8/10
·420 syf.··
2026 10. kitabı
·
7 günde okudu
·
Okunma: 21 Haziran 2026 11:31
Sonuna çox əsəbləşdiyim bir kitab oldu.Ümumilikdə axıcı bir kitab olsa da,sadə cümlələri məni az da olsa sıxırdı.Kitabı tam ciddi qəbul edə bilmirdim,sanki 15-16 yaşlı biri yazıb deyə hiss edirdim. Mövzusu global problemlərdən biridi,baxmayaraq ki illər öncədən bəhs edir ,amma hələ də azyaşlı ərə verilən qızlarımız mövcuddur.Davamlı olaraq camaatın düşüncəsinə görə hərəkət olunmasına çox əsəbləşdim.Ailələrdə oğlanların sözünün üstün tutulub,qızlara əşya kimi davranılması,qısaca gender bərabərsizliyi də öz əksini tapır.Həyatını davamlı olaraq kiməsə- atasına,qardaşlarına,evlənəndən sonra yoldaşına,uşaqlarına həsr etsə də sonra öz payına çata bilmir.Amma Məsumə güclü ana obrazında həqiqətən oxucuya təsir edə bilir.Tarixi mövzuları əks etdirməsi,müharibə dövründən bəhs edilməsi də gərginliyi hiss etdiri.Kitabda bəyənmədiyim hissə hadisələrin çox sürətli və sanki üstündən keçilirmiş kimi yazılması oldu. Çərpələng Uçuran kitabına görə dili çox daha sadə idi,bunu sevmədim
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20132,409 okunma
Puan vermedi·120 syf.··
2026 10. kitabı
Kitab möhtəşəm idi. O qədər axıcı yazılıb ki, təxminən iki saata bitir. Mütləq tövsiyə edirəm. İnsan təbiəti haqqında həm düşündürücü, həm də öyrədici dərslər verir. Hekayənin əsas mesajı budur: İntiqam, hirs və obsesiya kimi hisslərin arxasınca getdikdə bunun bədəli həyatınız ola bilər. Romanda Ahab adlı obrazın Mobi Dik adlı balinanı ovlamaq istəyini oxuyuruq. İnsan vəhşiliyinin başlanğıcı da məhz burada görünür. Öz halında yaşayan bir balinaya hücum edən Ahab bunun nəticəsində ayağını itirir. Lakin yaşadığı hadisədən dərs çıxarmaq əvəzinə bunu intiqam məsələsinə çevirir və həyatını yalnız həmin balinanı öldürmək məqsədinə həsr edir. İllərlə davam edən bu intiqam mübarizəsi onun təkcə ayağını deyil, ruhunu da əlindən alır. Ətrafındakı insanlar zərər görür, ailəsi dağılır. Ahab bütün bunların fərqində olsa da, vaz keçib həyatına davam etmək əvəzinə obsesiyasının arxasınca getməyi seçir. Sonda isə bunun bədəlini həm canı, həm də sevdiyi və sahib olduğu yeganə şey – gəmisi ilə ödəyir. Kitabdan çıxarılan nəticə budur: İntiqam və takıntı insanın həyatını məhv edə bilər. Mövzu nə olursa olsun, hər mübarizəni qazanmaq məcburiyyətində deyilsiniz. Bəzən nə qədər çətin olsa da, buraxmağı bacarmaq lazımdır. Çünki bəzi hisslərin arxasınca israrla getmək insanın sonda özünü itirməsinə səbəb olur.
Mobi DikHerman Melville · Libra Kitab Yayınevi · 20237,3bin okunma
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
9/10
·136 syf.··
2026 67. kitabı
·
9 günde okudu
·
Okunma: 19 Haziran 2026 19:46
Kitab felsefi ve psixoloji uslubda yazilsada inanilmaz derecede axici çox sade ve başa duşulendir .Əsərdə yaşlı və gənc bir insan arasında söhbət gedir. Yaşlı şəxs iddia edir ki, insanın bütün hərəkətləri özünü məmnun etmək istəyindən qaynaqlanır. Hətta xeyirxahlıq və fədakarlıq belə insanın daxilindəki məmnunluq hissinə xidmət edir. Kitab insanın davranışlarının əsl səbəblərini araşdırır. Müəllif iki obrazın dialoqu vasitəsilə belə suallar verir: İnsan həqiqətən azad iradəyə malikdirmi? İnsan yaxşılığı qarşılıqsız edə bilərmi? Bütün qərarlarımıza tərbiyə, mühit və şəxsi maraqlarımız təsir edirmi? İnsan eqoist varlıqdırmı? Mark Tven insanın özünü tam müstəqil və azad hesab etməsinin doğru olmadığını, davranışlarımızın böyük hissəsinin tərbiyə, təcrübə və instinktlər tərəfindən formalaşdırıldığını göstərməyə çalışır.
