Fəlsəfi Düşüncə
“Evlənəcək oğlanlara tövsiyyəm var. Evlənmək istədiyiniz xanım öz doğma atasından narazıdırsa (istisnalar: ata alkaşdır, ata səviyyəsizdir, ata dələduzdur), həmin xanımla ailə qurmayın”. Onun sözlərinə görə, qız əgər onun əziyyətini çəkmiş doğma atasının qədrini bilmirsə və ona nankorluq edirsə, çətin ona yad bir kişiyə hörmət və qayğı bəsləsin: “Desəniz ki, niyə bu qeydimi qızlar haqqında verib, oğlanlar haqqında yazmıram? Məsələ valideynə münasibətdən gedir, valideyn də insan üçün müqəddəs varlıqdır. Oğlanlar adətən valideyinlərindən razı olur - anasından da atasından da. Qızların beyinlərini isə “valideyinlərin sənə uşaqlıqda travma yaşadıblar” deyən şarlatan - 2 həftəlik sertifikatlı psixoloqlar pozur, poza bilir. Dinə görə, hansı övladdan valideynlər razı olarsa, Allah da həmin övladdan razı olar; mənası - valideyinlərinizə qarşı xoş davranın”. Professor qızlara da tövsiyə verib: “Bilirik ki, xoşunuza gələn oğlan tipi vurub-dağıdan, qolu zorba avara tiplərdir, cibində pulu olsa, ondan yaxşısı ümumiyyətlə yoxdur sizin üçün. Qadınlarda bu istək qəbilə dövründən qalan şüuraltı bir faktordur: çünki bu tipdə bir kişi həmin qadını və onun övladlarını qoruyub saxlaya biləcək. Amma bu tip oğlanlar da ailəsinə qarşı o qədər sadiq, həssas və nəzakətli olmurlar, məsələn çəkdiyi siqaretin kötüyünü yerə atır, qısacası xuliqan tiplər. Siz heç görmüsünüz kitabxanada elmlə məşqul olan oğlanları qızlar bəyənsin? Çox nadir hallarda. Qızlar özlərinə yaxşı ər seçmək istəyirlərsə, başıaşağı, mədəni, işgüzar, elmə və sənətə yaxın, altruizmlə dolu oğlanlara diqqət yetirsinlər. Onlar daha təxmin oluna bilən, daha sabit tiplərdir”. Hüquq üzrə Fəlsəfə Doktoru və Professor Fərhad Mehdiyev
Felsefe-Düşünce
Kölgəsiz
Hər şey yolunda gedərkən, ya da mən elə zənn edərkən, birdən fərqinə vardım ki, kölgəmi itirmişəm. Düzdür, çoxdandı qaranlıqda yaşayırdım, gün işığını az görürdüm. Amma bu, kölgəmi sağ saxlamaq üçün kifayət etməli idi. İnternetdə oxumuşdum ki, kölgələr bəzən illərlər gün işığı görməsə də yaşaya bilər. Buna görə kölgəm ən son düşünəcəyim şey idi. Amma görünən odur ki, mən kölgəsiz qalmışam. Özümü inandırmağa çalışıram ki, uzun müddət işığa çıxmadığım üçün ölüb. Başqalarına da bu yalanı deyirəm, deyəcək başqa izahım yoxdur. Məni görən hamı mat-məətəl qalır. Heç adam da kölgəsini itirər? İndi bu qədər adam arasında kölgəsiz qalmağın utancını yaşayıram. Evdə süni işıqlarla kölgəsini bəsləyən insanlara gülərdim, kaş mən də elə etsəydim. Kölgəsinə qayğı göstərməyən hamı bir gün bu snou yaşayır deyəsən. Açığı, kölgəmin yoxluğunu dərk etməyim vaxt aldı, baxmayaraq ki, həmişə başı aşağı gəzirəm. Amma diqqətim həmişə başqa yerdədir. O qədər çox şey düşünürəm ki, başımı qaşımağa belə vaxt tapmıram. Gündəlik adi şeylər üçün ayağa durub nəsə etmək mənə görə vaxt itkisidir. Mən düşünən adamam. Kaş hər şeyi bu cür həll etmək olsaydı, qorxduğum adamları düşüncə gücü ilə yıxsaydım, borclarımı düşünərək ödəyə bilsəydim, hamıya sübut etsəydim ki, mən bu qədər gücsüz və lazımsız deyiləm. Siz boş-boş gəzərkən, mən düşünürəm. Hər axşam evə qayıdanda ümidsizliklə işığı yandırıb kölgəmi axtarıram. Elə bilirəm bir küncdən çıxacaq və deyəcək ki, mən evdə səni gözləyirdim. Amma heyif ki, bu baş vermir. Mən düşüncələrdə hamı ilə mübarizə apararkən, kölgəm məni tərk edib. Həm də məni çox gözəl, günəşli bir gündə tərk edib. Allah bilir, hansı kölgələrə, bədənlərə qoşulub qaçıb. Axı mən kölgəmi də özüm kimi bu qaranlıq otağa həbs edə bilməzdim. Bəlkə vaxt gələr, mən də ona qovuşaram. Günəşli
