Günay

Günay
@gunaynsr
Azərbaycan dili və Ədəbiyyat müəllimi
Baku
1999
57 okur puanı
Ocak 2021 tarihinde katıldı
Puan vermedi·160 syf.··
2022 5. kitabı
İnsanların özündən uzaq tutduğu Raif Əfəndi, heç bir şeyə fikir vermədən həyatına davam edirdi. Onun səssiz bir adam olduğunu düşünsələr də, əslində hər kəsdən daha çox danışırdı. Amma insanların onu başa düşməyəcəyini bildiyi üçün bütün yaşadıqlarını, həyatının ən mənalı, bir o qədər də ən kədərli anlarını qaraüzlü dəftərinə yazmışdı. Baxın, elə hekayədə tam orada— qaraüzlü dəftərində başlayır. Bu dəftər bizləri Berlin səyahətinə aparır. Daha Berlinə yeni getdiyi zamanlarda can sıxıntısından küçələri, sərgiləri gəzdiyi vaxtda bir incəsənət qaleriyasında divardan asılmış çoxsaylı rəsmlər arasında sadəcə birinin qarşısında tutulur qalır. Rəsmdəki Xəz Paltolu Madonnanı analiz etdikdən sonra, ona heyran olur. Elə ki, günlərlə bu rəsmin qarşısına gəlib onu saatlarla gözlərini ayırmadan izləyir. Rəsmdəki qadın, rəssamın özü idi. Günlər sonra təsadüfən tanışan bu iki həyatdan uzaqlaşmış gəncin həyatı dəyişir. İncəsənət qaleriyasında başlayan bu heyranlıq, daha sonra Berlin küçələrinin hər küncündə bir xatirə olaraq həkk olundu. Xəz Paltolu Madonna— Maria Puder və Raif Əfəndinin yaşadıqları nə qədər bir hekayə olsa da, həyatda belə bir reallığın olması, doğrudan, çox təsirlidir. Əsəri oxuduqda sevginin və sevgisizliyin insan həyatındakı təsirini hiss edəcəksiniz. Əsər haqqında daha uzun, daha detallı danışmaq istəyərdim, amma daha oxumağa fürsəti olmayanlar üçün marağını qaçırmaq istəmirəm. P.S: Məsləhət görərdim ki, türk yazarların əsərlərini elə türk dilində oxuyasınız. Yazıçının keçirdiyi hissləri birbaşa öz qələmindən sizə ötürülməsi, o duyğunu yaşamağımız baxımından vacib olduğunu düşünürəm. Onu da qeyd edim ki, bu əsəri “Gönül Yayıncılık” nəşriyyatından almayın, çünki yaxşı redaktə edilməyib. Səhv yazılmış çoxlu sözlər var və bəzi yerlərdə cümləni başa düşməkdə
Kürk Mantolu MadonnaSabahattin Ali · Gönül Yayıncılık · 2020376,5bin okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Küçük Prens
Puan vermedi·112 syf.··
2022 4. kitabı
·
5 saatte okudu
·
Okunma: 26 Ağustos 2022 12:43
Kitabda böyüklərin dünyasıyla, kiçiklərin dünyasını qarşılaşdırılır. Bu kitabı ruhumun hələ uşaq olduğu zamanda oxuduğum üçün çox şanslıyam. Bəlkə də, irəliləyən yaşlarda dünyaya başqa bir gözlə baxdığımda yenidən bu kitabı oxuyacağam. Yeri gəldikdə böyüklərin düşüncəsinə, onların dünyaya baxışına da göndərmələr edilir. Əsərdə insanın ən ümidsiz zamanlarında belə əslində ola biləcək hər problemə uşaq qədər xəyalpərəst yanaşaraq, həmin problemi aradan qaldıra biləcəyimizi göstərir. Əsər müəyyən zaman aralıqlarıyla təkrar-təkrar oxuna biləcək bir əsərdir.
1000Kitap
Küçük PrensAntoine de Saint-Exupéry · Can Çocuk Yayınları · 2015280,2bin okunma
Etiraf
10/10
·136 syf.··
2022 3. kitabı
·
3 günde okudu
·
Okunma: 24 Ağustos 2022 11:48
İlk əvvəl məsləhət görərdim ki, hər hansısa bir yazarın əsərini oxumazdan əvvəl onun həyatını oxuyun. Yazarla, onun həyat yolu ilə tanış olun. Çünki insanın yaşadığı həyat onun düşüncələrinə və psixologiyasına da təsir edir. Yazıçının bu əsərində baş qəhraman onun təxəyyülünün məhsulu yox, elə məhz özüdür. Bəli, Tolstoy keçirdiyi daxili böhranını, həyatın mənasını necə tapdığını oxucularla bölüşüb. Kitabı oxuyarkən sanki onunla üz-üzə söhbət edirdim, mən susmuşdum, o isə danışırdı. Kitab haqqında uzun-uzadı danışmaq çətindir, çünki, yəqin ki, bir çoxunuz oxumamısınız və mən əvvəlcədən məlumat sızdırmaq istəmirəm. Amma onu qeyd edim ki, bu kitab Tolstoyu tanımaq üçün bir vasitədir.
