Gönderi

152 syf.
9/10 puan verdi
Lan McEwan "Fındık Kabuğu" əsərinin təhlili.
McEwan qələmindən oxuduğum ilk kitab olan "Fındık Kabuğu" bəhs etdiyi hadisə və hadisə üzərindən oxucuya çatdırmaq istədikləri ilə çox fərqli və dəyərli bir əsərdir. Əvvəlcə ordan başlayım ki , bu günə qədər oxuduğum kitabların demək olar ki , hamısında var olan (ən azından sadəcə bədənən) , doğulmuş olan obrazlar üzərindən həyat adını verdiyimiz imtahan sorğulanır və görməm lazım tərəfləri göstərilirdi bu əsərdə isə ümumən hələ doğulmamış , ana bətnindəki körpənin (ona körpə demək də nə qədər doğrudur bilmirəm) dili ilə mənasızlıqlarla dolu olan dünyamız sorğulanır və yansıdılır.Bu əsərə fərqli baxış bucağı qazandırır və məncə yazarın dərinliyindən xəbər verir. Onu çox sevən həyat yoldaşını , onun qardaşı ilə aldadan qadın Trudy , yoldaşını şeirləri sevdiyi qədər çox sevən , incə ruhlu şair Jhon və onun ruhsuz , ali hisslərdən uzaq , axmaq qardaşı Claude və əsas obrazımız Trudynin bətnindəki hələ doğulmamış olan körpə... Ana bətnindəki körpənin dili və gözü ilə anlayır , baxırıq biz hadisələrə lakin nəzərə alınmalıdır ki xəyanət kimi ağır və hər kəs tərəfindən iyləncliyi qəbul edilən əməl və bu əməlin zamanla doğurduğu cinayətdən bəhs edən əsərə fərqli gözlə baxmaq çox çətindir. Eşq , sevgi , xəyanət kimi mövzuların əsas plana alındığı , eyni zamanda dünyada baş verən iylənc və mənadan uzaq hadisələri bir ayna kimi oxucuya yansıdan "Fındık Kabuğu" fikrimcə çox dəyərlidir və keyfiyyətli kitabdır.Oxumağa və bəhsi keçən mövzular üzərinə düşünməyə dəyər.
Fındık Kabuğu
Fındık KabuğuIan McEwan · Yapı Kredi Yayınları · 20171,114 okunma
·
123 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.