Gönderi

Mən niyə baxıram yollara yenə? Sən ki bu yollardan gələn deyilsən… Bir zaman qoymazdın ürəyim yana İndi bir dərdimi bilən deyilsən. Qəmimdən xəbərsiz, məndən xəbərsiz Daha bu yerlərdə salmadın bir iz Ürəyim nə yaman darıxır sənsiz Sən ki bir danışıb gülən deyilsən. İnsan baş çıxarmır bəzən özündən İnciyir dostunun bircə sözündən Mən çox ağlasam da sənin üzündən, Sən ki göz yaşımı silən deyilsən. Mən niyə baxıram yollara, yenə Sən ki, bu yollardan gələn deyilsən Bir zaman qoymazdın ürəyim yana İndi bir dərdimi bilən deyilsən...
Nigar Rəfibəyli
Nigar Rəfibəyli
·
63 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.