Vüqar Mustafayev

Vüqar Mustafayev
@entrelibroo
Cuanta menos gente, más libre soy.
Tələbə
Bakı
Rusya/Samara, 24 Eylül 2004
67 okur puanı
Nisan 2024 tarihinde katıldı
Puan vermedi
Viktor Hüqonun bu əsəri insanlığın ən qaranlıq reallıqlarından birinə – ölüm hökmünə qarşı bir fəryaddır. Əsər oxucunu birbaşa edam məhkumunun gözlərindən həyatın son dəqiqələrinə şahidlik etməyə dəvət edir. Hüqo, sadəcə bir insanın taleyi ilə məhdudlaşmır, əksinə, ölüm cəzasının ədalət anlayışını necə təhrif etdiyini, cəmiyyətin qana susamışlığına necə boyun əydiyini də incəliklə göstərir. Əsərdə məhkumun adı heç vaxt açıqlanmır. Bu, onun fərdiliyini deyil, bütün insanlığı təmsil etdiyini göstərir. Bu adsız məhkum vasitəsilə Hüqo insanın son günlərindəki tənhalığını, ümidsizliyini və keçmişlə hesablaşmasını poetik, amma dəhşətli bir reallıqla təsvir edir. Oxucu məhkumun qorxuları ilə üzləşir, onun hər an yaşamaq üçün çırpınışlarını hiss edir. Kitabı oxuyub da təsirlənməmək əldə deyil. Mənə ən təsirli gələn yer məhkumun kiçik qızı ilə görüş səhnəsi idi. Bu səhnə, atalıq hissinin son dəqiqələrdə belə itirilmədiyini və onun insanlığın təməl dəyərlərini əks etdirdiyini göstərir. Edam anını gözləmə səhnələri isə məhkumun həm fiziki, həm də psixoloji əzabını ustalıqla təsvir edir. Yekun düşüncəm: "Edam məhkumunun son günü" sadəcə bir əsər deyil, həm də insanlığın qəlbinə yönəlmiş bir çağırışdır. Hüqo oxucunu həm ağlatmağı, həm də düşündürməyi bacarır. Bu əsər, bəşəri dəyərləri müdafiə edən, cəmiyyətin ədalət anlayışını sorğulayan nadir bir şah əsərdir. Məncə, hər kəs oxumalıdır.
1000Kitap
Edama Məhkumun Son GünüVictor Hugo · Parlaq İmzalar · 2024152,6bin okunma
Reklam

Vüqar Mustafayev

, bir kitap okudu
10/10
·80 syf.··
2024 57. kitabı
Fyodor Dostoyevski
7.8/10 · 10,8bin okunma

Vüqar Mustafayev

, bir kitap okudu
Puan vermedi·400 syf.··
4 günde okudu
·
Okunma: 19 Aralık 2024 22:17
·
2024 56. kitabı
José Saramago
8.3/10 · 132,1bin okunma

Vüqar Mustafayev

, bir kitap okudu
Puan vermedi·136 syf.··
2024 55. kitabı
Mihail Bulgakov
7.5/10 · 4.847 okunma
Reklam