"Biz həmişə xoşbəxtliyi gələcəkdə, uzaq hədəflərdə axtarırıq. Amma həyat bu an daxilində gizlənib. Səhər içdiyin isti bir qəhvədə, bir dostun səmimi səsində, ya da sadəcə nəfəs ala bildiyinin fərqinə varmaqda... Həyat, kiçik detalların içindəki böyük möcüzədir."
PREDESTİNATİON
Biz öz həyatımızın, taleyimizin müstəqil memarıyıq, yoxsa hər addımı əvvəlcədən ən xırda detalına qədər yazılmış bir ssenarinin icraçıları? Çox vaxt elə hesab edirik ki, həyatda verdiyimiz hər bir anlıq qərar gələcəyimizi formalaşdıran azad iradəmizin məhsuludur. Amma elə ekran əsərləri olur ki, insanın bu köklü inancını dərindən sarsıdır və onu öz varlığı ilə amansız bir toqquşmaya məhkum edir. Elmi-fantastika janrının ən pik nöqtələrindən biri olan bu möhtəşəm ekran əsəri, Robert Haynlaynın "Hamınız zombisiniz" (All You Zombies) adlı məşhur qısa hekayəsi əsasında ekranlaşdırılmışdır. Bu şah əsər bizə zamanın sadəcə keçib gedən bir məfhum olmadığını, onun əslində içindən çıxılması qeyri-mümkün olan bir həbsxana olduğunu göstərir. İlk baxışda bu mənzərə Stephen King'in məşhur "11/22/63" romanındakı zamanın keçmişi dəyişdirməyə çalışan insana qarşı göstərdiyi o amansız müqaviməti - "keçmiş inadkardır, dəyişmək istəmir" prinsipini xatırladır. Lakin bu film bəhs edilən ideyanı daha dağıdıcı bir nöqtəyə daşıyır. "11/22/63"-də keçmişi dəyişmək üçün göstərilən hər cəhd dünyanı fərqli bir apokalipsisə və xaosa sürükləyirsə, burada keçmişi dəyişmək üçün atılan hər bir addım elə dəyişdirilmək istənilən keçmişin özünü, o qaçılmaz taleyi doğurur. Hekayə zamanda səyahət edən, zaman çarxları arasında sıxılıb qalmış insan ruhundan, şəxsiyyət bütövlüyündən və tənhalıqdan bəhs edir. Əgər siz də hər addımı təxmin edilən bəsit süjetlərdən yorulmusunuzsa, bu dumanlı və qaranlıq labirintin pərdəarxasına keçib hər detala gizlədilmiş dərin mənaları kəşf etmək sizə tamamilə fərqli bir həyəcan bəxş edəcək. Rejissor bizi ilk saniyələrdən etibarən dumanlı bir barın küncünə, keçmişin kimsəsiz yetimxanalarının soyuq dəhlizlərinə və gələcəyin boz, hissiz bürokratik mərkəzlərinə aparır, lakin bu
Film
Reklam
Həftə sonu effekti
Həftənin günləri, aylar, illər, bayramlar, ad günləri — bunların hamısı insanın zamanı idarə etmək üçün yaratdığı simvolik bölgülərdir. Torpağı nə vaxt şumlamaq, nə vaxt əkmək, nə vaxt biçmək, hesabı nə vaxt bağlamaq, dini ritualı nə vaxt yerinə yetirmək üçün. Yəni bunlar əvvəlcə həyatın içindən doğulmuş praktiki işarələr idi. İnsan zamanı tutmaq üçün ona ad verdi, hissələrə böldü, yadda saxlana bilən formaya saldı. Bu, müəyyən mənada qaçılmaz idi. Çünki adsız və sərhədsiz zamanın içində yaşamaq çətindir. Amma məsələ təkcə bununla bitmir. Zamanı bölmək bir yerdən sonra sadəcə rahatlıq yaratmır, insanın ruhuna da sızmağa başlayır. Son vaxtlar daha çox fikir verdiyim bir şey var: həftə sonu effekti. Bu nə bayramdır, nə də rəsmi şəkildə xüsusi elan olunmuş bir gündür. Amma müasir həyatın içində yavaş-yavaş xüsusi mənaya çevrilib. Xüsusən də ofis mühitində işləyən insanların həyatında. Həftənin ilk günləri adamda ağırlıq olur. Yorğunluq, əsəb, içdən gəlməyən bir hərəkət. Sonra günlər keçdikcə bu hal yavaş-yavaş dəyişir. Beşinci günə çatanda isə eyni adamda qəribə bir canlanma yaranır. İş çox ola bilər, bədən yorğun ola bilər, hətta problem yerində qala bilər - amma yenə də içəridə bir yüngüllük dolaşmağa başlayır. Sanki həmin günün özündə yox, onun vəd etdiyi sabahda yaşayır insan. Bir azdan azad olacağam hissi, sabah daha uzun yatacağam fikri, harasa gedərəm ehtimalı, heç nə etməsəm də edə bilərəm rahatlığı. Günün özü bir növ simvola çevrilir. Elə bil kollektiv şəkildə görünməz bir razılaşma var: beşinci gün gələndə bir az dirilmək olar. Səndə bu hiss olmasa belə, başqalarının davranışı onu sənə keçirir. Bir növ emosional yoluxma başlayır. Həmin gün adi cümə axşamı, ya da cümə olmaqdan çıxır; psixoloji hadisəyə çevrilir. Burada narahat edən şey təkcə yorğun adamın
1000Kitap
bəlkə də bu qədər narahat olduğun gələcəkdə yoxsan.
Muhammed (s.a.s) Peyğambərin Həyatı
Səfi ər Rəhman əl Mubarəkfuri - Muhammed (s.a.s) Peyğambərin Həyatı kitabı. Tərcüməsi Qafur Zamanov tərəfindən edilmişdir və OKA Ofset mətbəəsində 2008-ci ildə çap olunmuşdur. Bu kitabı 1000Kitap arxivində tapa bilmədiyimə görə və hal-hazırda da oxuduğuma görə başqa bir kitab adı ilə paylaşacam. Hansı ki, paylaşacağım kitabı da gələcəkdə oxumağı planlaşdırıram.
Ey əsili olmayan kəs! - Duya bilməzsən məni, Soyda, kökdə,özüldə, əsildəyəm zatdayam. Məndə məni görməyə, səndə bir mənlik gərək, Oğulsan çıx yanıma, gör mən hansı qatdayam. Keçmişdə köküm yaşar, gələcəkdə budağım, Hər ötən saniyədə, hər gələn saatdayam. Sürünənlə, uçanın yer göy qədər fərqi var, Məni ayaqda gəzmə, mən qolda qanaddayam. Səhraların qumuyam, dəryaların damlası, Yerdə mənəm, göydə mən, sonsuz kainatdayam. Gün kimi doğulanlar qarışır şəfəqlərə, Rəngimi solğun görüb sanma batabatdayam. Canım qara torpağın, nəfəsim göylərindir, Qəbirdə yatsam belə, həmişə HƏYATdayam. Zəlimxan Yaqub
Reklam
Reklam