7/10
·168 syf.··
Beğendi
·
2025 13. kitabı
·
14 günde okudu
·
Okunma: 27 Temmuz 2025 22:28
Səbahəddin Əlinin bir çox əsərlərini oxumuşam. Çox gözəl qələmi var. Dəyirman kitabında onun seçmə hekayələri yer alır. 3 hissədən ibarət olan kitabda hər hissədə müxtəlif hekayələr var. Hər birinin fərqli ssenari xətti var. Özündə xoş mülayim və maraqlı əhvalatı birləşdirir. Mən çox bəyəndim. Həyatdan dərs çıxartmaq üçün əla kitabdır.. Dəyirman Sabahattin Ali
Düşünce
DəyirmanSabahattin Ali · Qanun Nəşriyyatı · 202256bin okunma
Dəyirman
7/10
·176 syf.··
Beğendi
·
2024 102. kitabı
·
3 günde okudu
·
Okunma: 15 Kasım 2024 00:00
İlk "Dəyirman"ı oxuyanda keçirdiyim duyğular və ortaya çıxan suallar əsərin ardında öz məntiqi davamını tapdı sanki... Hər şeydən əvvəl onu deyim ki, zaman keçdikcə ilk Dəyirmana qənim kəsilənləri əndişələndirən nə imiş, bunu anlamaq sadələşir. Məsələ mühiti sadəcə tünd boyalarla təsvirdə, yaxud bir çox ədəbiyyatşünas təhlillərin təkrar-təkrar dediyi kimi - alkoqolizmə qurşanmış kənd əhlində deyil. Əslində zaman keçdikcə, bərəkət yeri olan Dəyirmanın harınlıq yuvasına çevrilməsi də, kişilərin içməsi, qadınların ağzını elə hey qarğışla açması da ayrı cür qavranır. Bəli, əsər hər hansı birbaşa təsvir, tənqid, ifşa olmadan Sovet reallığını, özü də acı gerçəkliyi iri plana çəkib. Kişilər alkoqolizmə qurşandıqları və ət yeməyi sevdikləri üçün dadanmayıblar Dəyirmana... Burda gəlib yekə qarnını bir az da yekələndirən Yoğun kişi, dava vaxtı bir ovuc unu bir ovuc qızıla dəyişən Dəyirmançı, arvadını, balasını pul qazanmaqdan, müştəri cəlb etməkdən ötrü ortaya atan Göyçək kababçı, yaxud hər şeyin satıldığına əmin olan Qızıl oğlanlar elə Kefli İskəndərin "Tfu sizin üzünüzə" deyib hədəfə aldığı məxluqlardı... Ancaq Dəyirmana, ordakı ab-havaya bütöv baxanda; insanların yaşamaq üçün səbəb, sevinmək, özünü insan hesab etmək üçün tutalqaç tapmadığını görəndə sanki elə bütün zamanın Kefli İskəndər vaxtı olduğu təəssüratı yaranır... Və bu zamanın ən dəhşətli tərəfi odur ki, insanı yalnız hakimiyyət xoşbəxt və güclü edə bilir. Elə başlanğıcdan "İki çobanın iki kolxoz sədrinə bərabər olmadığını" müzakirə edən qəhrəmanlar bərabərsizliyi ifadə edirlər. Rəqəmlər, yazılmış və yazılmamış qanunlar heçdir; pulu, vəzifəsi, hakimiyyəti olanlar özlərini güclü sayırlar. Bəlkə əslində özünü insan hesab edən də elə yalnız bunlardı. Ona görə Dəyirmançı heç kimə gücü çatmasa da, heç olmasa bıçağı-bıçağa
Roman
DəyirmanMövlud Süleymanlı · Qanun Nəşriyyatı · 202320 okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Azərbaycan repi. Azrap
9/10
·160 syf.··
Beğendi
·
2024 99. kitabı
Səid Riad Bu kitabın birinci hissəsində Repin dünyada necə yarandığından, ikinci hissəsində isə Azrepim necə formalaşdığından xronoloji ardıcıllıqla danışıb. Şəxsən mən keyiflə oxudum. Repi sevən insansınızsa kitabı alıb oxuya bilərsiniz. Elşad Xose, Dəyirman, Anar Nağılbaz, Uran və bir çox reperin adı qeyd olunub. Bunlardan ən maraqlı gələni Anar Nağılbazın yaratdığı birlik və daha sonralar Hüseyn Dəryanın bu birliyə qoşulması, ardından onlardan uzaqlaşaraq müharibə elan etməsi mənə çox maraqlı gəldi. Həqiqətən də Hüseyn Dərya özünə tərz yaratmış bir reper olsa da, bir çox reper tərəfindən qəbul edilmirdi. Kitabın sonu isə Qaraqan -ın gəlməsi və Hostun yaranmasl ilə başa çatır. Yazıçı bunu onunla əlaqələndirir ki, 2012-ci ilə qədər olan hadisələr daha bilinməz idi. İstədim ki, bunu gün üzünə çıxarda bilim. 2012-dən sonra baş verənlər isə youtube platforması sayəsində əlçatandır.
Intro Repin TarixiSəid Riad · Başla Kitab · 20185 okunma
Donuzluqdan insanlığa...
