözümün önündə canlanırdı. Xoşbəxt sonluqla bitən əsərlərin yeri bir başqa olur. Çünki insana tamamlanmışlıq hissi verir və geridə nə yarımçıqlıq hissi, nə də kədər izi qalır. Süjet boyu müxtəlif mərhələlərdən keçdikdən sonra, sonda hadisələr elə cərəyan edir ki, hər şey gəlib tam yerinə oturmuş olur. Əsərdə o dövrün ingilis cəmiyyəti, insanların düşüncə tərzi və mədəniyyəti çox yaxşı işlənib. Kitabı oxuduqca istər-istəməz həmin dövrün İngiltərəsinə səyahət etmiş olursan. "Qürur" və "Qərəz" anlayışlarına gəldikdə isə, qısa desəm, bu anlayışlar Mister Darsinin Hertfordşir qraflığına gəlişi və oradakı davranışlarının Elizabet və onun ailəsində doğurduğu düşüncələrdən formalaşıb. Onlar Mister Darsini qürurlu hesab edirdilər və bu səbəbdən də ona qarşı qərəzli yanaşırdılar. Hadisələrin gedişatı boyunca isə bu qürur və qərəzin zamanla necə aradan qalxdığını görürük. Görünən odur ki, bir insan haqqında sahib olduğumuz doğru biliklər artdıqca, mühakiməmiz də daha düzgün olur. Özünəməxsus aurası olan bu kitab mənim yaddaşımda xoş bir xatirə kimi qalacaq. Jane AustenJane Austen Qürur və QərəzQürur və Qərəz
1000Kitap
Qürur və QərəzJane Austen · Qanun nəşriyyatı · 097,7bin okunma
10/10
·320 syf.··
2026 58. kitabı
·
10 günde okudu
·
Okunma: 30 Mayıs 2026 14:10
Tarixin izlerini dasiyan şah eserdir Semerqend ! Oxuyarken sizi zamanin diliminde 11ci yuzilliye aparacaq ,tarixde öz izini qoymuş mühüm şexsiyyetler olan 3 dost Omer Xeyyam ,Nizamúlmúlk ve Hesen Sabbahin dostluğundan ,apardiqlari siyasetden,Səlcuq dövlətini, İsfahanı,Səmərqəndi,İran və Orta Asiyanı,elm, fəlsəfə və siyasi mübarizələri təsvir edecek o kitabdir Semerqend Men ise Alamutun davami olaraq oxudum bu kitabi. Semerqend 4 hisseden ibaretdir, 1ci hisse Omer Xeyyamin heyat ve yaradiciliğindan behs edir(Hadisələr XI əsr İran və Orta Asiyasında baş verir. Əsas qəhrəman məşhur şair, alim və filosof Ömər Xəyyamdır.)Kitabda onun: həyatından, elmə və dinə baxışından,sevgi münasibətlərindən, məşhur "Rübailər"inin yaranmasından bəhs edilir. Burada həmçinin dövrün iki mühüm tarixi şəxsiyyəti olan: Nizamülmülk Həsən Sabbah ilə münasibətləri göstərilir. Bu üç şəxs eyni dövrdə fərqli düşüncə yollarını təmsil edir: Xəyyam — ağıl və azad düşüncə, Nizamülmülk — dövlət və nizam, Həsən Sabbah — ideologiya və fanatizm. 2ci hisse Hesen Sabbahin yaratdigi saxta cennet Xaşxaşilerden 3cu hisse Ómer Xeyyamin elyazmasinin taleyinden (Amerikalı Benjamin Lesage adlı qəhrəman Ömər Xəyyamın itmiş orijinal "Rübailər" əlyazmasını axtarmağa başlayır. Onun axtarışları İran inqilabı dövründən keçərək sonda məşhur RMS Titanic gəmisinə qədər uzanır. Əlyazmanın taleyi insan taleləri ilə iç-içə keçir və tarix, sevgi, itki və zaman mövzuları birləşir.) 4cu hisse 19-cu esrde Benjaminin iranda oldugu muddetde burada geden siyasi çekişmeler, intriqalar ,muharibeler ,Benjaminin iranli xanimla esq macerasi,Ómer Xeyyamin elyazmasini qorumasindan behs edir Kitab sizi heqiqeten keçmise aparacaq ve yaddaşinizda inanilmaz iz qoyacaq bir eserdir ,2ci defe oxumaga deyer kitabdir bele bir eser ucun Amin Maaloufu
