10/10
·80 syf.··
2026 2. kitabı
Şeirlərin qayda-qanunu, üslub və tərzinin necə olması haqqında çox az məlumatım var. Buna görə rəyimi həvəskar bir oxucu kimi bildirirəm. Və əvvəlki təhlillərdə vurğuladığım bir misalı yenə çəkirəm. Bir nəfər gözəl birinə, "saçını azca dağılıb" desə, onu çirkin hesab etdiyindən yox, gözəl görüb, sevib, qüsursuz olmasını istədiyindən demiş olar. Mənim tənqidlərim də bu cürdür. Yoxsa ki, çox sevərək, bəzilərini isə yaşayaraq oxudum. Bəziləri sanki mənim hisslərimə tərcüman olmuşdu. Yenə də, lap azca tənqidim olacaq. Sən yağışı sevəndə - şeiri timsalında digərlərindəki bəzi nüanslara da toxunacam. Ola bilsin, şairin tamam başqa məqsədi olub və mən yalnış anlamışam. Amma "cıracam çəkilləri, unudacam, qədrimi bilmədin, əlin boş qalacaq" kimi ifadələrin, təhdid, sitəm və ya minnət olduğunu düşünürəm ki, aşiqə bunların heç niri yaraşmır. Təbii ki, yazmaq üçün dərdi olmalıdır şairin. Amma bu dərd, "sən ki məni sevmədin, mən dünəndən sevmirəm səni" tərzində dərd olmamalıdır. Məsələn Füzulinin "Füzuli, dərdinin qədrin nə bilsin hər ötən bidərd?!" Və ya "dərdə bax, dərdimin dərmanı dərdimdi mənim" Xətayinin "bir dərdim var min dərmana dəyişməm" Kimi ifadələri, həzz verən, eşqdən doğan bir dərddir. Başqa bir unutduğum şair demişdi : "Mənə arxa çevirsən, incimərəm, gülün önü arxası olmaz" Məsələn çöllərə düşən Məcnun, Kəbə pərdəsindən yapışanda "Leyla qədrimi bilmədi, rədd elədi, çöllərə düşdüm, Allahım cavabını ver" demir, "Allahım, Leylaya olan eşqimi artır ki, daha çox həzz alım" deyir. Əziz şairimiz Rəşid bəyin, başqa bir misrasına diqqət çəkim: Səni sevdim sənə görə; Sevilməmişdin deyə. Bu və bu kimi misralarda da azcana minnət hiss edirəm.) Lap ürəyimin dibindən xəbər verən başqa bir misradan da danışım. "Sənsizliyə" şeirində deyir ki, "heyf ki, ağlım kəsməyib, sən
Və İstanbul Kimisən...Rəşid Nəsirzadə · Elm və Təhsil Nəşriyyatı · 20268 okunma
Moruq mürəbbəsi, çay və nərd..
Puan vermedi·372 syf.··
2026 1. kitabı
Uzun zamandır kitab oxuma vərdişimdən kənarlaşdığım üçün yenidən o günlərə geri dönmək adına sadə bir sevgi romanından başlamağı düşündüm... Ta ki bu kitab, yox saydığım və basdırılmış hisslərimi üzümə vurana qədər. Sadə bir sevgi romanı kimidir, filmlərdə gördüyümüz hər hansı bədbin sonluqlu sevgi hekayəsinə bənzəyir. Lakin, oxucu istər istəməz oxuduqca personajlar ilə empati qurmağa başlayır və əsl dərinlik onda başlayır. Sevgi onsuz da heç bir zaman səthi yanaşılacaq bir mövzu olmayıb. Eynən bu kitabda izah olunduğu kimi sevginin hər növü özünə məxsus dərin mənaya malikdir. Əgər bu kitabı oxuyan oxucu hər hansı bir personaj ilə empati qurmağı bacara bilirsə və ya hansısa hadisələr zamanla özünün də başından keçibsə, bax o zaman kitab daha çox təsirli olmağa başlayır. Olduqca sadə dildə və anlaşıqlı yazılmasına baxmayaraq kitabı bitirdikdən sonra qarışıq düşüncələrim və qorxularım ilə üzbəüz qaldım.. Kitabda diqqətimi çəkən əsas məqam sevginin insana nələr qata biləcəyinin realistik olaraq yazılması idi. Məsələn, Mələk obrazı sevgisi üçün yemək bişirməyi öyrənmək istəyir, Murad obrazı isə sevdiyini xoşbəxt görmək üçün ona sevdiyi insanı qutuya qoyub hədiyyə etməyi belə ağlından keçirir, Ayxan obrazı isə sevdiyini sonu görünməyən bir gələcəkdən qorumağa çalışır.... Hər kəsin özünə görə fərqli sevgi dili var. Hər iki personaj öz sevgisini dərindən hiss edərək yaşayır.. Hər kəsin fərqli sevmə tərzi var bəli, lakin ümumi baxanda bütün yollar eyni məzhəbə gəlib çıxır. Sevgi zamansızdır və anidir, lakin sevginin ən böyük düşmanı da elə zamandır. Personajların sevgidə uduzmasına səbəb zamanı dəyərləndirə bilməməsi və danışılacaq hər şeyi sonraya buraxmaları idi. Vaxtında deyilməyən hər söz və göstərilməyən hərəkətlər kiminsə gözlərindəki parıltının itməsi ilə nəticələnə