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Həqiqətin Səssizliyi və Dərketmənin Sərhədləri
Həqiqətin səssizliyi və dərketmənin sərhədləri mövzusu, bəşər tarixinin ən güclü intellektual təcrübələrindən biridir. İnsan çox vaxt elə hesab edir ki, əgər əlində yetərli sübut, məntiq və aydınlıq varsa, qarşısındakı hər kəsi gerçəyə inandıra bilər. Lakin fəlsəfə bizə öyrədir ki, idrak və anlama insanın ruhən və zehnən o həqiqəti qəbul etməyə hazır olması halında baş verə bilər. Bu hazırlıq yoxdursa, ən parlaq işıq belə kor gözlər üçün qaranlıqdan fərqlənmir. Platonun məşhur mağara təmsilində təsvir etdiyi kimi, ömrü boyu kölgələri gerçəklik sanan birinə mağaranın xaricindəki günəşi izah etməyə çalışmaq nəinki mənasızdır, həm də təhlükəlidir. Çünki o insan üçün kölgələr onun dünyasıdır və bu dünyanı sarsıdan hər kəs onun düşməninə çevrilir. Bu nöqtədə dərketmə səviyyələri arasındakı keçilməz divarlar epistemoloji bir elitizm kimi deyil, təbiətin bir qanunu kimi qarşımıza çıxır. Həqiqət hər zaman eynidir, lakin hər zehin onu öz həcmi qədər qəbul edir. Tarix boyunca bəzi müdriklər insanın həqiqətlə münasibətindəki bu faciəli məsafəni müxtəlif formalarda ifadə etməyə çalışmışdılar. Məsələn, antik dövrün kinik filosofu Diogenin gündüz vaxtı əlində çıraqla "adam axtarması" əslində cəmiyyətin mənəvi korluğuna qarşı səssiz bir üsyan idi. Diogen yaxşı bilirdi ki, görmək istəməyən birinə işıq tutmaq sadəcə çırağın yağını hədər etməkdir. Bu düşüncə modern dövrdə Nitsşenin fəlsəfəsində daha kəskin bir forma alır. Nitsşe hesab edirdi ki, bəzi həqiqətlər hər kəsin çiyinlərinə qoyulacaq qədər yüngül deyil. Onun "Zərdüşt belə deyirdi" əsərindəki "mənim dağlardakı həqiqətlərim üçün aşağıdakıların qulaqları yoxdur" ifadəsi, həqiqətin həm də bir ağırlıq və məsuliyyət daşıdığını xatırladır. İnsanların çoxu həqiqəti deyil, onları rahatladan illüziyaları seçir, çünki gerçək hər zaman
Felsefe
Yeridiyi yerdə birdən ağlına bir düşüncə gəldi, uzun müddət əvvəl unutduğunu düşündüyü bir düşüncə. Yıxıldığını zənn etdi, ancaq birdən diziüstə düşdü. Oturdu asfaltın üzərinə. Qıraqdan gələn bir adam “Qardaş, qardaş yaxşısan?” dedi. Üzünə baxdı. Adam o qədər qorxdu ki, tez təcili yardıma zəng etdi. Həqiqətən pis hiss etdiyini o anda anladı. “Ya Rəbb! Nə idi bu belə? Sən görürsən ay Allah, yaman pis oldum birdən, bu düşüncə məni buraxmır sanki.” Sonra yavaşca asfalta uzandı. Huşu yavaş-yavaş itməyə başladı. Adam əlini onun başının altına qoydu. Nə yaman rahat hiss edirdi. Huşu itdikcə rahatlaşırdı. “Subhanallah.” Son sözü bu oldu.
İnsan ve Hayat
Sabah yeni bir kitab alacağam yəni yeni bir həyatdüşüncə yaşayacağam....
Alıntı
Belə!
Hər bir insan özünün varlığını ətrafa bəyan etmək üçün daima diqqət mərkəzində qalmaq istəyir, bu çox normal bir düşüncədir, hətta uşaqlar belə onlara diqqət və qayğı göstərilməyəndə ağlayır, qışqırır ən son halda haranısa bulayır, nəyisə sındırırlar. Çünki əlindən başqa bir iş gəlmir, varlığını göstərmək üçün əlindən başqa bir şey gəlmir. Əgər bir qadının vücud gözəlliyindən başqa heç nəyi yoxdursa, ən son halda varlığını bədənini göstərməklə isbat etməyə çalışacaq. Ona görə də qadınlar maariflənməli, təhsil almalı və özlərininin varlıqlarını isbat etmək üçün yeni bacarıqlarını kəşf etməlidirlər. Düşüncə gözəlliyi olan qadın bədən gözəlliyini nümayiş etdirməyə çalışmır. Əli Şəriəti.
Alıntı