Yadındamı, onda dünya gözəl idi,
O məhəbbət hər sevgidən əzəl idi.
Keçdi şirin çağlar,
Soldu yaşıl bağlar,
Xatirələr ağlar,
Gecdi daha...
Yadındamı, o məhəbbət dəniz idi,
O duyğular hər duyğudan təmiz idi.
Soyuq yellər əsdi,
İllər yolu kəsdi,
Xatırladıq, bəsdi,
Gecdi daha...
O arzular sənsiz heçdir daha,
O günlərə dönmək gecdi daha,
Xatirələr nə istəyir bizdən,
Olan oldu bizə, keçdi daha...
Xatirələr çağırsa da, hara gedim ?
Yadındamı, mən səninlə xoşbəxt idim ?
Olan oldu, keçdi,
Bu xəyallar heçdi,
Bir də sevmək gecdi,
Gecdi daha...