Gönderi

Nar Ağacı
Yenə qumlu sahil, yenə sərin bağ, Yenə axşam düşüb meynəliklərə. Burda sevgilimlə neçə il qabaq, Bir nar çubuğunu basdırdıq yerə. Nar ağacı, nar çiçəyi, Bir ulduzdu hər çiçəyi. Seyr etdim ağacın doğma yerini, Bircə çiçək qalıb, hanı çiçəklər? Onun qızıl rəngli ləçəklərini, Ya illər tökmüşdür, ya da küləklər. Nar ağacı, nar çiçəyi, Döyüb tufan, qar çiçəyi. Baxıram, qəlbimdə arzu oyanır, Uzaq xəyallarım alır qəlbimi. Sanki ay nurunda ulduzdur yanır, O son nar çiçəyi ilk eşqim kimi. Nar ağacı, nar çiçəyi, Hələ yenə var çiçəyi.
Sayfa 156 - LiderKitabı okudu
·
413 görüntüleme
Nahid okurunun profil resmi
Öne Çıkan Yorum
Nahid okurunun profil resmi
Sanki ay nurunda ulduzdur yanır, O son nar çiçəyi ilk eşqim kimi. ✨
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.