ümumi baxış
8/10
·208 syf.··
Beğendi
·
2026 8. kitabı
·
5 günde okudu
·
Okunma: 31 Mayıs 2026 07:43
Oxucunu kitabdan asılı vəziyyətə salan və oxunması ən asan kitablardan biri idi. Bu kitabı oxuduqda insan rahatlaşır və rahatlaşmaqla yanaşı oxuduğu səhifələr içərisində yeni məlumatlar öyrənir. Mən bu kitabı oxuyarkən bildiyim və yaxud bilmədiyim fakt gördüyüm zaman kitabı yarıda saxlayıb həmən məlumatı araşdırıb öyrənir və yeni versiya ilə kitabı oxumağa qayıdırdım qəribə bir şəkildə bu məni yormur əksinə xoşuma gəlirdi. Kitabı oxuyub bitirdikdən sonra sadəcə bir kitabı bitirməmiş həmdə kitabdakı faktları dəqiqləşdirmək üçün daxil olduğum araşdırmalar məni daha fərqli məlumatları öyrənməyə aparıb çıxarmışdı. Öyrəndiyim qədərilə kitabda elmi cəhətdən düzgün anlayışlar olsa da indiki nəzəriyyələr ilə üst-üstə düşməyən yanlış anlayışlar da var. Ancaq düzgün məlumatlar yanlış məlumatlardan daha çoxdur və kitabı oxuyan zaman bu yanlış məlumatları (bu dövr üçün alimlərin nəzəriyyələrinə əsasən) fərq edib fantastik olduğunu anlamaq elə də çətin olmur. Kitabın çatdırmaq istədiyi şey isə odur ki, biz bir məqsəd uğrunda irəliləyirik, yol elə gətirir ki bu məqsədə çata bilmirik və yaxud çatırıq burada önəmli olan kitabın adından da göründüyü kimi (dünyanın merkezinə səyahət) səyahət, həmən yol və həmən yolda qarşılaşıb öyrəndiklərimiz, xatirələr, prosesdir. Biz bundan həzz almağı bacarmalıyıq. Kitabda olan 3 baş obrazda insanın daxili dünyasında yaşadığı hissləri ayrı-ayrı obrazlar şəklində göstərilir. Hans- soyuqqanlı, təcrübəli; Professor- elmi baxış, həvəsli; Axel- qorxu, məntiq. Kitabın sonuna bir az yüngül yanaşılsa da mənim üçün oxunması xoş kitablardan biri oldu.
Arzın Merkezine SeyahatJules Verne · İyigün Yayınevi · 196712,3bin okunma
Puan vermedi·208 syf.··
2025 8. kitabı
Məncə, bu kitab sadəcə bir hekayə deyil. Bu, insanın öz azadlığı ilə necə oynadığının dəhşətli bir güzgüsüdür. Niki adlı adamı düşünün: bir böcək axtarır, özünü aydın, məntiqli bir insan hesab edir. Amma bir də görürsən ki, özü də qumun dibində bir böcək kimi qapana düşüb. Mən burada ən çox onun “azad olmaq” üçün göstərdiyi ilk cəhdlərə güldüm – əlləri ilə qumu qazıb qaçmağa çalışır, amma qum onu daha da aşağı çəkir. Bu, mənə həyatımızdakı o sonsuz “qaçış planlarını” xatırladır. Nə qədər çox qaçmağa çalışırıqsa, o qədər çox batırıq. Kitabın ən vurucu tərəfi isə qadının susqunluğu idi. Onun adı belə yoxdur. Sadəcə “Qumluqdakı Qadın”. O, işləyir, qumu kürüyür, adamın yeməyini bişirir, gecələr də onunla yatır. Amma bir dəfə də olsun “mən niyə buradayam?” demir. Bu məni qəzəbləndirdi. Sonra anladım ki, bəlkə də Abe bu qadın vasitəsilə cəmiyyətdəki görünməz əməyi, bəlkə də “qadın olmağın” özünü bir növ həbsxana kimi göstərmək istəyib. Amma etiraf edim ki, Niki ilə birlikdə mən də ona qarşı həm nifrət, həm də acıma hissi keçirdim. Sonlara yaxın Niki artıq qaçmaq imkanı tapdığı halda, niyə qalır? Çünki qumun altından su çıxarmağın sirrini tapmışdı. O, artıq qumun ona verdiyi “kiçik güc”ə bağlanmışdı. Bu nöqtədə mən öz-özümə sual verdim: “Bəs mən? Gündəlik işimin, təkrarlanan həyatımın qumuna nə vaxtdan öyrəşmişəm?” Bəlkə də həqiqi əsarət fiziki divarlar deyil, bizim “alışmağımız”dır. Və nəhayət, qumun qadını əslində Niki-nin öz vicdanıdır. O, qaçdıqca, qum daha çox gəlir. O, susduqca, qadın daha çox işləyir. O, qalmağı seçəndə isə qum artıq onu boğmur, ona ev olur. Mən bu kitabı bitirəndən sonra əllərimə baxdım. Sanki ovuclarımda qum vardı. Hələ də oradadır. “Qumluqdakı qadın” azadlıq haqqında yazılmış ən qaranlıq romandır – çünki o deyir ki, azadlığın özü də bir növ
Edebiyat
Qumluqdakı QadınKobo Abe · Qanun Nəşriyyatı · 02,901 okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Wattpad part2
7/10
·496 syf.··
Beğendi
·
2026 68. kitabı
·
25 saatte okudu
·
Okunma: 15 Mayıs 2026 00:00
