Gönderi

Həyat başqa yerdə də davam edər.
Həyat hər yerdə davam edər. Hara getsəm, orada bir dram vardır sanki. İnsanlar bit kimidirlər-dərinin altına girib, özlərini orada basdırırlar. Qan çıxana qədər qaşıyırsan, qaşıyırsan, amma bu bitlərdən birdəfəlik xilas ola bilmirsən. Hara getsəm, insanlar öz həyatlarını bərbad edirlər. Hər kəsin özünə aid bir faicəsi var. Qanımıza işləyib artıq-bəxtsizlik, üzüntü, kədər, intihar. Atmosfer fəlakətlə, məyusluqla, anlamsızlıqla doludur. Qaşın ha qaşın-dərin soyulana qədər. Lakin üzərimdəki təsiri məni coşdurur. Ümidimi itirmək, ruhdan düşmək əvəzinə, həzz alıram bunlardan. Daha çox fəlakət, daha böyük bədbəxtliklər, daha böyük uğursuzluqlar istəyirəm. Dünya yerindən qopsun istəyirəm, hər kəs ölüncəyə qədər qaşınsın istəyirəm.
·
136 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.