Esmer Rustam

Esmer Rustam
@esmer_r_
“𝓘’𝓶 𝓪𝓯𝓽𝓮𝓻 𝓪 𝓵𝓲𝓯𝓮 𝔀𝓸𝓻𝓽𝓱 𝓵𝓲𝓿𝓲𝓷𝓰; 𝓪𝓷𝓭 𝓪𝓵𝓼𝓸, 𝓴𝓷𝓸𝔀𝓵𝓮𝓭𝓰𝓮 𝔀𝓸𝓻𝓽𝓱 𝓴𝓷𝓸𝔀𝓲𝓷𝓰”.
Accountant
Nakhchivan State University
Azerbaijan
4 Nisan
145 okur puanı
Temmuz 2020 tarihinde katıldı
9/10
·199 syf.··
Beğendi
·
2022 42. kitabı
·
9 günde okudu
·
Okunma: 19 Eylül 2022 12:55
~Həqiqətən də hər zaman heyvanların özlərinə aid düşüncələri olduğunu bilirdim və ya hiss edirdim..Amma bu kitabı oxuduqdan sonra artıq, buna əmin oldum. Normalda heyvan sevər və heyvanlara qarşı həddindən artıq həssaslıq göstərən biriyəm.Yəqin ki, bu kitabdan sonra heyvanlara qarşı sevgi və diqqətim birə-beş artacaqdır.. ~Bunu da qeyd etməliyəm ki, kitab, oxuyan zaman həqiqətəndə qəzəbimə hakim ola bilmədiyim hadisələrlə dolu idi..
Hayvan
Ağ DişJack London · Qanun Nəşriyyatı · 202095,6bin okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
10/10
·320 syf.··
Beğendi
·
2022 40. kitabı
·
12 günde okudu
·
Okunma: 25 Ağustos 2022 19:11
~Cəmiyyətimizdə gözlə görülməyən, baş alıb gedən iyrənclikləri, insanların içindəki çirkliliyi ən yaxşı şəkildə göstərən əsərlərdən biri…Əsəri oxuyarkən olduqca məyus oldum. Çünki insan normal oturub düşündüyü zaman gerçəkləri həqiqətəndə olduğu kimi tam görə bilmir, əlbəttə ki, bu hər zaman belə olmuşdur biz insanlar üçün. Amma bəzən cəmiyyətimizin, biz insanların o qədər də çirkinləşmiş olduğuna inanmırıq, az da olsa içimizdə ümid yeri qoyuruq…baxın səhv elə buradadır “Ümid Yeri Qoymaq”.Bizim insanlar və cəmiyyətimiz üçün həqiqətən də bu cür düşünmək heç düzgün deyil. Çünki nankorluq hər zaman olduğu kimi əksilmədən hətta artaraq davam edir. Bir də bu nankorluğa cahillik, nadanlıq da əlavə olunarsa cəmiyyətimizi və bizlərin düşə biləcəyi vəziyyəti düşünməyi sizlərə buraxıram.. ~Bilinməyən bir səbəblə korluğun yayılması nəticəsində şəhərdə bütün insanlar kor olmuşdur amma bir qadın istisna olmaqla. Bəli, o qadın bu iyrənclikləri, baş verən, insan qürurunu ayaqlar altına atan, qadın əxlaqını, namusunu ən aşağı nöqtəyə endirən bu qədər hadisələrə görən iki gözü ilə şahidlik etmişdir.Belə anlamaq olur ki, bir millətin, bir insanın qarşılaşdığı fəlakət nə qədər faciəvi, dəhşətli olursa olsun, bu millət və ya bu insan bu fəlakətə baxmayaraq daha da çirkinləşməyi, iyrənc bir varlıq, olmağı çox yaxşı bacarır..Yazıçının nə üçün tək bir insanı kor etməməyi mübahisəli bir mövzu olsa da, mənim düşüncəm bu olmuşdur ki, yazıçı bizə baş verənləri daha yaxşı görməyimiz, anlamağımız üçün bir qadının görən gözlərindən ustalıqla istifadə etmişdir.. ~Son olaraq əsərin sonunda çox yaxşı bir cümlədən istifadə edilmişdir..Biz həqiqətəndə koruq. Görən korlar yox.Gözləri olduğu halda görməyən korlar..Bundan nəticə çıxara bilərik ki, bizim korluğumuz sadəcə mənəvi korluqdur, bəli mənəvi..
Körlük
KörlükJosé Saramago · Kırmızı Kedi Yayınları · 2022132bin okunma
10/10
·426 syf.··
Beğendi
·
2022 38. kitabı
·
19 günde okudu
·
Okunma: 25 Temmuz 2022 13:33
•Uzun müddətdir oxuduğum ən maraqlı roman deyə bilərəm bir kəlmə ilə.. Romanın əsas qəhrəmanı gec yaşlanma xəstəliyindən və ya problemindən əziyyət çəkir.Bəli, əziyyət çəkir, çünki, gec yaşlanmaq, hətta heç ölməmək biz insanların bir çoxunun xəyalları hətta vazkeçilməz bir arzusudur.Amma romandakı əsas qəhrəman bu problemindən xeyli əziyyət çəkir, təsəvvür edin sizin 439 yaşınız var və siz neçə əsrlər keçib, yaşayıb, görüb bu günə gəlib çıxmısınız, hələ də bir neçə əsrlik ömrünüz yenə də var.Bir neçə əsr…bunu dildə söyləmək və ya yazıya almaq nə qədər asan olsada yaşamaq bambaşqadır.Düşünün ki, siz bu əsrlər müddətində nə qədər müharibələrin, inqilabların, yeni-yeni kəşflərin, ixtiraların, şahidinə çevrilmisiniz. Mütləq ki, həqiqətəndə sevgi bəslədiyiniz insanlar olub ətrafınızda və bunlar sizdən qabaq həyatdan köçüblər..Məhz elə baş qəhrəmanımızın da çəkdiyi izdirablar, əziyyətlərin bir hissəsi hətta 40%-i bunlardan ibarət idi.Qalanına da əminəm ki, oxuduqdan sonra fikir bildirə, anlaya biləcəksiniz.. Romanda demək olar ki, insan həyatı üçün vacibli nə varsa hər birinə böyük bir ustalıqla toxunulmuşdur. •Kitab haqqında yazmağa həqiqətən də cümlələr yetmir. Zaman amili haqqında qısa bir fikrimi də yazıb yekunlaşdıra bilərəm məncə.. “Zaman bizə eyni vaxtda həm sevinc, həm də kədər yaşadır, həm yaralayır, həm də yaralarımıza məlhəm qoyur, həm sakitləşdirir, həm də qorxudur, o cümlədən həyatımızın, ömrümüzün qədrini bilməyi, yaşadığımız anlara dəyər verməyi öyrədir..