SemerkantAmin Maalouf · Yapı Kredi Yayınları · 202574,6bin okunma
Puan vermedi
Mehriban Məmmədova - "Səsimi kim eşidər?" Kitab satışa çıxdığı andan maraq dairəmdə olsa da, oxumaq elə bu günlərə qismət imiş. Kitabın real hadisələrə əsaslanması, xüsusən də baş obrazın elə yazıçının özü olduğunu bilə-bilə oxumaq hekayəni ikiqat təsiredici edir. Kitab o qədər duyğusal idi ki, mənim kimi daşürəkli bir insanın belə bəzi səhnələrdə gözünü doldurmağı bacardı. İnsan oxuduqca düşünür ki, biz sadəcə oxuyanda bu qədər təsirləniriksə, gör bu bədbəxt hadisələri yaşayan və sonra yenidən qələmə alan müəllif hansı travmaları yaşamalı olub... Kitab, gənc bir qızın - Nərgizin valideynləri tərəfindən erkən nikaha məcbur edilməsi və onun keçməkeşli həyat mübarizəsi ilə başlayır. Bu, valideyn səhvlərinin günahını övladın çəkdiyi, heç kim tərəfindən dinlənilməyən və istəmədiyi həyata məhkum edilən bir qızın hekayəsidir. Kitabı oxuduqca XXI əsrdə hələ də belə düşüncəli insanların var olduğunu bilmək mənə ikiqat əsəb verirdi. Qadını sıxan, "oğlana hər şey olar, qız susmalıdır" deyən və qızların təhsilinə mane olan bu düşüncə tərzi cəmiyyətimizin ən büyük yarasıdır. Sözsüz ki, kitabda bəzi nöqsanlar var idi. İlk səhifələrdən etibarən bəzi səhnələr bir az sönük və süni təsir bağışlayırdı. Cümlələr bədii ədəbiyyatdan uzaq, daha çox loru danışıq dilinə yaxın idi. Məsələn, iki baş obraz arasındakı dialoqların demək olar ki, 70%-i eyni - "ürəyim" sözü ilə başlayırdı, bu təkrarçılıq isə həmin dialoqdakı heç bir hissi, məncə, oxucuya tam şəkildə ötürmür. Bundan əlavə, kitabdakı hərf səhvləri də bəzən yorurdu insanı, amma hekayə maraqlı olduğu üçün o yoruculuq bir yerdən sonra kənarda qalırdı. Hekayədəki bəzi söhbətlərin təkrarlanmasını isə yazıçının keçirdiyi ağrının, aldığı travmanın çox güclü olması ilə bağlayıram. Yoxsa bu qədər təkrar olmazdı deyə düşünürəm... Kitabda
Səsimi Kim Eşidər?Mehriban Məmmədova · Kitabçı Nəşriyyat · 20255 okunma
9/10
·128 syf.··
2026 13. kitabı
Müsyo Jordan əsərini oxumağa onun dövrün reallıqlarını və cəmiyyətin vəziyyətini satirik dillə tənqid etdiyini bilərək başlamışdım. Müəllifin o zamankı mühiti, insanların düşüncə tərzini və dövrün cahilliyini bu şəkildə əks etdirməsi olduqca uğurludur. Əlbəttə, bunun bədii və satirik bir komediya əsəri olduğunu nəzərə alsaq, verilən mesajları müəyyən qədər anlamaq olar. Xüsusilə Müsyo Jordan və Dərviş Məstəli şah vasitəsilə cəmiyyətin o zamankı vəziyyətinin, elmsizliyin və mövhumatın təqdim olunması real görünür. Müəllifin yerli mühiti ifşa etmək üçün etdiyi xüsusi vurğular əsərin ümumi ideyasına xidmət edir. Ümumilikdə, əsər olduqca maraqlı, axıcı və düşündürücüdür. Dövrün sosioloji mənzərəsini görmək istəyən oxucular üçün maraqlı məqamlar var.
1000Kitap
Müsyö Jordan və Dərviş Məstəli ŞahMirza Fetali Ahundov · Xan Nəşriyyatı · 20264 okunma
Reklam
Reklam