Gönderi

376 syf.
5/10 puan verdi
·
4 günde okudu
Art və Xaos: Təəssüratlarım
Kitabı az əvvəl bitirdim. Və demək istəyirəm ki,kitab xəyalımdakı kitab deyildi. Həddindən artıq cinsəllik var idi,yəni,demək istədiyim,bir və ya bir neçə səhifədə yox,daha çox. Yaxşı,bunu bir kənara qoysam,üslubu mənə uyğun deyildi,amma bu hələ son deyil. Sadəcə olaraq,kitabın dərinliyi yox idi. Sadəcə vaxt öldürmək üçün oxuya biləcəyim bir roman idi. Məni yanlış anlamayın,hər kitab dərin olmalı deyil bəlkə də. Amma bu kitabı əlimə alanda gözləntilərim daha çox idi. Ən azından 1-ci addımı yazan yazardan belə kitab oxumaq istəməzdim. Kitabın Art hissəsi Xaosa nisbətən bir qədər maraqlı keçdi. Xaos tərəfini isə o qədər də bəyənmədim. Əslində,Həqiqi və təqlidi Xloe arasındakı seçim ideyasını bəyəndim. Amma bəzi hissələrin sadəcə kitabı uzatmaq məqsədli yazıldığını düşünürəm. Bütün bunlara baxmayaraq,kitab axıcıdır. Amma məsləhət görmürəm. Yəni,əlbəttə,özünüz bilərsiniz. Amma daha gözəl kitabların olduğunu düşünürəm.
Art və Xaos
Art və Xaos
Art və Xaos
Art və XaosQaraqan · Teas Press Yayınevi · 2019665 okunma
·
17 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.