Gönderi

Peyğəmbərin Meracı
O idrakın gözündən gizlənə bilməz heç vaxt, "Onu görə bilmərik!" deyənlər kordu ancaq. Tapmdığını görmək bir səadətdir, bəli, Mütləq görülməlidir O, mütləq görülməli! O pərdəni görməyə məkan varmı?Məkan yox. Yürüməyə, çatmağa zaman varmı?Zaman yox. O pərdənin ardını görməyi bacaranlar, Məkanı tapmasa da, laməkana yol tapar. Tanrı sifətlərini inkar küfrdür saqın, Cahil olma, nə yönü, nə yeri var Allahın. Tanrı var, fəqət onun mənzili, məqamı yox, Məkana möhtac olan Tanrı sayılarmı? Yox! Həzrət Məhəmməd onu başqa ölçüylə gördü: Ürək, idrak gözüylə, zəka gücüylə gördü. Haqqın hazırladığı meydən içdi Peyğəmbər, Bizim də qəlbimizə damızdırdı bir qədər.
Sayfa 38 - "Lider"nəşriyyatKitabı okuyor
··
182 görüntüleme
Məhəmməd okurunun profil resmi
Nə gözəl tevafuk oldu, az əvvəl sərgidə Nizami Gəncəvinin kitablarını vərəqləyərkən ilk bu sətirlər gözümə dəymiş idi… Sadəcə çeşid çox olduğu üçün hansı kitabını götürüm deyə qərarsız qaldım, Nizami Gəncəvinin əsərlərindən bəyəndiyiniz hərhansı birini önərsəniz sevinərəm.
Əmbiyə Məmmədova okurunun profil resmi
Nizami Gəncəvinin yaradıcıllığındakı möhtəşəmlik bütün dünya üzrə qəbul olunmuş gerçəklikdir. İndiyə qədər oxumadığım üçün çox peşman olmuşam. Bu əsər Gəncəvinin oxuduğum ilk əsəridir. İnşallah hər birini oxumaq nəsib olar. Elə ilk əsərindən başlayaraq oxuya bilərsiniz
2 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.