1000Kitap
EtirafLev Tolstoy · Parlaq İmzalar · 029,3bin okunma
İvan İliçin Ölümü
7/10
·112 syf.··
2022 2. kitabı
Yaşamı boyunca ölümü ağlına gətirməyən insan varmı və ya olubmu? İvan İliç belə bir adam idi. Həyatdakı tək amalı yüksəlmək və daha çox çox yüksəlmək olan İvan İliç yüksək rütbəli dövlət işçisi, yəni hakim idi. O, ölümcül xəstəliyə tutulur və o günə qədər uğruna zəhmət çəkdiyi, sərvəti, adı, vəzifəsi—bir sözlə, hər şey ona boş və mənasız görünməyə başlayır. Ölüm adlı həqiqəti yox sayaraq yaşayan İvan İliç ilk əvvəl ölümü dəhşətlə qarşılayır, dəhşətli ağrılarından daha çox ölmək fikri onu pis vəziyyətə salırdı. Daha sonra İvan İliçi dəhşətə gətirən yaşadığı həyatın böyük bir yalan olması həqiqəti oldu. İ. İliçin ailəsini, yaxın bildiyi dostlarını, iş yoldaşlarını maraqlandıran onun ölümü deyildi. Sanki bu həqiqəti yalnız İvan İliç bilirdi. Ailəsini maraqlandıran geyindikləri paltar, gedəcəkləri dəvətlər, dostlarını və iş yoldaşlarını maraqlandıran isə İvan İliçdən sonra onun yerinə kimin gələcəyi idi. İvan İliç bütün bunları hiss edirdi, başa düşürdü və bu ona ölümdən daha çox əzab verirdi. Biləndə ki, bu əsəri yazanda Tolstoyun 58 yaşı var idi. Məni bir şey düşündürür: bəlkə, bu qorxu Tolstoyun içindəki ölüm qorxusu idi? Amma onu dəqiq bilirəm ki, İvan İliç Tolstoy deyil. Qeyd edim ki, Tolstoy bütün sərvətini kəndlilərə paylayaraq özü də onlar kimi yaşamışdır. Belə bir insanın İvan İliçlə nə kimi oxşarlığı ola bilərdi ki?
Roman
İvan İliçin ÖlümüLev Tolstoy · Parlaq İmzalar Nəşriyyatı · 201961,1bin okunma
İnsanı Yaşadan Nədir?
9/10
·200 syf.··
2022 1. kitabı
·
3 günde okudu
·
Okunma: 14 Ağustos 2022 14:58
Əsərə 6 hekayə daxildir və hər bir hekayə bizi fərqli dünyalara götürüb, ruhumuzu, qəlbimizi aydınladıb, insani dəyərləri yenidən xatırladacaq, yolumuza işıq olacaq. “İnsana çoxmu torpaq gərəkdir?” kitaba daxil olan ilk hekayədir. Burada Paxomun simasında tamahkar, acgöz insanların acınacaqlı sonu əks olunub. “İnsanı yaşadan nədir?” hekayəsində isə Mixail obrazı bizə insanlıq haqqında olan 3 həqiqəti açıqlayır. Bəs o həqiqətlər hansılardır? Bu həqiqətləri tapmaq üçün bu 3 suala cavab axtarılır. 1. İnsanlarda nə var? 2. Onlara nə bəxş olunmayıb? 3. O məxluqları yaşadan nədir? “İki qoca” hekayəsində isə iki qocanın— Yefim Tarasiç və Yelisey Bodrovun Tanrıya ibadət etmək üçün bir araya gəldiyinin şahidi oluruq. İbadət üçün uzun səfərə çıxan qocaların bu yolda başına gələn əhvalatlarından söhbət açılır. Tanrıya olan borcu yalnız ibadətləmi ödəmək olur? Bu sualın cavabını bir çoxunuz bilirsiniz, amma hekayəni oxuduqdan sonra o cavabı daha yaxşı anlayacaqsınız. “Tanrı hər şeyi görür, amma səbri böyükdür”. Günahsız yerə 26 il həbs yatan İvan Dimitriyeviç günahsız olduğunu heç kimə sübut edə bilməsə də, Allahın hər şeyi gördüyünü və onun yeganə köməyinin Allah olduğunu qəbul edir. Bəs 26 illik səbrin sonunda nə olur? Bənzər və ya tamam başqa bir hadisədə yeganə şahidin Allah olduğunu bilsək nə edərik? Beşinci hekayə olan “İlyas”da isə əsl xoşbəxtliyin nədə olduğundan danışılır. Əlbəttə ki, fərqli insanlar xoşbəxtliyi fərqli şeylərdə tapır. Bu hekayədə siz İlyasın və onun həyat yoldaşı Şam-Şemaginin əsl xoşbəxtliyi nədən gördüyünün şahidi olacaqsınız. Bəs kimlər onlar kimi düşünür? Nəhayət, sonuncu hekayə olan “Ağa və nökər”də isə ağa və nökərinin yol əhvalatından danışılır. Kitaba daxil olan ən uzun hekayədir. Bəlkə, oxuduğunuz zaman yorula, sıxıla bilərsiniz, amma əsər
Edebiyat
İnsanı Yaşadan NədirLev Tolstoy · Parlaq İmzalar · 0234,4bin okunma