Zaman
Zamanı Necə DayandırmalıMatt Haig · Teas Pres Neşriyat · 015,2bin okunma
9/10
·240 syf.··
Beğendi
·
2022 36. kitabı
·
10 günde okudu
·
Okunma: 23 Haziran 2022 11:44
•Kitab zövq alaraq və əylənərək oxuduğum kitablardan biri oldu. Adından göründüyü kimi xoşbəxtliklə bağlı olmağına baxmayaraq, əslində, kitab bizə xoşbəxt olmağı vəd etmir.Əksinə, burada bizə bir çox fikirlər, düşüncələr, maraqlı faktlar göstərərək beynimizdə sualların yaranmasına səbəb olur, amma bu sualların heç birinin cavabları verilmir.Kitab da məhz bunun üçündür ki, bizim beynimizdə yaranan bu suallara öz fikir və düşüncələrimiz ilə cavablar tapaq.Kitabı özünü inkişaf kitabları ilə səhv salmamaq lazımdır, sadəcə burada bizə həyata dair maraqlı faktlar irəli sürülür. •Kitabda ən marağımı çəkən hissə “Balaca Şahzadə” və “Vinni Pux”la bağlı olan söhbətlər idi.Əslində bu hissələri oxuyarkən bir az məyusluq hissi keçirdim..çünki bu qəhrəmanlarla bağlı bir çox şeyi yadımdan çıxarmışdım.Amma kitabı bitirdikdən sonra, təkrardan filmlərinə baxmağın da gec olmayacağını bilirəm.Sizə məndən kiçik bir tövsiyə kitaba başlamamışdan öncə baxmağınız daha effektli ola bilər. :)
İnceleme
9/10
·128 syf.··
Beğendi
·
2022 34. kitabı
·
3 günde okudu
·
Okunma: 07 Haziran 2022 10:48
—Tolstoyun qısa romanı olan “Kreyser sonatası” qadın-kişi münasibətləri, qadının cəmiyyətdəki yeri, evlilik, sevgi, cinsiyyət rolları haqqında müəyyən nüanslara toxunan və bunları insanı düşündürəcək dərəcədə vurğulayan bir əsərdir. Bu əsərdə Tolstoy bizə cəmiyyətdəki qadın və kişilərin daxili hisslərini, əxlaqını, düşüncələrini, xarakterdə və xasiyyətlərdəki müəyyən çatışmamazlıqlarını göstərir və bunlara başqa bucaqdan baxmaq üçün bizlərə kömək edir. Əsərdə bəzi mövzulara ( əsas da qadın barəsində olan ) o qədər ciddi toxunulmuşdu ki, bir qadın olaraq bunları oxuyarkən, təkrardan geri qayıdıb oxumadan və narahat olmadan edə bilmədim.. Bu roman bizlərə, əsas da kişilərin daxili aləmlərini, onların fikir və düşüncələrini, biz qadınlara qarşı bəslədikləri pis ya da yaxşı hisslərini, qadınlara necə yanaşdıqlarını, özlərinin belə, bir çox mövzuda çox iyrənc və kin doğuracaq qədər nifrətə layiq olduqlarını açıq-aydın şəkildə təsvir edib, açmışdır.Əsərdə, bu cür ağır və radikal toxunuşların olmasını, mən, fikrin və durumun bizə daha yaxşı, aydın şəkildə anlaşılmağı üçün nəzərdə tutulduğunu düşünürəm. —Əsər, baş qəhrəman olan Pozdnişevin qatar səyahəti zamanı öz həyat hekayəsini danışmağı ilə başlanır və bu mövzu əsərin ortalarında, daha da artıq bir maraq qazanır.Gəncliyində heç də normal olmayan bir həyat tərzi yaşayan Pozdnişev, həyat hekayəsini danışan zaman artıq bu elədiklərindən zamanla iyrəndiyini açıq-aşkar şəkildə dilə gətirir. Və ailə həyatını da bu günahlar və iyrəncliklər üzərində qurduğu bəs deyilmiş kimi, bir tərəfəndən də, onun düşüncələrinə və bütün ruhuna hakim kəsilən qısqanclıq hissi, həmçinin də bir birlərinə tamamilə zidd insanlar olan bu ailənin ən başından ( ən dəhşətlisi də sonda ) məruz qaldığı acınacaqlı vəziyyət əsərin ortalarından maraq
Hayat ve İnsan
Kreyser SonatasıLev Tolstoy · Qanun Nəşriyyatı · 202013,6bin okunma