Gönderi

Hüseyn Məmməd yorumladı.
Dünya yaşanılası elə də gözəl yer deyil, zənnimcə. Fəqət sənin gözlərini kəşf edəndən bəri dünya mənə elə də qoca və çirkin görünmür. Hər səhər daha şövqlə yuxudan qalxır, daha şövqlə həyata sarılıram. Boz küçələr necə də canlı, doğma imiş. Mən bunları heç hiss etməmişdim. Dəniz, qağayılar - hamısı gözəldir. Amma mən bu şəhərdə heç dənizin fərqinə varmamışdım, sevgilim. Boz şəhərin boz idarələrindən ibarət bir dünyam var idi. Sənin üçün çox darıxıram. Yeniyetmələr kimi görüşünə can atıram. Özümü qınayanda içimdən bir səs: "Ehh, deyir, Fərhad, sənin heç yeniyetməliyin, gəncliyin olmadı ki?!" Hər zaman mübarizə, mübarizə... Və bu döyüş meydanlarında qəfil qarşıma çıxdın, ey çiçək...
··
151 görüntüleme
Hüseyn Məmməd okurunun profil resmi
Öne Çıkan Yorum
:(
M.zade okurunun profil resmi
🥹
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.