Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Günay Quliyeva

Günay Quliyeva
@gunay_gulieva
376 syf.
9/10 puan verdi
·
Beğendi
·
25 günde okudu
"Sonuncu Mogikan", Ceyms Fenimor Kuper. Əvvəlcə obrazlar və süjet haqqında məlumat vermək istəyərdim, çünki hər hansı kitaba başlamazdan əvvəl oxucu obrazlar haqqında, kitabın mövzusu haqqında araşdırmalar edir. "Sonuncu Mogikan"ı o şəxslər sevərək oxuyacaqlar ki, hərb sənəti ilə maraqlanırlar, döyüş kinolarına baxmaqdan həzz
Sonuncu Mogikan
Sonuncu MogikanJames Fenimore Cooper · Önder Neşriyat · 2005315 okunma
Reklam
359 syf.
9/10 puan verdi
·
13 günde okudu
İrqi ayrıseçkiliyə qarşı yazılmış bir kitabdır. "Bülbülü öldürmək". Əsərin adından belə çıxır ki, sənə zərəri dəyməyən, varlığı sənə toxunmayan canlılara dəyib dolaşmaq, öldürmək günahdır. Necə ki bülbülü öldürmək günahdır.. Balaca, 8 yaşlı qız uşağının dilindən yazılmasına baxmayaraq cümlələr, işarə edilən mənalar, hadisələrə kiçik uşağın gözü ilə baxmaq da çox maraqlı idi. Əsas obrazlar Cim, onun kiçik bacısı Cin (İtigöz), onların vəkil atası Attikus, aşpazları qara dərili qadın - Kelpurniya və hər yay Meykomba gələn Dilldir. Uşaqlarının gözündə həmişə şərəfli bir insan olan Attikus bu dəfə də onların gözünün içinə dik baxmaq üçün əlindən gələni edir. Köməksiz qara dərili Tom Robinsonu hüquqi müdafiə edir. Tomu ağ dərili bir qızı zorlamaqda ittiham edirlər. Əslində isə bu şikəst bir qaradərili üçün imkansızdır. Bütün bunlar yəqin ki qızın atasının qurmasıdır. Həmin gündən Bob Yuel( qızın atası) bizim qəhrəmanlara düşmən kəsilir. İki günahsız körpənin üzərinə hücum çəkilərkən isə sirli qüvvə onlara köməyə gəlir :) Hansı ki insanların ən təmizidir... Çatdırılan ideya olduqca gözəl idi: nəyin ki sənə zərəri dəymir, onu axı niyə incidəsən? Niyə hədələyə, niyə qorxudasan?
Bülbülü Öldürmək
Bülbülü ÖldürməkHarper Lee · Bakumoz Nəşriyyatı · 201772,2bin okunma
636 syf.
9/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Dostoyevskidən oxuduğum ilk əsər "Cinayət və cəza" oldu. Hadisələr, süjet xətti çox axıcı olduğundan, oxucunun diqqətini məsələlərə, detallara cəmləşdirdiyindən çox xoşum gəldi. Baş qəhrəman Rodion Raskolnikov əsərin əvvəlində çox götür-qoydan sonra bir cinayət işləyir, sələmçi qarı və təsadüfən hadisə yerinə gəlmiş, qarının günahsız bacısını qətlə yetirir. Hadisələr bundan sonra gərginliklə inkşaf eləyir. Bu zaman maraqlı cəhətlərdən biri də cinayət işləmiş bir şəxsin daxili aləmi, onun özünə və ətrafdakı hadisələrə baxış bucağı, eləcə də ətrafdakıların ona münasibəti ilə tanış olmaqdı. Sonra Raskolnikov onun özü qədər bədbəxt olmuş Sonya ilə tanış olur, Sonya ona günahlarının bağışlaması üçün torpağa və insanlara təzim edib üzr istəməyi təklif edir. Lakin Raskolnikov ondan az günahkar olmayan bu insanlar qarşısında diz çöküb üzr istəməyi özünə layiq görmür. Əsər məni psixologiyanın maraqlı cizgiləri ilə tanış etdi, fərdlərə fərqli prizmadan baxmağa kömək etdi. Bu mövzuda oxuduğum ilk kitab və yaxşı bir başlanğıc oldu.
Cinayət və Cəza
Cinayət və CəzaFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 2013159,8bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
544 syf.
10/10 puan verdi
·
Beğendi
·
26 günde okudu
Jül Vernin ən məşhur əsərlərindən biri də "20000 lye su altında"dır. Onun "Kapitan Qrantın uşaqları", "Sirli ada" romanlarını böyük maraqla oxuduğum üçün bu əsərini də oxumaq qərarına gəldim və əmin oldum ki, Jül vern yaratdığı personajlarla hər dəfə mənim qəlbimdə dərin iz qoya bilir. Beləliklə, tale görkəmli fransız təbiətşünas alim Pyer Aronaks, onun nökəri Konsel və əfsanəvi balina ovçusu Ned Lendi Kapitan Nemonun sirli gəmisinə atır. "Nautilus"un özü qədər onun mötəbər kapitanı da sirlərə qərq olmuş bir şəkildə qalır. Əsər boyu Kapitan Nemonun sirli taleyinin açılacağı səhnəni böyük intizarla gözləsəm də, bu barədə dolğun məlumat ala bilmədim. Onun haqqında ətraflı məlumat isə bu əsərində olmasa da, "Sirli ada"da öz əksini tapmışdır. Elmi fantastikanın ən gözəl nümunələrindən olan əsərin maraqlı və rəngarəng süjet xətti boyunca mən, sanki, sualtı və suüstü macəralar zamanı obrazları müşayiət edirdim. Buna görə də onlar mənim üçün artıq çox doğma olmuşdur. Oxumağı dönə-dönə tövsiyə etdiyim bu kitabın sonunda isə alim Aronaks belə deyir: "Altı min il bundan əvvəl "Ekkleziast" kitabında verilmiş bir suala: "Dəryaların dərinliyini kim ölçmüşdür?"- sualına, yer üzündəki adamlardan indi ancaq iki nəfər "Mən!" deməyə haqlıdır. Bir Kapitan Nemo, bir də mən. "
20000 Lyö Su Altı İlə
20000 Lyö Su Altı İləJules Verne · Qanun Nəşriyyatı · 06,2bin okunma