Gönderi

Təbəssüm Mustafaeva bir yorumu yanıtladı.
100 syf.
10/10 puan verdi
·
Beğendi
Salam #allahsızlarşəhəri adına görə məndə mənfi düşüncələr yaratsa da, oxumağa başlayanda yanıldığımı gördüm. Ona görə siz də belə fikirləşirsizsə qəti şəkildə o düşüncələrdən daşının. Tam fərqli və maraqlı mövzusu var. Bu kitab, hər birimizin içində daşıdığımız hisslərdən və onların mübarizəsindən bəhs edir. İstər xəyanət olsun, istər yalan, ağıl, xəcalət, şəhvət, istərsə də sevgi, həqiqət, ədalət. Kitabı oxuyan əminəm ki, özünü görəcək, özünə suallar verəcək. Hər birimiz özümüzü yaxşı sanırıq, hər zaman həqiqət axtarırıq, vicdanlıyıq deyirik. Amma heç düşünmüsünüz ki, həqiqətə qaçdıqca yalanlarla özümüzü ovudub həqiqət hesab eləmişik. Çünki yalan insanlara şirin gəlir, həqiqəti görsələr həyatları dəyişəcək. Ona görə onu qəbul etmək çətin gəlir bizə. Bəzi hisslər var ki, həyatımızı o hisslərə qurban verib zəhərə döndəririk hər şeyi. Halbuki acı həqiqət olmuş olsa belə qəbul edib yaşasaq, vicdanımızı təmiz saxlasaq, yalan şirin olsa belə uymasaq həyatımız nə qədər xoş düzəndə gedər. Mən çox maraqla oxudum və ən çox sevdiyim məqam isə aktyorlarımıza da kitabda yer verilib. Kiçik həcmli olmasına baxmayaraq, reallığı əks etdirdiyinə görə hər səhifəsi düşündürür. Əminəm ki, “Allahsızlar şəhəri”ni oxuduqdan sonra özünüzdə yaxşı yöndə dəyişəcəyiniz çox şey olacaq. Oxuyun və oxutdurun ki, kitablarla həqiqətlərə çataq.
Allahsızlar Şəhəri
Allahsızlar ŞəhəriUraqan · Xan Nəşriyyatı · 2020112 okunma
·
459 görüntüleme
Emin okurunun profil resmi
Öne Çıkan Yorum
TƏŞƏJKÜR EDİRƏM 😊
Təbəssüm Mustafaeva okurunun profil resmi
Mən də sizə təşəkkür edirəm🙏😇
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.