9/10
·240 syf.··
Beğendi
·
2026 19. kitabı
·
11 günde okudu
·
Okunma: 13 Haziran 2026 00:18
Kitabı oxuyub bitirdim, çox bəyəndim və bu haqda fikirlərimi yazmaq istədim; çalışdım ki, bacardığım qədər qısa tutum. Prometheus filmində eşitdiyim "Cəhənnəmdə hökm sürmək, cənnətdə xidmət etməkdən yaxşıdır" sözü, məni Con Miltonun İtirilmiş Cənnət əsərinə aparan ilk addım oldu. Kitab oxumaq öncələri sıxıcı olsa da, daha sonra çox daha axıcı oldu. Əsəri bitirdiyimdə məni ən çox düşündürən mövzu, insan təbiətinin o böyük çıxmazı oldu: Məcburi bir bağlılıq, yoxsa azad iradə? ​Əsərdə Şeytanın azad iradəyə yanaşması, sərhədləri öncədən çəkilmiş bir mükafat-cəza oyununa şərik olmaq deyil, o oyunun qaydalarını kökündən rədd etməkdir. Tanrı tərəfi, hər şeyin yaxşı qalması üçün mütləq bir nizamı və tabeçiliyi tələb edərkən; Şeytan, Cənnətin gətirdiyi o hazır rahatlıqdan imtina edir və başqasının yazdığı ssenaridə iradəsiz bir varlıq olmağı qəbul etmir. Bu baxımdan, kitabda təsvir olunan Şeytan obrazını Yevgeni Zamyatinin "Biz" əsərindəki I-330 xarakterinə çox bənzədirəm; hər ikisi mütləq və məcburi bir nizamın gətirdiyi "xoşbəxtlikdən" imtina edərək, fərdi azadlığın xaosunu seçən üsyankarlardır. ​Adəm üzərindən qurulan azad iradə anlayışı isə tam bir ziddiyyətdir. Tanrı insana ağıl və məntiq verib onu seçimlərində sərbəst buraxdığını söyləyir; ancaq nəyin yaxşı, nəyin pis olduğuna öncədən yenə özü qərar verir. Əgər bir seçimin sonunda ağır cəzalar gözləyirsə, orada gerçək bir azadlıqdan bəhs etmək çətindir. Üstəlik, Başmələk Mikayılın Adəmə gələcəkdə nəslinin çəkəcəyi acıları göstərdiyi hissədə bu ədalətsizlik daha da dözülməz bir hal alır. Bir nəfərin səhvini hələ doğulmamış məsum nəsillərin ödəməsi hansı ədalət sisteminə uyğundur? Günahın irsi olduğu bir nizam quran güc gerçəkdən "ədalətli" sayıla bilərmi? ​Miltonun bu əsəri tamamilə Xristianlığın "İlk Günah" (Original Sin)
Kayıp CennetJohn Milton · Pegasus Yayıncılık · 20151,445 okunma
10/10
·223 syf.··
Beğendi
·
2025 21. kitabı
·
50 günde okudu
·
Okunma: 26 Ağustos 2025 00:00
Bu kitab haqqında ilk deyəcəyim şey odur ki, həqiqətən çox bəyəndiyim kitablardan biri oldu. Onu həyatımın bir az çətin və qaranlıq dövründə kəşf etdim və oxumağa başladım. Düşünürəm ki, kitabın mənə bu qədər təsir etməsinin səbəblərindən biri də məhz həmin vaxt qarşıma çıxması idi. Oxuduqca hiss etdim ki, kitab insanın özünü daha yaxşı tanımasına və həyata fərqli gözlə baxmasına kömək edir. Ümumiyyətlə, Louise Hayın kitablarını həmişə motivasiyaedici və faydalı hesab etmişəm. Bu kitab da məndə eyni təəssüratı yaratdı. Gələcəkdə müəllifin digər kitablarını da oxumağı düşünürəm. Şəxsi inkişaf mövzusuna marağı olanlara isə bu kitabı tövsiyə edirəm.
