Puan vermedi·264 syf.··
2025 42. kitabı
·
4 günde okudu
·
Okunma: 24 Aralık 2025 12:56
Manifest — Sözlə Başlayan Mübarizə.    Mir Cəlal "Bir Gəncin Manifesti" Roman Azərbaycandakı vətəndaş müharibəsinə həsr olunub, insan taleləri ön plandadır. Mir Cəlal insanı insan edənlə, onu qəddarlaşdıran amilləri üz-üzə qoyur və oxucunu narahat edən sualı səssizcə verir: insan, insana bunu edərmi? Qəddarlıq, biganəlik insanın xislətidir. Roman, 1938-ci ildə yazılıb, amma o dövr üçün aktual olan mövzular bu günümüz üçündə aktualdır. Mir Cəlal romanda ümidimiz, pənahımız Lenin deyir, bizim yolumuz qırmızı Rusiyadır deyir. AXC-müsavat hakimiyyətinin insafsızca tənqidi, tarixin təhrif olunmağı sovet narrativinin ədəbiyyata köçürülmüş formasıdır. Romanda Erməni Suren obrazı vardı, romanın baş qəhrəmanı Mərdan ilə Surenin qardaşlıq kağızı vardı. Bu yerdə Əkrəm Əylislinin "Daş yuxular" romanı yada düşür))) Romanda azadlığa çağırış motivləri güclüdür. Artıq yuxarı zümrənin zülümündən bezən insanlar inqilab edir. Amma bir asılılıqdan qurtulub, digərini çağırırlar "Sovet İmperiyası". Sovet Rusiyasından bizə miras qalanlar sirr deyil. Mir Cəlal həqiqəti mətnin alt-qatlarında danışırdı. Mir Cəlal elmin-təhsilin rolunu vurğulayır, cəhalət insanı asanlıqla ideologiyaların alətinə çevirir. Insan talelərini təsirli bir dillə çatdırıb yaziçi, xüsusilə Baharın taleyi insanı sarsır.  İdeologiyalar dəyişə bilər, bayraqlar enib-qalxa bilər, lakin tapdalanan vicdan, susdurulan düşüncə və dağılan talelər dəyişməz qalır. "Bir gəncin manifesti" oxuyub, düşünməli olduğumuz bir romandır, biz düşünürükmü, yoxsa bizə düşünülənləri qəbul edirik?
Edebiyat
Bir Gəncin ManifestiMir Celal · Bakı Kitab Klubu · 2019350 okunma
Martın Edenlə dünya səyahəti
9/10
·517 syf.·
Beğendi
·
2023 69. kitabı
Bu il oxuduğum və ciddi formada haqqında düşündüyüm əsərlər çoxdur. Çünki bu il bu günə qədər 81 kitab oxuyub dinləmişəm. Bəzən təkcə kitab oxumaq belə həyatla olan bağı təzələyə bilir insan üçün. Martin İden də düşündürən, fərqli-fərqli hisslər yaşadan kitablardan biridir. Kitabın başında insan öz 20-li yaşlarını görür. Həvəsli, elm və mədəniyyət öyrənmək üçün yanıb-tutuşan bir gənc. Ancaq Martin bunu özü üçün yox, yüksək təbəqədən olan sevdiyi üçün edir. Bəlkə də, ilk səhvini burada etmişdi. Ancaq hedonizm, kitabdakı dövrdə indiki kimi mənasız dərəcədə həyatın hər anına yayılmamışdı. Ən azından Martin özündə bunu hiss etmirdi. Əsərin irəliləyən dəsti-xəttində Martin öz bildiyində israr edən, çətin, anlaşılmaz və söz qəbul etməyən biri kimi görünür. Ancaq ətrafının ondan tamamilə dəstəyini çəkməsi və özü ilə tək qalması, bu dövrdə yaşadığı fırtınalar ona eyni zamanda həyatı da izah edir. Müəllif qəhrəmanını həyatın hər sınağı ilə sınayır demək olar ki. Ancaq bu demək deyil ki, Martin hamısından çıxacaq gücü özündə hiss edir. Üstəlik bu qəhrəman nə qədər özündən və yazdıqlarından əmin olsa da, o da bir adəm övladıdır. Sevdiklərinin ona inanmasını, güvənməsini gözləyir. Qadınlar üçün sevginin ifadə şəkli qayğı və diqqətdirsə, kişilər üçün bu təqdirdir. Təqdir edilməyən