Gönderi

O qoltuğumun altından tutub məni yerdən qaldırdı, öpdü ve bərkdən körpünün döşəməsi üstünə qoydu. Mənim həm ona, həm özümə yazığım gəldi; bu iri cüssəli, ağır hərəkətli yalqız adamın yük daşıyanları o yan bu yana itələyərək gəmiyə qayıtdığına baxarkən, hönkürüb ağlamaqdan özümü güclə saxladım... Sonralar mən nə qədər, eynilə ona bənzəyən, həyatdan qopmuş mərhəmətli və yalqız insanlara rast gəldim.
·
14 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.