youtu.be/5t-k1doNBas
~Yenə bu şəhərdə üz-üzə gəldik,
Neyləyək, ayrıca şəhərimiz yox… bəli məsələ də tam buradan başlayır, bəlkədə hər kəs bir gün bir-birini unudacaq. Sonra qarşılaşacaq və dönüb baxanda tanış, amma çox bulanıq olan bir səs eşidəcək, bir üz görəcəklər..Amma buda tam xatırlamaq üçün bəs etməyəcək..Heç zaman yetərli olmayacaq, necəki bir-birlərinə qarşı zamanında yetərli olmağı bacarmadıqları kimi..Aradan illər keçir və özümüzü belə tanımağı bacarmayan bizlər necə başqalarını tanıya bilərik ki.? Amma yox, hər bir xatirəsini, hər bir saniyəsini, dəqiqəsini bütün hissləri ilə yaşayan insanlar var. Bax bu insanlar tanımağı, unutmamağı çox yaxşı bacarırlar…🤍
•Nə zaman dinləsəm sanki zaman dayanır.Hər cümləsində xatirələrimi, ən dəyərli anlarımı yada salan, məni alıb lap uzaqlara aparan ifa..Bu mahnı ilə başlamışdı hər şey, bununla da bitəcək..🖤
youtu.be/BoDep6FupH0
~Əksik yaşayırıq.İncələnəcək, baxılacaq o qədər film,oxunacaq o qədər kitab, gediləcək o qədər yer varkən biz əksik yaşayırıq.Həyat təlaşına düşmüş qısa ömrümüzü sıxıntı, dərd içində boşa xərcləyirik..Yaşaycağımız ömür qısadır, bacara bildiyiniz qədər xatirə toplamağınız ümidilə..
• youtu.be/RVRPCnl3-HI