Bundan önce çok fazla okumamıştım. Kitaplar bizim evimizde nadir rastlanan bir şeydi. Ekmeğin daha önemli bir şey olduğu düşünülürdü. Midelerimizi doldurmak zihinlerimizi beslemeye oranla daha önemli bir şeydi.
Kitabda yazıçı sadəcə siqaretin zərərlərini, yaratdığı problemlərini, asılılıq yaratmağının səbəblərini, siqareti necə buraxacağımızı izah etmir. Əsaslı olaraq nəyə görə siqaret çəkdiyimizi, mahiyyətini, dünya tütün sənayesinin şüuraltı reklamlar üçün külli miqdarda vəsait ayırdığını, etdiyi "hoqqabazlıqları" ətraflı və hər kəs tərəfindən başa düşülə biləcək şəkildə qeyd edir. Allen Carr siqaret audəçilərinin ilk öncə özlərinin "tiryaki" olduğunu qəbul etmələrini tələb edir. Çünki, insan yalnız həqiqətləri qəbul etdikdən sonra mübarizə aparmağa hazır ola bilər. Kitabın işə yarayıb yaramayacağından şübhə duyan insanlara oxumaqlarını məsləhət görürəm, uzun bir kitab da deyil və aydın dildə qələmə alınıb.
Kitabın məndə buraxdığı izlərə gəldikdə isə: onu qeyd edə bilərəm ki, İŞƏ YARADI! Həqiqətən, bir növ gerçəkliklərlə üzləşməmə səbəb oldu. Normal həyatımda önəmli qərarları emosiama yox məntiqimə əsasən qərarlaşdırmağıma baxmayaraq, iş siqaret çəkməyə gələndə bütünlüklə məntiq sistemini qeyri-ixtiyari şəkildə sıradan çıxarıb "kiçik canavarı" qidalandırıram. Bu icmalı paylaşdığım an etibarilə 25 gündür siqaret istifadə etmirəm. Və bunu o qədər də böyük çətinlik çəkmədən bacardığıma inana bilmirəm. Sadəcə sizə önərim ilk 3 həftə bacardığınız qədər stressdən və stressli yerlərdən uzaq durun. Çünki siqaretə ən çox ehtiyyacımızın olduğunu düşündüyümüz yerlər və zamanlar o aralıqlardı. Əgər yox, həyatımın hər anı stresslidir deyirsinizsə günü bu gündən hərəkətə keçin, zənciri qırın. Çünki bu işin axırı yoxdur. Sağlam qalın!