Hamı olmuş heç kim tərəfindən yazılmışdır
10/10
·400 syf.··
Beğendi
·
2026 37. kitabı
·
4 günde okudu
·
Okunma: 26 Mart 2026 22:42
"Gecəyarı Kitabxanası" bizə yaşaya bilmədiyimiz həyatları sorğuladan fəlsəfi və fantastik romandır. Həyatda özümüzə "Əgər o qərarı versəydim, indi harada olardım?" tipli suallar veririk. Bu əsərin də təməli həmin suallardan başlayır. Çox düşündürücü əsər idi, yarım saat oxuyub 2 saat düşünürdüm və araşdırırdım. Soxulcan dəlikləri, çəyirtkələrin intiharı, Eynşteyn-Rozen körpüsü, toxoplasma gondii, lüsid yuxu, zombi siçanlar, multikainat, simlər nəzəriyyəsi, kvant dalğa funksiyası və daha nələr, nələr... O qədər maraqlı anlayışlar çıxdı ki, öyrənmək zövq verirdi və düşüncə baş alıb gedirdi. Bu kitabda, Noranın yaşamadığı digər həyatlarına onunla birlikdə səyahət edirik. Kitabda bir çox maraqlı detallar var. İlk öncə psixologiyadan başlayaq. Gestalt psixologiyasına görə, insan beyni hər şeyi sadələşdirməyə çalışır. Biz dünyanı xaotik hissələr kimi deyil, bütöv, mənalı formalar kimi qəbul edirik. Yəni reallıq bizə olduğu kimi yox, beynimizin qura bildiyi qədər görünür. Əsərdə saatın əqrəbləri nümunə olaraq çəkilir. Əgər saatın işləmə prinsipi haqqında heç bir məlumatımız olmasaydı, ona baxanda saat əqrəbinin hərəkətsiz qaldığını düşünərdik. Burada bizə çatdırmaq istəyir ki, görə bildiyimiz dünya, yalnız dərk edə bildiyimiz çərçivənin içindədir. Hələ dərk etmədiyimiz sonsuz şeylər olduğundan, görə bilmədiklərimiz də sonsuzdur. Biz hər an sonsuz ehtimalların içində yaşayırıq, lakin beynimiz bizə sadəcə bir xətt - indiki reallığımızı göstərir. Kvant fizikasında dalğa funksiyası anlayışı var. Bu, bir zərrəciyin (məsələn, elektronun) eyni anda hər yerdə və hər vəziyyətdə ola biləcəyini göstərən ehtimallar xəritəsidir. Bu vəziyyət superpozisiya adlanır. Ancaq biz ona baxdıqda, yəni müşahidə etdikdə, bu ehtimallar tək bir nəticəyə "yığılır". Buna dalğa funksiyasının çökməsi
1000Kitap
Gecəyarı KitabxanasıMatt Haig · Qanun Nəşriyyatı · 202498,1bin okunma
Uşaqlar Bizə Həmişə Eyni Cür Mesaj Vermir.
9/10
·248 syf.··
2025 6. kitabı
Bilmirəm, uşaqları tərbiyə edərkən və ya məktəbdə onlara nəsə öyrətməyə çalışarkən, nə qədərimiz onların yerinə özümüzü qoyuruq? Bəlkə də çox azımız bir uşağın iç dünyasını, yaşadığı çətinliyi, susduğu yerlərdə nə demək istədiyini dərk etməyə çalışır. Bəzən düşünürəm: mənim kimi, bir uşağın hekayəsini beynində canlandırmağa çalışan, onu sanki bir obraz kimi hiss edən daha kimlər var? Kitabı oxuyanda sanki uşaqların dünyasının sehrli olduğuna və orda onlarla nə vaxtsa eyni olduğumuza inanıram. Xəyalımda özümügöy üzündə parlayan ulduzlarla dolu o sehirli dünyada təsvir edirəm. Böyüdükcə bu sehri niyə inkar edirik, hələ də həll edə bilmirəm. Bu çəhrayı röyalarda yaşamaq deyil türklər demiş, bu özünü və uşağı anlamağa çalışmaq və onlara nümunə olduğumuzu, yetişdirmə məsuliyyətini yerinə yetirərkən uşaqlardan tələb olunanların yaşlarına uyğun olmalı olduğubu unutmamaq üçün olmalıdır məncə. “Ağacdakı Balıq” kitabının anotasiya hissəsində qəribə hadisələrdən bəhs olunduğu yazılır. Amma qəribəlikdən çox, fərqlilik var. Bəlkə redaktorun və ya tərcüməçinin də fərqli yanaşmasıyla əlaqəlidir. “Ağacdakı balıq” ifadəsi metaforadır və Eynşteynə aid edilən sitata əsaslanır və bu kitabın əsas simvolik mənasını daşıyır məncə. Kitabdakı hekayə də, hər uşağın fərqli bacarıqları olduğunu, lakin bizi. çox vaxt bu fərqlilikləri nəzərə almadan onları eyni meyarlarla və ya öz mentalitetimizlə qiymətləndirməyimizi tənqid edir. Əsərin əsas gücü də məhz buradadır: Uşaqların hər biri bir-birindən fərqli olan kiçik, lakin tam bir şəxsiyyət kimi təqdim olunur. Onlar nəinki stereotiplərə sığmır, hətta oxucuya insanı anlamanın, qəbul etməyin nə qədər vacib olduğunu xatırladır. Əsərin baş qəhrəmanı Elay Nikerson disleksiyalı bir uşaqdır. O, yazı və oxu ilə bağlı çətinliklər yaşayır, lakin bu
Ağacdakı BalıqLynda Mullaly Hunt · 3 Alma Nəşriyyatı · 2022264 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Puan vermedi·124 syf.··
