Gönderi

Evforion: Siz çox, mən tək köməksiz. Gəlin, şikar oyunu oynayaq indi də biz. Xor: Bizi tutmaqsa qəsdin, Yox, yox qaçma, tələsmə. Arzumuz, əvvəl-axır, Sənə şikar olmaqdır! Evforion: Asan əldə edilən ovla soyumaz ürək. Yelena və Faust: Bu nə özbaşınalıq, Nə çılğınlıqdır belə? Xor: Hamını ötdü, keçdi, Ən bərk qaçanı seçdi… Evforion gənc bir qızı qolundan tutub çəkə-çəkə gətirir: Bunu dil gücünə yox, Bax, zorla gətirirəm. Yaxın qoymasa da çox, Gücümü, iradəmi göstərmək istəyirəm! Qız: Dayan! Dəymə! Mənim də gücüm, iradəm var! Zəifəm? Qollarına etmə çox da etibar! Sıx bacardığın qədər… Səni əylənər, gülər, Yandıraram, ay axmaq!
·
18 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.