Gönderi

"Aramızda baş verənlər - ən azından, mənə görə - bundan ibarətdir ki, sən məni dəyişdirdin, həyatımı dəyişdirdin, yəni hələ də diri olduğum yeganə nöqtədə: mənim ölümümdə. Duyğu axını vasitəsilə suya başqa cür dalmağa başladım. Yenidən yaşadım, yenidən diri oldum. Başqaları ilə olduğu kimi xatirələrdə deyil, canlı. Buna görə, məndən xoşun gəlsə də, gəlməsə də - əslində, mənə nifrət etdiyini düşünürəm - mənə çox yaxınsan. Sənin vasitənlə bilirəm necə öldüyümü: özümü ölərkən görürəm yenə: Ölürəm. Əsas olan da budur. Ölü olmaqdan daha artıq. Səni görməkdən qorxmağımın səbəbi budur bəlkə də; bəlkə də mənimlə bir oyun oynamısan və ölmüsən. Hər şey o qədər sürətlə baş verir ki, bu günlərdə!" "...sənin intihar etməyini istəməyimin səbəbi özümü sənə çox yaxın hiss etməyim idi. Heç vaxt hiss edə bilməyəcəyim qədər yaxın, bəlkə də. Bir gün məni atıb gedəcəyindən, əllərimdə öləcəyindən qorxurdum, dəhşətli dərəcədə qorxurdum. Sənin haqqındakı fikirlərimlə qalacaqdım təkbaşına, əlimdə onları müdafiə edəcək heç nə olmadan. Buna görə səni heç vaxt bağışlamayacağam..." "Ömrümün sonuna qədər mənim üçün həyat olmalısan. Haqqındakı fikrimi yalnız belə yaşada bilərsən. Gördüyün kimi, mənim üçün o qədər həyati bir anlam daşıyırsan ki, səni heç zaman üzərimdən ata bilməcəyəm. Buna görə də başqalarına sənin haqqında danışanda utanıram bir az. İnsanın özü haqqında bu qədər səmimi danışması asan deyil."
Sayfa 181
··
9 görüntüleme
Shade okurunun profil resmi
Əslində sevgi məktubu deyil. Bir kişinin öz dostuna yazdığı məktubdur.
1 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.