Sən Həyatını Yaxşılaşdıra BilərsənLouise L. Hay · Teas Press · 2018172 okunma
Reklam
Siddhartha: Həqiqət olmaq
9/10
·148 syf.··
Beğendi
·
2026 4. kitabı
Həqiqəti axtarmaq yoxsa həqiqət olmaq? Həqiqət necə tapılır? Hermann Hesse Siddhartha adlı əsərində Siddhartha obrazı və onun daxili monoloqları üzərindən bu suallara cavab verir, mən isə sadəcə kitabları və analizi sevən mexaniki yönümlü IT tələbəsi kimi bu kitaba dair görüşümü bölüşürəm. Siddhartha. Brahman. Doğuşdan dini ayinlər içində, tanrılara sunaqlar verən, ibadət edən, meditasiya ilə məşğul olan ata ilə böyümüşdü. Buna görə də günahlardan uzaq, dünyəvi zövqlərin arxasınca düşüb özünü itirməmişdi. Bütün bunlara baxmayaraq, axtardığını tapabilməmişdi. Zaman keçdikcə daxilindəki suallar və şübhələr artmağa başladı, çünki nədən qaçdığını, özünü nədən qoruduğunu bilmirdi. Məqsəd "Nirvanaya" çatmaq idi, halbuki əgər atası, müəllimləri və digər Brahmanlar düzgün yolda idilərsə, niyə hələ də məqsədə çatmamışdılar? Niyə illərlə eyni rutinin daxilində ilişib qalmışdılar? Öz həqiqətini tapmaq istəyi ilə atası razı olmasada atasından ayrılır, öz iç səsini dinləyərək Samanalara qoşulur, axtardığı şeyi orada tapacağını umur. Qaçmalı və qamçılamalı olduğu şeyin dünyəvi zövqlər və istəklər olduğunu düşünür, dostu Govindanı da bu yolda özünə qoşur. Govinda – Siddharthanın daim dəstəkçisi, yaxın dosdu. Samanalar oruc tutur, yuxusuz qalır, dilənir, cırıq paltarla yaşayırlar və özlərinə əziyyət verirlər. Siddhartha da bu yolu seçir. Lakin zaman keçdikcə özünü hər şeydən məhrum etməklə fərqli bir eqo qazanır. Çünki artıq özünü günahlardan təmizlənmiş, nəfsinə hakim olmuş biri hesab edir. Digər insanları "uşaq insanlar" görür, çünki onlar maddiyyat uğrunda çalışıb-vuruşurlar, dünyəvi zövqlərin əsiridirlər, sevirlər, insanlara bağlanırlar və hissləri üzündən hərəkətlərini idarə edə bilmirlər. Bu, asketizmin gizli paradoksudur: özünü hər şeydən məhrum etmək eqonu öldürmür, yalnız ona yeni
Düşünce
SiddharthaHermann Hesse · Can Yayınları · 202447bin okunma
10/10
·176 syf.··
Beğendi
·
2025 11. kitabı
·
10 günde okudu
·
Okunma: 04 Haziran 2025 00:00
Ikigai oxuduğum ən maraqlı və fərqli kitablardan biridir. Kitabın əsas ideyası insanın öz həyat məqsədini, yəni ikigaisini tapması üzərində qurulub. Kitab Yapon həyat tərzi, mədəniyyəti və uzunömürlülük anlayışı haqqında da dəyərli məlumatlar verir. Qidalanma, gündəlik vərdişlər və sadə həyat tərzi kimi mövzular çox rahat və anlaşıqlı nümunələrlə izah olunur. Mənim fikrimcə, kitab həm yüngül, həm də maraqlı bir əsərdir. Ən təsirli tərəfi isə insana tələsmədən, həyatı daha sakit və dərin şəkildə düşünməyi xatırlatmasıdır. Düşünürəm ki, həyatı xaos içində olan və daim tələsən hər kəs üçün oxunması gərəkli kitabdır. Mən özüm də gələcəkdə yenidən oxumağı düşünürəm.
