Gönderi

Ən çox təəccüb doğuran fakt ondan ibarətdir ki, hər bir insan digər insanlar üçün, sözün həqiqi mənasinda, anlaşılması mümkün olmayan müəmma və sirlərlə dolu olan bir dünya olaraq qalmaqdadır. Hər dəfə gecə vaxtı böyük şəhərə daxil olanda fikirləşirəm ki, bir yerə toplaşmış qaranlıq evlərin toplusu olan hər kvartalın, hər evin öz gizli sirri var, o şəhərdə döyünən yüz minlərlə ürəyin hər birinin öz sirri var və o sirr o ürəyə ən yaxın olan ürək üçün də həmişə sirr olaraq qalacaqdır, — belə fikirləşirəm və mənə elə gəlir ki, bu, ölümün özüylə müqayisə olunacaq dərəcədə dəhşətlidir.
·
54 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.