Gönderi

152 syf.
8/10 puan verdi
·
22 saatte okudu
Heyvanıstan bir antiutopiya kimi əslində dünyanın real təsvirini göstərir. Elə hesab edirəm ki, əsəri yaşda kiçik olanlara da oxutdurmaq lazımdır. Bəlkə də həmin an onlar bunu başa düşməsələr də, ilkin mesajları beyinləri yadda saxlayacaq və gələcəkdə lazım olduqda istifadə edəcək. Uşaqları kiçik yaşdan düşünməyə yönləndirmək lazımdır, əzbərləməyə deyil. Eləcə də böyükləri. Yəni yaş fərqi olmadan hamı oxumalıdır məncə. Əsər sovet ittifaqının Stalindən başlayaraq totalitar siyasi sistemini əks etdirir. Ferma heyvanlarının timsalında hakimiyyətin necə kütləni istismar etdiyini, haqlarının pozulduğunu və yavaş-yavaş əvvəlcədən müəyyənləşdirilmiş qanun-qaydaları necə dəyişdirdiyini çox gözəl təsvir olunub. Sovet ittifaqının tarixini azdan çoxdan bilənlər, o dövrdə yaşayanlar və o dövrlə maraqlananlar üçün məncə gözəl qaynaqdır.
Hayvan Çiftliği
Hayvan ÇiftliğiGeorge Orwell · Can Yayınları · 2020248,7bin okunma
·
16 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.