Beğendi
·
2024 4. kitabı
·
16 günde okudu
·
Okunma: 10 Nisan 2024 08:53
Kitabi oxuyaraq Albert Eynşteynin bəzi dünyəvi problemlərə hansı tərəfdən baxdığını onun düşüncelerini anlaya bilərsiz. Bunu başa düşməyiniz üçün kitabda onun məqalələri məktubları çıxışları qeyd olunub. Eynşteyn müharibəni əsas problem sayır və ondan tez bir zamanda azad olmağımızı istəyir və bunun üçün nəsə etməyə çalışırdı. Birdə onun din və əxlaqi mövqeyini öyrənə bilərsiz. Xoş oxumalar
Mənim Gördüyüm DünyaAlbert Einstein · İndivid Yayın Evi · 01,781 okunma
Puan vermedi·160 syf.··
2024 6. kitabı
·
10 günde okudu
·
Okunma: 29 Şubat 2024 00:00
Beyni çalınan adam yox, Beyni Çalışan adam olmalıymış kitabın adı fikrimcə. Kitabda Eynşteyn haqqında qısa və yığcam məlumatlar var. Tamamilə biz bunu tərcümeyi-halı kitabı adlandıra bilərik. Uşaqlıqdan başlayaraq anası,atası, həyat yoldaşı və təhsil həyatı haqqında hər şey ətraflı izah olunur. Oxuyarkən biz Eynşteynin yaşadığı yerə 100 il geri qayıdırıq. Çətinlikləri və həyəcanı tam yaşamaq mümkündür. Məncə bu bioqrafiyadır. Qəlibə sığmayan bir zəka.Müəllim seçimi, etirazlar, dərslərdə davalar.  Diplomu olmamaq riski ilə məktəbi tərk edib ailəsinə sığınmaq. Sonra riyaziyyat, fizika.. Sürgünlər, vətəndaşsızlıq və dünya müharibəsi.  Atom bombası düzəltmək və buna görə peşman olmaq.  Nobel mükafatı almaq və sülh üçün dünyanı gəzmək. Albert Eynşteyn münaqişələri və ziddiyyətləri ilə birlikdə mənimçün çox maraqlı oldu. Hər kəsin oxumalı olduğu bir kitabdır.
Beyni Çalınan Adam Albert EinsteinDeniz Yılmaz · Halk Kitabevi · 202161 okunma
Tanrı Yanılgısı
Puan vermedi·480 syf.··
2023 5. kitabı
İlk öncə kitab haqqında öz fikrimi bildirəcəm. Richard Dawkins dünyanın ən güclü ateistidir. Yazdığı bu kitabda texnologiyalardan, dini kitablardan, müharibələrdən, ilahiyyatçılardan, din müharibələrindən, darvin nəzəriyyəsinindən nyuton qanunu, kvant fizikasından istifadə edərək dinləri yalanlayıb. Məsələn bir uşaq düşünün bu uşaq doğulur ailə tərəfindən ona bir din aşılanır fərqi yoxdur islam xristian və ya iudaizm. Bu uşaq böyüdükcə bu dinin təsiri altında qalır. Valideynlərinin təzyiqi ilə bu dinə itaət edir və onda bir qorxu yaranır. Bu uşaq böyüdükcə ateist olmağa qərar verir. Çünki onun hansısa bir dinə itaət etməyində onun öz qərarı olmayıb. Bu valideynlərinin təzyiqi ilə baş verib. Bununlada uşaq artıq böyüdükcə öz düşüncə qabiliyyətini itirir və başqa dini qəbul etmiş insanlara bir cinayətkar yada bir kafir kimi baxır. Onları öldürmək istəyir. Richard Dawkinsdə dinin uşaqlarda şiddət psixologiyasını yaratdığını cəmiyyətə təbliğ edir. Fransada karikaturaçılar məhəməd peyğəmbərin karikaturalarını çəkib yayınlayan kimi bu zaman bütün müsəlman ölkələri pakistan, türkiyə, əfqanıstan kimi cihadçı ölkələr fransız millətini və karikaturaçıları öldürməklə tənqid etdi. İş ora qədər gəlib çatmışdır ki müsəlman ölkələri fransaya qarşı müharibə elan etsin. Bütün müsəlman ölkələrində cihad elanı verildi. Amerika xristian ölkəsiydi. Öz əsgərlərini Iraq müharibəsinə xristianlıq elanı altında göndərdi. Hansı ki papazlar amerika əsgərlərinə əgər sən iraqa getsən bu zaman tanrı səni cənnətə qəbul edəcək. Halbuki iraq müharibəsində döyüşən amerikalıların çoxu kriket oynayan vətəndaşlar idi. Richard Dawkins bunuda dinin müharibələrin əsas səbəbi kimi olduğunu açıqlayır. Kitabda albert eynşteyndən də bəhs edir. Albert eynşteyn deist olub yəni gördüyü dünyaya gördüyü şeylərə
Bilim-Kurgu
Tanrı YanılgısıRichard Dawkins · Kuzey Yayınları · 20204,106 okunma
Eynşteyn
Puan vermedi·128 syf.··
2023 11. kitabı
·
3 günde okudu
·
Okunma: 09 Eylül 2023 14:48
#k:271710 İlk öncə bu vurğulayım; fiziklə əlaqəniz yoxdursa, oxumağınızı tövsiyyə etmirəm... Kitab çox gözəl idi. Eynşteynin fikirləri, düşüncəsi, insanlara verdiyi dəyər və Allaha inamı barədə yazılmışdı. "Uğura gedən yollar çətinlikdən gedir" ~A.Eynşteyn
Felsefe/fizik/Matematik
Benim Gözümden DünyaAlbert Einstein · Alfa Yayıncılık · 20201,781 okunma