Vüqar Mustafayev

Vüqar Mustafayev
@entrelibroo
Cuanta menos gente, más libre soy.
Tələbə
Bakı
Rusya/Samara, 24 Eylül 2004
67 okur puanı
Nisan 2024 tarihinde katıldı
"İnsan yalnız özünə qarşı dürüst olduğunda, başqalarına qarşı da dürüst ola bilər."
Etimoloji Defteri
Mücellit Nedir ?
10/10
·80 syf.··
2024 57. kitabı
Salam, dəyərli oxucular. Bu dəfə sizinlə qısa zamanda oxuyub bitirsəm də, ruhumda dərin izlər buraxan bir kitab haqqında təəssüratlarımı bölüşmək istəyirəm. Bu, Dostoyevskinin unikal ustalığını göstərən incə bir hekayədən ibarət olan "Utancaq qız" əsəridir. Dostoyevski, yenə də hər zamanki kimi, insan psixologiyasının dərinliklərinə nüfuz etməyi çox ustalıqla bacarır. Bu kitabda da bu incəliyi möhtəşəm şəkildə həyata keçirir. Əslində, bu kitab utancaq və təvazökar bir qızın hekayəsini danışmaqla yanaşı, cəmiyyətin zəif fərdlərinin üzləşdiyi çətinlikləri də təsvir edir. Kitabı oxuduqca, güclü ilə zəif arasındakı qarşıdurmanı çox yaxşı anladım və bu anlayışı yalnız anlamaqla qalmayıb, sanki bu iztirabı özüm də yaşadım. Əsərdə ən bəyəndiyim nüanslardan biri də Dostoyevskinin zəngin ironiya və tənqidlərlə cəmiyyətdəki mənəvi bərabərsizlikləri, riyakarlığı və güc strukturunu çox incəliklə tənqid etməsi oldu. Bu, məni ən çox düşündürən məsələlərdən də biri oldu. Kitabda o qədər psixoloji dərinlik var ki, obrazların düşüncə və duyğuları o qədər gözəl təsvir olunub ki, oxucu özünü onların yerinə qoyur. Bu da məndə obrazlara qarşı həm empatiya, həm də mərhəmət hissi yaratdı. Kitab məni həm utancaq qızla, həm də digər personajlarla empatiya qurmağa məcbur etdi. Nəticədə, bu da əsəri həm daha təsirli, həm də unudulmaz etdi. Qəribəsi odur ki, əsəri oxuyanda həm oradakı iztirabları yaşadım, həm də xüsusi bir rahatlıq tapdım. Xülasə, bu kitab mənə nə qazandırdı? Kitab, məni insanlığın çatışmazlıqları ilə üz-üzə qoyaraq, mərhəmət və anlayışın vacibliyini bir daha xatırlatdı. "İNSAN YALNIZ ÖZÜNƏ QARŞI DÜRÜST OLDUĞUNDA, BAŞQALARINA QARŞI DA DÜRÜST OLA BİLƏR."
1000Kitap
Utancaq QızFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 202010,8bin okunma

Vüqar Mustafayev

, bir kitap okudu
10/10
·42 syf.·
2024 59. kitabı
Khaled Hosseini
7.8/10 · 5bin okunma

Vüqar Mustafayev

, bir kitap okudu
Puan vermedi·420 syf.··
Beğendi
·
2024 58. kitabı
Parinoush Saniee
9.2/10 · 2.409 okunma
Kor olanlar ölüdür.
Puan vermedi·400 syf.··
2024 56. kitabı
·
4 günde okudu
·
Okunma: 19 Aralık 2024 22:17
Salam, dəyərli oxucular! Bu gün sizə çox maraqlı və fərqli bir əsərdən bəhs edəcəm: Jose Saramagonun "Korluq" adlı romanından. Bu, yazıçının oxuduğum ilk əsəri idi və əminəm ki, sonuncu olmayacaq. İndi isə keçək kitaba.. Korluq əsəri insanlığın qaranlıq tərəfini üzə çıxaran çox təsirli bir əsərdir. Saramago, yalnız fiziki korluq deyil, mənəvi və sosial korluğun da insan həyatını necə məhv edə biləcəyini göz önünə sərir. Əsərdə təsvir olunan dünyada birdən-birə yayılmağa başlayan və heç bir fiziki səbəbi olmayan bir "ağ korluq" pandemiyası hər şeyin başlanğıcıdır. Mənə kitabın ən təsir edici yanı isə sujet xəttinin insanların fiziki hallarından daha çox, mənəviyyatının və əxlaqi dəyərlərinin addım-addım itirilməsinə fokuslanması oldu. Kitabda ən maraqlı nüans isə mənə görə adların olmaması idi. Obrazları "həkim", "həkimin arvadı", "ilk kor" kimi sadə təsvirlərlə təqdim edir. Bu da insanların şəxsiyyətlərinin, statuslarının və fərdiyyətlərinin böhran vəziyyətində necə əhəmiyyətsizləşdiyini vurğulayır. Bu vəziyyət hamını eyni səviyyəyə gətirir, heç kim digərindən üstün olmur. Kitabda insan təbiətinin qaranlıq tərəfi ilə də yaxından tanış oldum. Kitabı oxuduqca şahid olursan ki, cəmiyyət qaydalar pozulduqda insanlar tez bir zamanda öz eqoizmlərinə, vəhşiliklərinə qayıdırlar. Karantin düşərgəsində baş verən zorakılıq, aclıq və hakimiyyət mübarizəsi insanların nə qədər asanlıqla əxlaq və humanizmdən uzaqlaşa biləcəyini göstərir. Xülasə, Kitab məni çox düşündürdü. Saramago mənə cəmiyyətin incə bir tarazlıq üzərində qurulduğunu göstərdi. Əxlaq, qanunlar və insaniyyət yalnız normal vəziyyətlərdə mövcud olur. Böhran baş verəndə isə bu dəyərlərin nə qədər sürətlə yox olduğunu görmək insanı dəhşətə salır. Əsər həm də məni bir o qədər də, insanlıq anlayışımı yenidən sorğulamağıma
1000Kitap
KorluqJosé Saramago · Qanun Nəşriyyatı · 2016132,1bin okunma