Bu yazarın digər iki kitabını da oxumuşam. Çox maraqlıdı ki, hər iki kitabı da GökçenBülbül Kapanı I tərifləndiyi qədər olmasa da mən niyə hər dəfə bu yazarın bir kitabını oxumağa başlayıram? Kütləsi çoxdu sadəcə. Kitabı basan yayınevinin də reklamı güclü olduğundan ortaya belə şeylər çıxır. Bur də sırf akınsın deyə fərqli fərqli dizayndan idtifadə edilməsi də ayrı komediyadı. Amma mən neylədim? Pdf oxudum. Daha doğrusu wattpad üzərindən oxudum. Ağıllıyam mən Wattpaddə qısadı və finala kimidi. Tez tez oxuyub bir günə 3 kitab oxudum 2 kitab basılıb + bonus 1 Basılmış halı ilə fərq olub-olmadığı çox da maraqlı deyil. Sırf çox reklam olubur və niyə sevilir maraq gəldiyindən oxuyuram
Tozlu Pembe 2Loresima · Ephesus Yayınları · 2026222 okunma
5/10
·400 syf.··
2026 18. kitabı
·
25 saatte okudu
·
Okunma: 12 Şubat 2026 00:00
Özümə söz vermişəm ki, PDF və ya fiziki fərq etmədən 'Asker kurgusu' adı ilə yazılan bütün kitabları oxuyub bitirəcəm. PDF kimi tapmadıqlarımı alacaq, digərlərini isə elə pdf oxuyacam. Bəyənsəm də, bəyənməsəm də hamısını sona çatdıracam. Ki, sonda düzgün qiymətləndirmə edə bilim. Elə bu kitab da 'yaxşı ki, PDF oxumuşam' dediklərimdən biri oldu. Serinin ilk kitabı sonlara doğru maraqlılaşdığı üçün ikinciyə dərhal başlamaq istəsəm də araya kitablar girdi. Mövzu gözəl olsa da, istədiyim o duyğunu ala bilmədim. Xüsusilə 'Asker kurgusu' olması məni daha diqqətli yorumlamağa məcbur edir. Çünki digər janrları asanlıqla mənimsəsəm də, bu 'trope'dan olan kitablara qarşı çox həssasam. Nəticədə, mövzusu yaxşı, amma hissiyatı əksik bir kitab idi.
Gölgesiz Cilt - 2Sibel Akcan · Pukka Yayınları · 202546 okunma
8/10
·50 syf.··
2026 114. kitabı
Stefan Zweigin “Mecburiyyət” əsərini ilk dəfə oxuyanda düşündüm ki, bəs mən onun yerində olsaydım, nə edərdim? Ferdinand kimi bir rəssam, sakit kənd həyatı, onu sevən bir qadın– hər şey gözəl. Birdən əmr gəlir: “Dön geri, döyüşə qatıl”. Və mən onun bu parçalanmasını o qədər dərin hiss edirəm ki… Zweiq göstərir ki, ən təhlükəli zorakılıq fiziki deyil, psixoloji olandır. Ferdinand nə qədər “getmək istəmirəm” desə də, içindəki səs “getməlisən” deyə qışqırır. Bu səs haradan gəlir? Dövlətdən? Cəmiyyətdən? Yoxsa uşaqlıqdan bizə hopdurulmuş “vəzifə” hissindən? Mən düşünürəm ki, Zweiq bu sualın üstünü açmır – çünki cavabı hər kəs öz vicdanında tapmalıdır. Paula mənim üçün əsərin ən cəsarətli obrazıdır. O deyir: “Sən getmə, azadsan”. Onun məntiqi sadədir – əgər hər kəs “yox” desə, bu maşın dayanacaq. Amma Ferdinand Paula kimi ola bilmir. Niyə? Çünki o, iradəsinin köləsi deyil, iradəsinin özü məcburiyyətə çevrilib. Və bu, ən faciəli məqamdır: insan öz daxilindəki ziddiyyətlərdən qurtula bilməyəndə xarici düşmən axtarmağa başlayır. Ferdinandın düşməni nə ordudur, nə dövlət – onun düşməni öz qorxusudur. Sərhəddə qarşılaşdığı yaralı əsgərlər. O an mən öz-özümə sual verdim: “Həqiqətən dağılmış bədənləri görməkdən başqa heç nə insanı ayılda bilməzmi?” Bəlkə də yox. Zweiq optimistdir – finalda Ferdinand geri dönür. Lakin məncə, geri dönüş onu xilas etmir. O, ömrünün sonuna kimi “bəs getməli idim?” sualı ilə yaşayacaq. Çünki əsl məcburiyyət hökumətin əmri deyil, insanın öz beynində yaratdığı “mütləq olmalı” fikridir. Mən bilirəm ki, Zweiq özü də müharibədən qaçmışdı – İsveçrəyə, oradan da İngiltərəyə, nəhayət Braziliyaya. O, 1942-ci ildə özünə qəsd edərək “məcburiyyət”dən qaçmağın yeganə yolunun ölüm olduğunu göstərdi. Lakin bu novella 1920-ci ildə yazılıb – hələ ümidli dövr. Bəlkə
Edebiyat
MecburiyetStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 202175,1bin okunma
10/10
·184 syf.··
2026 1. kitabı
Bəzi kitablar var ki, illər keçsə də təsiri keçmir. Bu da onlardan biridir. Zezeni oxuyanda onu səhifələrin arasından çıxarıb qucaqlamaq istəyirdim. Onun yaşında uşaq üçün bunları yaşamaq çox ağırdır. Kitab bitəndə isə fərq etdim ki, artıq onunla aramda bir bağ yaranıb. Sanki mənim də hər şeyimi bölüşə biləcəyim bir Şururuka’m var idi.
Şeker PortakalıJosé Mauro de Vasconcelos · Can Yayınları · 2022275,5bin okunma