Puan vermedi·208 syf.··
2026 30. kitabı
Salam Qədirzadə - “Kəndimizdə bir gözəl var" Yazıçıdan oxuduğum dördüncü kitabdır və qələminin şirinliyinə, doğmalığına bir daha heyran qaldım. Bütün kitablarını bezmədən, ard-arda oxuya bilərəm. Elə səmimi üslubu var ki, sanki 2026-cı ildə deyilsən, kitabın yazıldığı köhnə dövrlərdə yaşayırsan. Yazıçı məkanın ləhcəsini, dialektini əsərə o qədər təbii köçürüb ki, insan özünü hadisələrin içində hiss edir. Bu canlılıq oxucunun üzünə gah şirin gülümsəmə qondurur, gah da fərqli kədər bəxş edir. Yenə sevə-sevə oxuduğum, maraqlı bir Salam Qədirzadə kitabı oldu. Hər zaman dediyim kimi - "Xan Nəşriyyatı"nın bu seriya üçün hazırladığı üzlüklər möhtəşəmdir. Kənardan baxanda insanı cəlb edir, rəsmən kitab "məni oxu" deyir. Yazıçının qələmində belə bir xüsusiyyət var - demək istədiyi fikri və ya səhnəni üstüörtülü, amma çox anlaşıqlı çatdırır. Bəlkə hər oxucu birdən-birə anlamaz, amma başa düşəndə ayrı zövq verir. Müəllif səhnəni açıq yaza bilərdi, amma yazmayıb hər şeyi oxucunun ixtiyarına buraxır. Bu da Salam Qədirzadə qələminin özünəməxsus sirdir. Sevgini, eşqi şirin sözlərlə elə ifadə edir ki, oxuduqca insana çox xoş gəlir. Baş obraz Əkrəmin həyatı mənə çox təsir etdi və mənim üçün unudulmaz obrazlardan birinə çevrildi. Məncə, yazıçının ən təsirli, dramatik əsəri budur. Əkrəmin yaşadıqlarını oxuduqca insan sağlamlığının - əlinin, ayağının, gözünün qədrini bilməli olduğunu düşünür. Hər şeyimiz yerindədirsə şükür etməli, yerində deyilsə də "Allahın bir bildiyi var" deyib qane olmağı bacarmalıyıq. Qadın və qadın gözəlliyi böyük qüvvədir. Nə mənada dediyimi anlamaq üçün kitabı oxumaq lazımdır. Kitabda deyildiyi kimi: "Qadın gözəlliyi gənclik üçün hörümçək toruna oxşar tilsimdir". Çox gözəl cümlədir. Digər tərəfdən, hər şeyə kor-koranə inanmağı qəbul edə bilmirəm. İnsan bir az
Kəndimizdə Bir Gözəl VarSalam Qadirzade · Xan Nəşriyyatı · 2024318 okunma
Fikrət
Puan vermedi·373 syf.··
2026 8. kitabı
Kitaba təzə başlayanda Yunisə görə Fikrətə necə yazığım gəlirdisə,elə kitabın sonuna kimi də elə yazığım gəldi.Ona görə bu həyat da heç kəsə inanmamaq lazımdır
Ələkeçməz YaquarElhan Elatlı · Teas Press Nəşriyyat · 2023631 okunma
Reklam
7/10
·208 syf.··
Beğendi
·
2026 3. kitabı
"Kəndimizdə Bir Gözəl Var" təkcə bir qızın (Leyla) doğum sirri ətrafında deyil, həm də müharibədən qayıdan kor əsgər Əkrəmin, onu aldatdığı üçün peşman olmayan Yeganənin, əsl məhəbbətini tapan Fəridənin və taleyin qurbanı olmuş başqa qəhrəmanların faciəsidir. Qədirzadə məhəbbət, namus, xəyanət, ana övlad sevgisi və insanın daxili ziddiyyətlərini çox canlı və dramatik şəkildə təsvir edir. Xüsusilə Yeganənin əxlaqi süqutu, öz övladına qarşı belə amansızlaşması oxucuda dərin təəssürat və nifrət hissi oyadır. Əsərin sonunda bütün düyünlərin açılması, taleyin qəribə bir tərsinə çevrilməsi (Fikrət və Günəşin əsl övladlarını tapması) maraqlı və təsirlidir.