İkigaiBettina Lemke · 20202,692 okunma
7/10
·303 syf.··
2026 2. kitabı
·
20 günde okudu
·
Okunma: 20 Ocak 2026 00:00
Albert Camusun oxuduğum ilk kitabı idi və bu qədər ağır olacağını düşünməzdim. Mövzusu ilk baxışdan çox cəlbedici görünür, amma oxumaq həqiqətən böyük səbr tələb edir. İnsan əsəri oxuduqca sanki həmin ağır atmosferi, vəbanın yaratdığı ümidsizliyi və boğucu hissi özü də daxilində yaşayır. Xüsusilə kitabın orta hissələrində bu ağırlıq daha dərindən hiss olunur. Kitabdan isə çox absurd və düşündürücü bir məna ortaya çıxır. Bəlkə də müəllif insanın həyatda tam qalib ola bilməyəcəyini, amma bütün absurdluğa baxmayaraq yenə də mübarizə aparmağın vacibliyini göstərmək istəyir. Gələcəkdə əsəri yenidən oxuya bilərəm, amma uzun müddət Camus oxuyacağımı düşünmürəm.
VebaAlbert Camus · Can Yayınları · 202024,6bin okunma
The shape of voice
10/10
·168 syf.··
Beğendi
·
2026 8. kitabı
Bu necə bir volume idi :'( Heç bitsin istəmirdim. O qədər mükəmməl idi ki, sözlərlə necə ifadə edim bilmirəm belə. Net animesindən daha yaxşı idi manga. Sonluğun açıq ucla bitməsi hələ... "A Silent Voice" sözün əsl mənasında səssizcə atılan qışqırtı hissi yaratmağı bacarıb. Bunu deyirəm, çünki filmdə də həm Shoyanın peşmanlıqları üzündən üstündə qalmış olan bütün vicdani yükün ağırlığının yaratdığı səssizlik, həm də Shoukonun fiziki olaraq danışa bilməməsi bu adla çox yaxşı çatdırılıb. Buna baxmayaraq mən filmin orjinal adı "聲の形", yəni "The shape of voice" adını daha çox sevirəm. Səsin özünü səs dalğası olaraq vizuallaşdırmağı bir kənara qoysaq, səsimiz, sözlərimiz, fikirlərimiz fərqli və ya yanlış interpretasiya oluna, anlaşıla bilər. Burada da obrazların bir-birinə olan münasibətinin fərqliliyini, sanki bir növ fərqli "biçimdə" başa düşüldüyünü görə bilərik. Shoyanın keçmiş hərəkətlərinin lənəti böyüyəndən sonra belə onu rahat buraxmırdı. O özünü inkişaf etdirib dəyişdirmiş olsa da. Filmini ilk dəfə 2023-cü ilin fevral ayında izləmişdim. Film mənə o qədər çox təsir eləmişdi ki, səhəri gün birdə ingiliscə dublajlı versiyasını izləyib heyran qalmışdım. Yenə izlədim və deyə bilərəm ki, bu dəfə filmi daha fərqli bir perspektivdən ələ aldım. Bunu 2023-cü ildə izləyəndə əsas fokuslandığım hissə Shouyanın yalnızlığı olmuşdu. Çünki o zamanlar dəhşət asosial biri idim və sadəcə 2 şəxs dost deyəcəyim qədər yaxın idi mənimlə. Və o zamanlardakı Zamin filmlərə daha dərindən baxmağı bacarmırdı tbh. Filmin əsas məqsədi mənim baxışıma görə bu cür insanlara (fiziki məhdudiyyəti olan) qarşı fərqindəlik yaratmaqdan yanaşı olaraq, aidlik hissi, cəmiyyətin linç kültürünün gələcək nəticəsi, bir bullinqin həm zərərçəkən, həm də zərər verənin özü tərəfə olan təsirini göstərmək olub.
A Silent Voice, Vol. 7Yoshitoki Oima · Kodansha Comics · 2016300 okunma
Reklam
Reklam