Etiraflar o qədər inandırıcı olur ki, hətta onların ǝksini təsdiq edən ən tutarlı əşyayi-dəlil belə məhkəməni fikrindən döndərə bilmir. 1666-cı ildə Londonda "Böyük yanğın"dan bir neçə gün sonra Rober Uber adlı saatsaz israrla yanğın törədildiyini etiraf etmişdi. O, çörəkxana pəncərəsindən içəri yanan kürə atdığını iddia edirdi. Onun etirafının yalan olduğunu üç fakt təsdiqləyirdi: birincisi, o çox zəif idi və kürəni atmağa gücü çatmazdı; ikincisi, çörəkxananın pəncǝrǝsi yox idi; üçüncüsü, yanğın başlayanda o, Şimal dənizində gəmidə olmuşdu. Lakin o, sadəcə, öz etirafı əsasında edam olundu.