Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur
Düşündürücü
İnsanlar ümumiyyətlə, sözlərə həddən artıq əhəmiyyət verirlər. Onlara elə gəlir ki, sanki sözlər böyük nəticələrə səbəb olur. Həqiqətdə isə sözlər, adətən, çox az inandırıcıdır. Onlar ancaq arxalarında gizlənmiş dərin, coşqun hiss və arzuları tutqun surətdə ifadə edir. Ürək isə ancaq dil ona mane olmadığı vaxt qulaq asır.
Sayfa 116 - "Avrasiya press"Kitabı okudu
Qələm əhlinin intiharı hansı səbəbdən olursa-olsun, çox düşündürücü və üzücüdür.Elə 20-ci əsrin istedadlı rus şairəsi Marina Svetayevanı götürək. Həyat vağzaldır. Tezliklə gedəcəyəm. Hara, demirəm... Bu sözlər ona məxsusdur. Bolşevik inqilabından sonra mühacirət edən, sonra yenidən vətənə qayıdan, hətta Yazıçılar birliyində süpürgəçi işləmə sinə də imkan verilməyən, yoxsulluq və səfalət içində yaşa malı olan Svetayevanın hayat hekayəti çox ürəkgöynədən, çox acınacaqlıdır... «Özünü tabutdakı kimi hiss etdiyindən, bir ağcaqayın meşəsinin gözəllikləri ilə yox, yalnız tabut taxtaları ilə tə səlli tapa biləcəyi ümidsizliyini dilə gətirən Svetayeva hə yatının son dönəmlərində Elabuqa şəhərinə köçməli olur. Həmişə yanında olan dostu Pasternak onu yola salarkən ça madanlarını bağlamağa kəndir gətirir və kəndirin möhkəm liyini bildirmək üçün zarafatla deyir ki, bununla adam lap özünü asa da bilər, qırılmaz... Yeni yaşayış yerində şairə məhz həmin kəndirlə də özünü asır...