kişi, diqqət görməyən qadından daha tez sönür. Həyata olan marağı azalır, özü haqqında neqativ bir fikrə sahib olmağa başlayır. Bununla bərabər ətrafındakılarla da demək olar ki, sosial münasibətlərdə sadəcə normaları yerinə yetirməklə kifayətlənir. Bu da təbii ki, münasibətlərdə çıxılmaz vəziyyətlərə yol açır. Müasir dövrdə qadınların ehtiyaclarının aşırı vurğulandığını və bununla bərabər kişilərin ehtiyaclarının gözardı edildiyi qənaətindəyəm. Kişilər və qadınlar düşmən yaxud rəqib deyil. Birinin
İnceleme
Martin EdenJack London · Türkiye İş Bankası Kültür Yayınları · 2025135,4bin okunma
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Oğurlanıb palto, üşüyür ədəbiyyat
9/10
·72 syf.··
2019 1. kitabı
·
1 saatte okudu
·
Okunma: 06 Haziran 2019 00:00
Bu əsəri oxuduqdan sonra uşaq vaxtı üz qapağındakı şəkil xoşuma gəldiyi üçün tez-tez oxuduğum, ancaq hər dəfəsində də kədərləndiyim, təəssüf ki, müəllifini xatırlamadığım "Toxundan ölən adam" hekayəsini xatırladım. Bir milyonçu dostları ilə əylənmək üçün ac-yalavac kafe və restoranların kandarında dolaşan bir evsizi masasına dəvət edib yedizdirir və çoxlu içki verir. Bu vaxta qədər bir tikə çörəyə sevinən adamı dayanmadan yedirdir, içirdirlər... Sonda isə o, toxundan ölür. Hər hansısa bir əşyanı - bu geyim, oyuncaq, zinət əşyası, texnika və s. ola bilər - uzun müddət istədikdən sonra onu əldə etdikdə o ən dəyərli "varlığımıza" çevrilir. Ancaq həmin şeyin miqdarı və ya ona olan istəyimiz ifrata vardıqda həmin o dəyər sanki məxrəcə düşür və surətdə olan mənliyimizi dəyərsizləşdirir. Akaki Akakiyeviç dayanmadan çalışdı ki, istədiyi yeni paltonu ala bilsin. Aldı da. Ancaq ona o qədər dəyər yüklədi ki, onu itirdikdə həyatı da alt-üst oldu. Müraciət etdiyi qapılar isə onun üzünə bağlandı. Bəs onun kabusu niyə oğruları tapmadı, "vacib şəxsiyyətin" izinə düşdü? Çünki pisliyə göz yuman da onu edənlə eynidir. Akaki paltoya o qədər dəyər yüklədi ki... Əvəzində isə özünü o qədər sıxdı, o qədər dəyərsizləşdirdi ki, yumağa döndü, kiçildi, istədiyi paltonun içərisində itib batdı. Oğurlanan palto deyildi bu hekayədə. Özümüzə verdiyimiz dəyər, qiymət, hörmət və şəxsiyyətimiz idi. Fransız yazıçısı və ədəbiyyatşünası Ejen Melxior de Voqyue dediyi kimi (çox vaxt bu sözün F.Dostoyevski tərəfindən deyildiyini sanırlar), hamımız Qoqolun Paltosundan çıxmışıq. Bəli, itirmişik paltonu, oğurlayıblar onu... Dəyərlərimiz, insanlığımız, ruhumuz kimi. #NikolayQoqol #Şinel #Palto
Edebiyat
PaltoNikolay Gogol · Tutku Yayınevi · 201746,3bin okunma
6/10
·256 syf.··
Beğendi
·
2020 63. kitabı
·
5 günde okudu
·
Okunma: 29 Kasım 2020 23:58
Galiba hayatımdaki tüm zorluklara acılara rağmen,kafamı mesgul eddn,beni zorlayan ya da cok akıcı ama kurgusu zorlayıcı kitapları daha çok begeniyorum ...Belki hikaye akıcıve verdiği bir ders var kitabın ama yinede cok yavan bulduğum bir kitap oldu ,günümüz materyalist dünyasına,yavan iliskilere,bencil insanlara atifda bulunmuş yazar bu yönüyle güzeldi ama akıcılığı bile bende fazla merak yada heyecan uyandırmadı...
Muhteşem GatsbyF. Scott Fitzgerald · Ren Kitap · 201827bin okunma