İnsan Nedir?Mark Twain · Dedalus Kitap · 202319bin okunma
Puan vermedi·104 syf.··
2026 54. kitabı
Sinifdə kitabda keçən məlum söz və bolca tövsiyyədən sonra oxuduğum bu kitab abutriyent zamanlarımda bir növ təsəlli olmuşdur. Yəqin müəllif çox Arda Turan sad edit izləyib ona görə də bura bir sitat qoyacam. İndi insanın nəyi olmadığını düşünmək vaxtı deyil. Nəyin varsa, onunla nə edə biləcəyini düşün.
Qoca və DənizErnest Hemingway · Qanun Nəşriyyatı · 202141bin okunma
7/10
·189 syf.··
2026 3. kitabı
·
3 günde okudu
·
Okunma: 18 Haziran 2026 21:34
Kitabı oxuyub bitirdim, amma heç nə başa düşmədim..Yəqin ki çoxdandır kitab oxumadığım üçündür... Əsər bir qızın dilindən, sevgilisinin ailəsi ilə tanış olmağa gedərkən yolda baş verənlərdən bəhs edir. Təkcə hadisələr deyil, əsərdə daha çox danışanın duyğu və düşüncələri ön plana çəkilib. Sonlara doğru daha qarışıq hadisələr baş verdiyi üçün tam olaraq dərk edə bilmədim. Amma axıcı,insanı sona kimi maraqdan çartladan dildə yazılıb.
Her Şeyi Bitirmeyi DüşünüyorumIain Reid · Hep Kitap · 20161,457 okunma
8/10
·137 syf.··
Beğendi
·
2026 20. kitabı
·
5 günde okudu
·
Okunma: 18 Haziran 2026 01:13
Kitab olduqca kiçik həcmli və son dərəcə axıcı bir əsərdir; bu sayədə çox qısa bir zaman ərzində rahatlıqla bitirilə bilər. Mən də onsuz da oxunması daha praktik və rahat olduğu üçün kiçik ölçülü nəşrini seçdim. Kitabın quruluşuna gəldikdə isə; əsər əsas olaraq bir gənc ilə bir yaşlı adamın qarşılıqlı dialoqundan ibarətdir. Kitab boyu proses tamamilə bu iki personaj arasındakı fasiləsiz fəlsəfi mübahisə və dialoqlar üzərindən irəliləyir. ​Kitab həcm olaraq kiçik olmasına baxmayaraq, son dərəcə düşündürücü bir quruluşa sahibdir. Əsərdə ən çox sevdiyim hissə mexanika üzərinə keçən dialoqlar oldu. Orada yaşlı adam insanın mütləq bir yaradıcı olmadığını, sadəcə funksional bir iş gördüyünü, müəyyən kiçik vəzifələri yerinə yetirdiyini müdafiə edir. Kitab tam olaraq bu mexanikləşmə mövzusuna toxunur: İnsanların birər maşın olduğunu, sadəcə müəyyən vəzifə sərhədləri daxilində hərəkət etdiklərini, sıfırdan bir şey var edə bilmədiklərini, yalnız gördükləri və düşündükləri şeyləri yenidən formalaşdırıb onların üzərində bir struktur qurduqlarını izah edir. ​Kitabda ən çox diqqətimi çəkən və məni həyəcanlandıran şey isə, daha əvvəl üzərində uzun-uzun düşündüyüm və fikir yürütdüyüm bir mövzubunun eynilə işlənməsi oldu. "Əgər bir insan kimsəsiz bir adada doğulsa, hər kəsdən uzaqda və heç bir şey görmədən beynində hər hansı bir fikir formalaşa bilərmi?" Mənim fikrimcə, bu sualın cavabı qəti bir "Xeyr" idi. Çünki digər insanların həyatı, çöldən olan təsirlər və hər bir xarici amil insana təsir edir; sən isə yalnız bu təsirlərin nəticəsində öz daxilindən ortaya bir şey çıxara biləsən. Kitabda da tam olaraq bu düşüncəmin fəlsəfi qarşılığını tapdım. Əsərdə bu vəziyyət Şekspir nümunəsi üzərindən izah olunur: Şekspir bir adada doğulsa, heç bir şey görmədən və yaşamadan o əsərləri ortaya
İnsan Nedir?Mark Twain · Karbon Kitaplar · 202319bin okunma