Edebiyat
Qanadsız MələkAysel Şıxlı · Teas Press · 0409 okunma
Reklam
Puan vermedi·188 syf.·
2025 37. kitabı
Ümumi olaraq oxuduğum 80-ci, 2025'də isə 38-ci kitabı'M oldu. Sevdim, çox sevdim. Yaxşı ki, oxudum. Kitabın dili olduqca axıcı, tərtibatı isə təqdirə layiqdir. Başlıq-başlıq olan kitabları oxumaq daha rahat gəlir mənə. Səndən nigaranam'da eynən bu cür idi. Keçidlər arasında yerli ve xarici yazarlardan, şairlərdən sitatların verilməsi çox xoşuma gəldi. Kitabı oxuduqca nə qədər cümlənin altından xətt çəkmişəm. Amma bir o qədəri də qaldı. Ümumi olaraq məzmun xətindən nə qədər kitabların, filmlərin adı çəkilirdi. Mən də qeyd edirdim ki, oxuyaram və ya izləyərəm. Kitab Aynur və Elvinin sevgi hekayəsindən bəhs edir. Amma görən təkcə məsələ sevgi idimi? Onlar bu hekayə'yə fədakarlığı, dərin hislərin çox, çox dərin yerlər açdığını, azadlığı, dostluğu, keçici ehtirasların əsla sevgini əvəz edə bilməməsini, verilən dəyəri... və s. mənəvi məsələləri özündə əks elətdirir. Kitab Elvin tərəfindən yazılsa da sonluğu yarımçıq sevgisi olan Aynur tamamlayır... Ya da bəlkə də tamamlamır. Axı Elvin də tamamlamışdı, yarımçıq qoymuşdu. Bəlkə də sonluğu yazmağa əli gəlməmişdi, hələ də ümid edirdi... Aynur sadəcə bizimlə bölüşmək istədi. Yaxşı ki, bölüşdü. Aynuru heç qınaya bilmədim kitabı bitirdikdən sonra. Heç bacarmadım. Mən olsaydım yerində getməzdim, hər şeyi danışmağı seçərdim. Bəlkə ayrılıq olardı, amma getməzdim, taleyimdən, sevgimdən qaçmazdım... Lakin Aynur'un yerindən danışmaq yəqin ki, rahatdır. Altından xətt çəkdiyim alıntılar bir kənara, incələməm məncə bu cür yekunlaşmalıdır: Ömrüm boyu gözümdə kam, qəlbimdə arzu kam Bu həsrəti daşıyıram, sənsiz daşıyıram. Mən bir təhər yaşayıram, sənsiz yaşayıram Təkcə səndən nigaranam, səndən nigaranam. Ömür ötür, keçir aram-aram. Heç bilmirsən bəlkə yoxam, varam. Yalnız səni, səni soruşaram. Səndən nigaranam, nigaranam... (Sözlərin
Səndən NigaranamAdil Samir · Kitab Oxu Nəşriyyatı · 202348 okunma
Bu ayın son kitabı
10/10
·108 syf.·
2025 89. kitabı
Taaşşuk-ı Talat ve Fitnat Bir kitab düşünün, qız ögey atası tərəfindən evləndirilir. Amma evləndiyi insan doğma atasıdır. Bəli, kitabı "Müsibətnamə"də adlandıra bilərik. Kitab Osmanlı ədəbiyyatın və ümumiyyətlə Şərqdə ilk roman sayılır. Qadın haqqlarının olmaması, maarifsizlik, cahillik, qadının bir əşya kimi alınıb satılması- hekayədə bunlar ən incə detalına qədər əks olunub. Kitabda ən sevdiyim hissə isə Saliha xanımın anasının sözləri oldu. Beləki ana qızına,"səni alacaqlar, evlənəcəksən" yox " sən alacaqsan, sən seçəcəksən " deyir. Kitabın yazılmasının üstündən kifayət qədər vaxt keçməsinə baxmayaraq, hələ də cəmiyyətdə eynən bu hadisələrin (erkən nigah, qadınların təcridi) olması doğurdan da acınacaqlıdır. Əsərin sonunda isə göz yaşlarımı saxlaya bilmədim. Fikrimi Sofie'nin Dünyası kitabından bu alıntı ilə tamamlamaq istəyirəm: "Ama Platon aynı zamanda kadınları eğitmeyen bir devletin sadece sağ kolunu kullanan bir insana benzeyeceğini söyler."