Kəndimizdə Bir Gözəl VarSalam Qadirzade · Xan Nəşriyyatı · 2015318 okunma
10/10
·232 syf.··
Beğendi
·
2026 8. kitabı
·
14 günde okudu
·
Okunma: 10 Mart 2026 08:17
“Səs gözlədi…” Onun hekayələrində təkcə insanlar yox, ümidlər, arzular, ölümlər və hətta səslər də gözləyir. Hekayələr kitabında özünəxas üslubu ilə seçilən “Bir yalnızlıq məsaisi”də baş qəhrəman Fikrət əsər boyu o gəlməyəcək səsi gözləyir – ömür-gün yoldaşının isti nəfəsini, hənirini, cavabını. Amma fasiləsiz dialoq üzərində qurulan süjet son ana qədər oxucudan bu yası gizlətməyi bacarır. Xədicənin vaxtsız ölümü ilə barışa bilməyən Fikrət yasın hələ ilkin/inkar mərhələsində olduğu üçün itkinin ağırlığı ilə üzləşməyi bacarmır və onunla xəyali ünsiyyətə başlayır. Çünki xəyal gücünə sığınmanın kökənində reallıqdan qaçış gizlənir. Gerçəkliklə barışa bilməyən insan yaşadığı dünyanın sərhədlərini aşıb keçməyə can atır. Reallığın olduğu kimi qavranıla bilməməsi və ona alternativ situasiyaların qurulması da məhz burdan qaynaqlanır. Azərbaycan poeziyasında Əlisəmid Kür şeirindən ikicə misranı xatırlayaq: – Ata, məni eşidirsən? – Al-lo, mən səni görürəm, qızım… İnsan ən çox itirdikləri ilə razılaşmayanda, özünü yarım-yamalaq, kimsəsiz hiss etdiyi anlarda sözə sığınır. Sözün sehrini aşıb keçməklə özünə yeni bir düzən yaradır. Bəzən ölümünə üzüldüyü həyat yoldaşını sözlə canlandırıb özünə təsəlli tapır: Əgər evimdə o əvvəlki illərdəkitək yenə də mikrofonlar quraşdırılsaydı, səs yazanlar, dinləyənlər hökmən dəli sanardılar məni; yazırlar və səninlə ən adi şeylər haqqında danışdığımı, hər ehtimala qarşı dediyim sözləri, sənin rəyini bilmək istədiyimi eşidirlər; arabir, indiki zamanda, elə-belə “səni sevirəm” deyirəm… Ana Blandiana Həyat yoldaşını itirən rumın şairi Ana Blandiana xanım bu şeiri ilə siyasi rejimi və onun “əməllərini” ifşa etməklə yanaşı, həm də bu itkidən sonra sevgisini necə yaşatdığını təsvir edir. Bu cəhət Səma Öztürkün “Bir yalnızlıq məsaisi” öyküsündə
Edebiyat
Tatar ÇölüDino Buzzati · İletişim Yayınevi · 201819,8bin okunma
7/10
·248 syf.··
2024 1. kitabı
·
28 günde okudu
·
Okunma: 28 Ocak 2024 00:00
Fikrət Qocanın Seçilmiş əsərləri — bu, təkcə bir kitab toplusu deyil, illərin, yaşanmış ömrün, xalqla birgə nəfəs alan sözün yığcam bir tərcümeyi-halına bənzəyir. Hər səhifəsi sanki torpağın altında gizlənmiş köklər kimi bizi özümüzə bağlayır, milli yaddaşın izlərini daşıyır. Bu əsərlərdə söz sadəcə danışmır — o pıçıldayır, yanır, susur, dirçəlir. Fikrət Qocanın qələmi ilə söz daşlaşır, hərf şəkil alır, duyğuya dönür. Onun poeziyasında kəndin tütəyi ilə Bakının qaranquşları eyni misrada görüşür. Hər şeir bir vətəndaş andı, hər bənd bir xalq salnaməsidir. "Seçilmiş əsərlər"də oxucuya sükut içində danışan bir vətəndaş, həyəcanını da, üsyanını da öz xalqının taleyinə bükmüş bir şair təqdim olunur. Bu əsərlərdən keçən yollar torpaqla suyun, ana ilə övladın, vətənlə ömrün yollarıdır. Və ən çox da bu kitabda sözün öhdəçilik daşıyan halı var — Fikrət Qoca şair olmaqdan əvvəl vətəndaşdır, sonra müəllim, sonra ata... və bütün bunların içindən doğulan bir şairdir. Onun poeziyası yaşamaqla yazmaq arasında körpü salır. Beləliklə, “Seçilmiş əsərlər” — sadəcə oxunan yox, yaşanan bir kitabdır. Oxucusunu özü ilə birgə susduran, düşündürən, vətəni içində daha çox sevdirməyi bacaran bir söz abidəsidir. #aimraabooks
Seçilmiş ƏsərləriFikrət Qoca · Şərq-Qərb · 200414 okunma
Puan vermedi
Aysel Fikrət yazır: "Mən burdayam, İlahi, uzaq yaşıl adada". 99-cu il idi, deyəsən. Gənc və özümdən razı, gələcəyə ümidlə baxan vaxtlarım. Evimizə yeni iki kitab gəldi. "Mən burdayam İlahi", "Uzaq, yaşıl ada". Kitabların müəllifi Vaqif Səmədoğlu. Vərəqlədikcə anlayırdım ki, şeirlər oxunmur, sanki yaşanır. Saatlarca oxudum. Oxuduqca qarşımda yeni insanlar, qəribə mühit, yollar, pillələr açılırdı. Qəribəsi o idi ki, o dünyada onun dünyasında özümü rahat və xoşbəxt hiss edirdim.
Uzaq Yaşıl AdaVaqif Səmədoğlu · Şərq-Qərb Nəşriyyatı · 200451 okunma
Reklam