Vüqar Mustafayev

Vüqar Mustafayev
@entrelibroo
Cuanta menos gente, más libre soy.
Tələbə
Bakı
Rusya/Samara, 24 Eylül 2004
67 okur puanı
Nisan 2024 tarihinde katıldı
Puan vermedi·504 syf.··
2025 1. kitabı
Bu kitabla Xalid Hüseyninin qələmini bitirdim. Həqiqətən, bütün kitablarında içdən təsirləndiyim, bəzən ağladığım yeganə yazıçılardan biridir Xalid Hüseyni. Hüseyni qətiyyən heç nəyi quraşdırmır və o qədər təbii yazır ki, heyran olmamaq əldə deyil. "Və dağlardan səda gəldi" kitabında bütün obrazların həyatları ayrı-ayrı yazıldığı üçün oxucuların başı qarışa bilər. Amma hekayənin sonunda həmişə hər şey məntiqli yerə bağlanır. Düzdür, "Çərpələng uçuran" və "Min möhtəşəm günəş" kitabları kimi axıcı bir kitab deyil. Amma kitab yenə Xalid Hüseyni təhkiyəsində yazılıb və təsirli yerlər olduqca çoxdur. Kitab günümüzdə aktual olan ailəvi problemləri, dostluğu, sevgini və s. məsələləri obrazlar üzərindən bizə çox gözəl çatdırır. Ümid edirəm ki, bu, Xalid Hüseyninin oxuduğum son kitabı olmaz və yaxın gələcəkdə yeni kitab yazmağını içdən arzu edirəm.
1000Kitap
Ve Dağlardan Səda GəldiKhaled Hosseini · Qanun Nəşriyyatı · 201342bin okunma
Reklam

Vüqar Mustafayev

, bir kitap okudu
Puan vermedi·120 syf.··
2025 2. kitabı
Stefan Zweig
7.2/10 · 171,7bin okunma
Elə bir an gəlir ki, adamı daşqından xilas edən kəndir onu boğmağa başlayır.
Sayfa 378·Kitabı okudu
1000Kitap
Puan vermedi·420 syf.··
Beğendi
·
2024 58. kitabı
İnsan taleyi hər zaman tarixin dərinliklərində böyük güclərin sərt zərbələri ilə üzləşib. Bu kitab isə məhz həmin zərbələrdən doğan bir qadının sükutla basdırılmış fəryadını qələmə alır. Eyni zamanda, bu əsər bütün çətinliklərlə üzləşən qadınların dilindən yüksələn bir fəryaddır. Sanki, kitab bütün əziyyət çəkən qadınların hisslərini ifadə edir. Oxuyarkən bütün hissləri yaşadım. Bu kitab sadəcə bir qadının həyatını yazan roman deyil. Cəmiyyətin,millətin,insanlığın güzgüsüdür. Mənsumənin həyatı sadəcə onun yaşadığı qatı İran cəmiyyətini deyil həm də dünya üzərində haqqları tapdalanan və milyonlarca qadının boğazında düyünlənib qalan harayı təsvir edir. Qadın susmalıdır! Qadın danışa bilməz! Bəs niyə? Qadınlarınızı qoruyun! Bəs kimdən? Qadınları döyün! Niyə? Qadın gülə bilməz! Bəs ağlaya bilər? Qadın əylənə bilməz! Çünkü əxlaqsızlıqdır? Bəs Kişi fahişə ilə yata bilər! Bəs o fahişə qadın deyil? Kişi xəyanət edə bilər! Bəs qadın niyə edə bilməz? Qadın qısa geyinməz! Səbəbi nədir bunun? GEYİNMƏZ! Mühafizə,mühafizə,mühafizə! Ancaq, nəyi mühafizə etdiklərini bilmirlər. Qadını mühafizə edirlər, amma qadını kişiyə qarşı mühafizə edirlər. İranda bir qadın gəlib polisə filan "kişi" mənə təcavüz etdi deyə şikayət edəndə və həmin adam saxlanılanda, məlum olur ki həmin "kişi" 30 nəfərdən çox qadına eyni hərəkəti edib. Bəs hanı bu qadınlar? Niyə susublar? Niyə qanadlarını qırıb oturublar? Çünkü qadın haqqını tələb edə bilməz! Qadın danışa bilməz! Axı əxlaqsızlıqdır danışmaq. Bəs qadın təcavüz olunduğunu gedib polisə desə, qürurunu müdafiə etsə camaat nə deyər? Axı, ailəsi biabr olar! Atasının papağı yerin altına girər. Olmayan qeyrəti ayağ altına alınar. Necə baxar camaatın üzünə? Hə, bax ona görə də qızının qüruru,hissləri,göz yaşları onun üçün önəmli deyil. Əsas cəmiyyətdir! Və
1000Kitap
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20132,402 okunma