Gönderi

Dinar︎ bir yorumu yanıtladı.
14-155 arası bir ədəd yazın, şeirlənək.🕊️ (səhifə sayına uyğun olaraq)
Sevgi Məktubları
Sevgi Məktubları
·1 alıntı·
2.579 görüntüleme
Kitabsever okurunun profil resmi
86🙈
Vəfa Hafiz okurunun profil resmi
İki pəncərəli can qəfəsimi Yeddi qıfıl ilə bağlayacağam. Ovcuma üfürüb son nəfəsimi Səninçün sabaha saxlayacağam. Bu gecə dayanıb Qıl körpüsündə Gələnə, gedənə ağlayacağam, Bu gecə... Bu necə sevgidir, Allah! Bu gecə həsrətdən yanar asiman, Çəkər ulduz məni, çəkər Ay məni, Gözümün önündə bulud, çən, duman - Boğar haray məni, sıxar hay məni. Bir gözü yaşlıya, qəlbi dağlıya, Bir yetim sevgiyə verin pay məni... Bu gecə... Bu necə sevgidir, Allah!
8 sonraki yanıtı göster
Vəfa Hafiz okurunun profil resmi
Daha ömrümüzə də payız gəldi, Qızcığaz! Sevgi yuxularından yorulanım, üzgünüm... Heyf ötən günlərə... Nə gözəldi, qızcığaz. Nə gözəldin... Qızcığaz...
3 sonraki yanıtı göster
Bu yorum görüntülenemiyor
Möcüzə okurunun profil resmi
36😍
Vəfa Hafiz okurunun profil resmi
Bağlanma mənə... Mən Sərsəri, dəli rüzgarların adamı... Nə gedəcəyim yer bəlli, Nə dönəcəyim... ...Bir gün qapıları arxamca çırpıb Gedə bilərəm, səssiz-səmirsiz... Ya bu dünyadan, ya da həyatından... Bu isə məndən olsun: Soyuq divarlara açıb qəlbimi - Səni gözləyirəm Möcüzə kimi...🌷
2 sonraki yanıtı göster
Nərgiz okurunun profil resmi
88🩷
Vəfa Hafiz okurunun profil resmi
Yenə də son ümid yollara qaldı - Tanrıdan bir cığır, yol götür, gedək. Biz nə istəyirdik, fələk nə çaldı - Bu dərd havasına qol götür, gedək. Demə sabahlara ümid var, gülüm, Qışı bahar gülüm, yazı qar gülüm, Bu Tanrı eşqinə dünya dar, gülüm Nəyin var, dünyadan, gəl götür, gedək. Bu yazı - alnımın qırışan yeri, Sevinclə kədərin barışan yeri... Ölüm - arzuların qovuşan yeri, Qoşa məzarıma gül götür, gedək.
2 sonraki yanıtı göster
Vəfa Hafiz okurunun profil resmi
Gözlərim yol çəkir, Tənha kimsəsiz... İçimdə sevdalar didərgin düşüb. Əllərim üşüyür, soba dibində Yadıma titrəyən nəfəsin düşüb.
2 sonraki yanıtı göster
Vəfa Hafiz okurunun profil resmi
Bir gün mən olmasam, Dəyişəcəksən... Dərdin yandıracaq səni od kimi. Bütün dünya ilə döyüşəcəksən, Tənha qalacaqsan - son ümid kimi.
2 sonraki yanıtı göster
Sisu okurunun profil resmi
14
Vəfa Hafiz okurunun profil resmi
Gözlərim buz tutub, baxışım soyuq, Sözlərim uyuşmur söz sırasına... Qəlbim əsir düşüb özgə əllərə, Kirpiyim göz yaşı sırsırasına... Vaxtım yollarında qurban kəsilib Saat əqrəbindən asılıb dilim. Sənin ürəyində hansı fəsildi? O fəsilə uyğun geyinib gəlim... Sən məndən... Mən isə özümdən uzaq - Vaxtdan irəliyik, baxtdan geriyik... Bizə fəsillər də, aylar da yasaq, Oğurluq anların sakinləriyik.
2 sonraki yanıtı göster
Vəfa Hafiz okurunun profil resmi
Məzarım üstündə güllər solacaq, Sarmaşıq saracaq başdaşımı da... Gündə neçə kərə gözün dolacaq - Silən olmayacaq göz yaşını da. Bir gün mən olmasam, Qəribsəyərsən... O qəmli gözlərin yaş tökərmi heç? O mənsiz dünyadan nə istəyərsən? O mənsiz gözlərin yol çəkərmi heç?
2 sonraki yanıtı göster
61 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.