Gönderi

Füzulinin "Su" qəsidəsinə bənzətmə
Suda qərq etsə də, ey dil, məni-naçarı yağış, Söndürə bilmədi qəlbimdəki odları yağış. Göydə səyyarələr ağlar bir bax bu su da Yarı sayyarələrin göz yaşıdır, yarı yağış. Soyuq ahım ki buludlu göyə getdi çatdı Ol zamandandı tutub çölləri, gülzari yağış. Necə ar eyləməyib busə o güldən dilədim Yuyub üzdən aparıb yoxsa həya, arı yağış. Əhli-eşqəm mənə, ey dil, nə gərək sərvətü-var Könlümün sərvəti atəş, gözümün varı yağış. Necə gör möcüzəvi bir sədəf imiş yanağın Ona dəydikcə səpar hər yana mirvari yağış. Göz yaşım görsə bilər sirrimi xəlq, əhsən ki Qoymadı faş ola qəlbimdəki əsrarı yağış. İstəmir zərrə qədər toz da qala gül üzdə Ol səbəbdəndi yuyur çöhreyi-dildarı yağış. Kəbeyi-kuyinə üz tutmuş ikən eşq əhli Yağdı ki, pak eləsin bir belə zəvvarı yağış. Dinlə, gör bir nə həzindir yağışın zümzüməsi Yoxsa ki istəyir ötsün kamanı, tarı yağış. Bircə an, ey pəri, cəlb etmək üçün diqqətini Gündə kuyində təmizlər dərü-divarı yağş. Fəhminin kimsəsi yoxdur bu biyabanda, gülüm, Dostu, sirdaşı külək, həmdəmi qəmxarı yağış.
Sayfa 72 - Parlaq imzalarKitabı okudu
··
113 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.