9/10
·192 syf.··
Beğendi
·
2024 63. kitabı
·
4 günde okudu
·
Okunma: 17 Mart 2024 11:42
Spoiler mövcuddur! Sonuna qədər dayanmadan düşündürən həmin o kitab. Bu gün bitirdim kitabı, mənlə yanaşı bitirən insanların da incələmələrinə nəzər salıb özüm də bir incələmə yazmağa qərar verdim. Kitab heyvanların Cons adlı bir sahibkarı qovmaları, bunun nəticəsində azad olmaları və öz hakimiyyətini qurub idarə etmələri, "inkişaf" etmələri barədədir. İlk əvvəllər heyvanlar Cons adlı bir sahibkarın əsarəti altında, qırmanc zərbəsi aktında, çətin şəraitdə, sadəcə qarınlarını doyuracaq qədər yemək verməklə, əmək fəaliyyətinə artıq yaramadıqda sallaqxanaya göndərilməklə iç-içə yaşayırdılar. Mayor adlanan donuzun çıxışı ilə onların içində üsyan ruhu yüksəlir. Onkar hər yerdə böyük üsyanla bağlı fikirləri yaymağa başlayırlar. Bu işdə əsas aparıcılar isə Napoleonla Snoubolldur. Bir gün Cons meyxanada çoxluca içir və heyvanlara yem vermir, günorta olur və hələ də heyvanlara heç kəs yem vermir. Nəticədə heyvanların səbir kasası daşır və onlar yem anbarını vurub dağıdır, üsyan başladırlar. Consu qovurlar, azad olurlar. Sonralar "Pəyə döyüşü"(heyvanlar belə ad vermişdilər) zamanı insanlarla müharibə aoarıb qələbə çalmaları da onların artıq tam azad olduqlarını işarə edir. Yaşadıqları "Malikanə" fermasının adı "Heyvanıstan" olaraq dəyişdirilir. Heyvanlar insanların yaşadığı evi gəzir, bunları gərəksiz görür və fermada yaşamağa qərar verirlər. Dövlət qurulur və başçılar Napoleonla Snouboll olur. Donuzlar əqli fəaliyyətdə tüksək olduqları üçün daha çox idarə işlərinə yiyələnirlər, lakin digər işlərdə də iştirak edirlər. Snouboll və Napoleonun başçılığında keçirilən iclasda onlar qərarlar qəbul
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2018296,9bin okunma
Puan vermedi·152 syf.··
2022 41. kitabı
Hayvan çiftliği. Biraz "Milçəklər tanrısı" əsərini xatırlatdı mənə. Cəmiyyətin necə formalaşmağa başladığını görürük. Əvvəlcə xalqın xilaskarı meydana çıxır, sonra dövlətin qanunları, oxuma- yazma bilməyən bir təbəqə, qanuna riayət edilməsinə nəzarət edənlər və s. Getdikcə müəyyən anlaşılmazlıqlar meydana çıxır. Biri bundan istifadə edir. Orda Snowball adlı donuz daha yaxşı yaşayış üçün dəyirman tikməyi tövsiyə edir. Sonra niyəsə xainə çevrilir və qovulur. Hansısa qarışıqlıqda onun yenə gizlicə qidalarına zərər verildiyi "üzə çıxır". Yaza yaza gördüm spoilərə doğru gedirəm. Əsərin Stalinin dövründə yazıldığı deyilir. Ümumiyyətlə, George Orwell sistemləri izləməyi, əks etdirməyi yaxşı bacarıb. Oxumağa dəyər bir kitabdır
Hayvan ÇiftliğiGeorge Orwell · Can Yayınları · 2011296,9bin okunma
8/10
·88 syf.··
2022 14. kitabı
Dəyirman məkan olaraq , kəlimə olaraq bolluq, bərəkətin simvoludur. Burada un üyüdülür, pak yerdir. Əsərdə isə bu paklıqdan zərrə qədər belə danışmaq absurtluq olardı. Bildiyimiz “pak” dəyirmanda kef məclisləri təşkil olunur, kişilər işləyə bilmir, başıları bu kef məclislərinə qarışır. Əsərdə çayın suyunun bulanıq olması, dananın kəsildikdən sonra qanlı suyunun çaya axıdılması əslində təsadüfi hadisə deyildi. Müəllif burada dəyirman kimi pak bir məkanı bu günə qalan ərazinin suyunun belə çirkləndiyini, bulandığını göstərməyə çalışmışdır. Sarı Qasım- Əsərdə diqqət çəkən əsas surətlərdən biridir. O arvadının hesabına kef çəkən, arvadı haqqında danışılan sözləri qulaqardına vurub yalanlayan bir obrazdır. Kənddə olan digər adamlar kimi dəyirmana getmir, bu da onu kənddəkilərdən fərqləndirir. Onun belə bir xüsusiyyəti var ki, o həm gördüklərini, həm də görmədiklərini danışmaq qabiliyyətindədir. Əslində Qasım həyatından çox məmnundur. Temir-Dəyirmanın caynağına keçən növbəti kənd sakini, müəllimdir. Bəlkə də onun müəllim kimi biz xalqa yol göstərməsini, öndə getməsini gözləyirdik. Ona görə fərqli hərəkət etdiyi zaman bizə qəribə gəlir. O, ailəsinə əziyyət edir, hətta öz həyat yoldaşını belə döyür. Ailə münasibətləri qaydasında deyil. Ailəsi ilə bir masa ətrafında əyləşən zaman heç bir mövzu haqqında danışa bilməməkləri ailənin necə parçalandığını göstərir. Onun anası ilə münasibətlərində o anasının şalına( yaylığına) sadiq olur. Dəyirmana getməyinə baxmayaraq içmir. Onun həyatdan arzuladığı iki şey vardı. Birincisi anasının gəlməsini istəyirdi. Gözü həmişə yolda idi.Düşünürdü ki, bir gün anası gələcək və o anasına qovuşacaq. İkincisi isə uşaq olmaq istiyirdi.Çünki o kiçik yaşlarından pul qazanmağa məcbur olunduğu üçün uşaqlıq yaşamamışdır. Uşaq ikən pulun insan həyatındakı
DeğirmenMövlud Süleymanlı · Zengin Yayıncılık · 201812 okunma