Taaşşuk-ı Talat ve FitnatŞemseddin Sami · Türkiye İş Bankası Kültür Yayınları · 202538,1bin okunma
Kitab haqqında fikirlərim
7/10
·96 syf.··
2025 103. kitabı
İlk olaraq onu vurğulayım ki, detektiv və sevgi romanı janrları mənim oxu tərzimə bir qədər yaxın deyil. Buna baxmayaraq əsəri oxumaq mənim üçün elə də çətin olmadı. Arif obrazı real həyatda çox rast gəlinən bir obrazdır və ustalıqla işlənib. Əsəri oxuyarkən həmin obrazda olan insanların davranışı eynən gözümün önünə gəldi. Birəbir eyni işlənib. Sonluq daha çəkici idi mənim üçün. Xüsusilə Gülərin qardaşı üçün öz canından keçməsi çox təsirli verilib. Ümumi fikir olaraq romanın süjet xəttini bəyəndim. Sonluq da çox gözəl bağlanıb. Əsas irad olaraq əsərdə çoxlu redaktə və korrektə səhvləri haqqında yazacam. Ən xoşalmadığım şeylərdən biri "-da" və "-də" şəkilçilərinin işlənmə yerləri ilə bağlıdır. Məncə yazıçı bunlara çox fikir verməlidir. Əsas da ilk əsərdə. Çünki ilk əsər həmin yazarın dəsti-xətti haqqında ümumi fikir formalaşdırır və gələcəkdə bu səbəbdən oxucu itirə bilər. Digər bir nüans isə roman konkret bir zamanla getmir. Bir cümlə indiki zamanda yazılsa da, növbəti cümlə bir çox yerdə keçmiş zamanda yazılıb. Bu da oxu zamanı oxucunu çox yorur. Redaktorların təbirilə desək oxucunun qulağını cırmaqlayır. Xəstə yatağında Gülnazın Səlimin göz qapaqları ilə oynaması, bir qədər deyib-gülməsi məncə bir az absurd alınıb. Bunlara rəğmən əsər özünü oxutmağı bacarır. Sonluq yaxşı bağlandığı üçün bəzi xırda səhvlər unudulur. Ehtiram bəyə yazıçılıq fəaliyyətində uğurlar arzulayıram. Yazın-yaradın ki, bizlər də oxuyaq
Duygu ve Düşünce
Mənim Qəhrəmanım Olarsan?!Ehtiram Babaşov · Mücrü Nəşriyyatı · 202549 okunma
"Karamazov kardeşler"
10/10
·1025 syf.··
2025 15. kitabı
·
15 günde okudu
·
Okunma: 10 Eylül 2025 19:05
"Karamazov qardaşlar" Dostoyevski'nin ölümündən bir neçə ay əvvəl yazıb bitirdiyi, dərin fəlsəfəsi ilə seçilən romanlarından biridir.Dostoyevski'nin şah əsəri adlandırılması düşünürəm ki, təsadüfi deyildir.Çünki kitabı oxuyub bitirdikdən sonra aldığım zövqü sözlərlə ifadə edə bilmərəm.Bir kitab sizə nələri verə bilərsə, mən bu kitabdan artığını aldım,- deyə,- bilərəm. Yazıçı bir ata və üç oğlunun ( dörd Smerdyakov Fyodor Pavloviç'in qeyri-qanuni oğlu) simasında bir çox mövzulara toxunur və hər bir xarakteri psixoloji dərinliyi ilə oxucuya təqdim edir.Əslində Dostoyevski'ni oxuyanlar bilir ki, onun əsərlərində hadisələrin gedişatından daha çox obrazların duyğusal yönünü, psixoloji analizinə yer verir. Yazıçı bu romanda psixoloji dərinliyi hadisələrin axarı ilə birləşdirir. Əslində bir insanın daxili dünyasını deyil, bütöv bir cəmiyyətin mənəvi durumunu göstərməyə çalışır.Din,Tanrının varlığı,siyasət,əxlaqi dəyərlər, günah, ədalət duyğusu, sevgiyə baxış, rus cəmiyyətinin simasını, insan ruhunun müxtəlif tərəflərini İvan, Aleksey , Dmitri, Smerdyakov kimi obrazların timsalında göstərir. Əsərdə ən çox diqqətimi çəkən səhnələrdən biri: Xarakter baxımından bir-birinə zidd, həyata baxışı fərqli olan qardaşların -Alyoşa və İvanın arasında keçən dialoq idi. İvan rasional, ateist, gördüyü ədalətsizlikləri,daxilindəki üsyanını susdura bilməyən bir obrazdır. "Bir uşağın ölümünü görməkdənsə, bu dünyaya gəliş biletimi geri qaytarıram" ifadəsi düşünürəm ki, İvanın mənəvi üsyanını ən aşkara çıxaran ifadədir.Burada İvan Tanrıya ehtirazını dilə gətirir: Əgər digər dünyanın cənnəti bir uşağın göz yaşları üzərində qurulacaqsa, belə ilahi plan təməldən yanlış və ədalətsizdir. Qarşı tərəfin-Alyoşa'nın İvana cavabı isə sözlərlə deyil, onu qucaqlamaqla ifadə edir.Çünki Alyoşa'nın
Karamazov KardeşlerFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 202545,3bin okunma
Reklam
Reklam