Günay Süleymanova

Günay Süleymanova
@gunysva
Şirin Portağal Ağacım
Puan vermedi·248 syf.··
2022 8. kitabı
·
22 günde okudu
·
Okunma: 26 Mayıs 2022 20:01
Joze Mauru di Vaskonselos - “Şirin portağal ağacım”. ( Qeyd: kitabı oxumayanlar və oxuyacaq olanlar varsa, şərhi oxumamağınız məsləhətdir, çünki bəzi şeylər spoiler ola bilər..) Kitabı bitirdiyim zaman olub-bitənlərin təsirindən bir müddət çıxa bilmədim. Əgər düzünü qeyd etmək gərəkərsə, təsirindən çıxmaq belə istəmirdim. Bilmirəm, bunu düşünmək qəlbimə ağrı versə də, mən yenə də düşünmək istəyirdim.. Hələ də beynimdə bəzi sual işarələri.. Niyə? Niyə Joze Mauru di Vaskonselos Portuga’nı öz əsərində öldürmüşdü? Niyə? Axı o ölməməli idi.. çünki Zeze’ni anlayan tək insan o idi… Onun düşüncələrini başa düşən, onu “möcüzə uşaq” sanan.. Hər kəs ona qarşı olarkən, o onu başa düşürdü.. Düşüncəmə görə, yazar Portuga’ya onu öldürməklə yetərincə haqsızlıq etmişdi.. Hələ Zeze.. Onun xəyalları.. Hər şey yarım qalmışdı. Zeze’nin yanında rahat olduğu tək insan Portuga idi.. Həyat bizə öyrədir ki, “çox sevdiyin və yanında həqiqətən rahat olduğun birinə öyrəşmə, yoxsa O’nu itirdiyin zaman həqiqətən çox acı çəkmiş olacaqsan”.. Portuga’nın da Zeze’yə dediyi kimi: “Heç vaxt səninki kimi şəfqətə susamış belə balaca bir qəlb görməmişdim. Ancaq sən mənə bu qədər bağlanmamalısan, bilirsən?…” - bu cümləni 3-4 dəfə diqqətlə oxumuşdum.. Sırf bu cümlədə çox şey gizli idi. Artıq bir-birilərindən uzaqlaşmaq məcburiyyətində qalacaqlarını təxmin etmişdim.. bu belə də olmalı idi, bəlkə də.. çünki gözəl şeylər heç vaxt sonsuz olaraq qalmır… Kitab, düşüncəmə görə, başqa cür də bitə bilərdi, “xoşbəxt son” da ola bilərdi məsələn.. Amma, bəlkə də, əgər “xoşbəxt son” olsaydı, bu qədər təsirli olmazdı və bu qədər gözyaşı axmazdı… Portuga’nın ölümünə gözyaşlarımı dayandıra bilmirdim, həm də avtobusda.. əsəbimdən kitabı bağladım və davam etmək istəmədim.. çünki ağladıqca ağlayırdım və insanların
Düşünce
Şirin Portağal AğacımJosé Mauro de Vasconcelos · Parlaq İmzalar Nəşriyyatı · 2018275bin okunma
Reklam
Stefan Zweig - “Olağanüstü Bir Gece”.
10/10
·80 syf.··
Beğendi
·
2022 6. kitabı
·
13 günde okudu
·
Okunma: 08 Nisan 2022 17:27
Stefan Zweig - “Olağanüstü Bir Gece”. Kitab haqqında düşüncələrimi paylaşmamışdan öncə ilk bunu bildirmək istəyirəm ki, kitabı tamamilə üz qabığı şəklinə görə, Van Gogh’un “The Stary Night” əsərinə vurğun olduğum üçün almışdım. Çünki o əsər mənim üçün xüsusi olaraq dəyərlidir və qəlbimdə fərqli hislər yaradır. “The Starry Night” rəsm əsəri kimi “Olağanüstü Bir Gece” də mənim qəlbimdə xoş hisləri yaratmağı bacarmışdı. Əsərin baş qəhrəmanı - Baron Fredrich Michael von R. kimi mən də eyni zamanda onunla birlikdə “hissizliyi”, “duyğusuzluğu” və “qəlb soyuqluğunu” yaşadım. Qəlb soyuqluğu hissi ilə tanışam və sətirləri oxuduğum zaman bir çox cümlədə özümü tapdığım doğrudur. O artıq hiss etməyə başlayanda, yenidən içində duyğular canlanmağa, insanlara qarışmağa başlayanda onunla birıikdə mən də sevindim… İnsanlara yaxın ola bilməmək hissi də mənə tanışdır, düşüncəmə görə, bunun nəticəsindədir yaranan qəlb soyuqluğu hissi. Onun yenidən həyata qayıtması, özünü yenidən canlı və hisləri olan biri kimi hiss etməsi məni də çox sevindirmişdi.
Edebiyat
Olağanüstü Bir GeceStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2023171,6bin okunma
Tural İlyas “Jamevü”
10/10
·117 syf.··
Beğendi
·
2022 4. kitabı
·
6 günde okudu
·
Okunma: 15 Şubat 2022 07:58
(Kitab haqqında spoiler vermək istəmirəm, lakin bunu demək istəyirəm ki..) 41-ci hissəyə qədər eyni hadisələr, eyni son, demək olar ki, eyni həyat həkayəsi fərqli-fərqli şəxslər arasında baş verirdi. Və hər biri də sonda eyni hissi yaşayırdı.. yalnızlıq və məyusluq hissi.. Əslində bu kitab dejavü ilə jamevü’nün birləşməsi idi. Kitabın üz qabığında da göstərildiyi kimi. Hər bir şeydə sirr, məna, çatdırılması gərəkilən bir “mesaj” var idi. 41-47-ci hissələr mənim üçün tamamilə gözlənilməz oldu. O hissələri oxuyarkən çoox böyük bir təəccüb hissinə qapıldım. Çox fərqli hisslər yaşadım. Bir kitabı oxuyarkən bu hissləri ilk dəfə idi ki, yaşayırdım. Bu tamam fərqli idi. Sanki mənim (oxucunun) oxuyarkən, sonunun necə bitəcəyini bilən insanın (oğlanın) keçirdiyi hissləri mən də keçirirdim.. və ya necə desəm.. tam əksi… mənim keçirdiyim hissləri o da keçirirdi. Bəlkə də, biz eyni anda bu hissləri keçirirdik. Eyni anda düjavü’nü yaşayırdıq və sonunun da necə bitəcəyini çox yaxşı bilirdik. Kitabı oxuyarkən eyni zamanda həm dejavü, həm də jamevü hissini yaşadım.. Bu hiss başa salınmaz bir hissdir, sadəcə yaşanır və hiss edilir. Çox fərqlidir. Kitabı oxuyanlar məni daha yaxşı anlayar. Düşüncəmə görə, kitab bir şey çatdırmaq istəyirdi. Nəyi çatdırmaq istədiyini bu cümlələrdən daha da aydınlaşdıra bilirdim: “ Fikrimcə, zaman anlayışını dərk edib artıq. Və sevgi, fəlsəfə kimi bir sıra şeyləri də hiss edir və yaşayır hazırda ”. Eynilə mənim də hazırda yaşadığım kimi. Bəlkə də, bu cümlələr oxucuya yönəlirdi, bəlkə də, yanılıram, lakin, düşüncəmə görə, “mesaj” bu cümlələrdə gizli idi. Fikrimcə, bu kitab bizə “zamanın” necə dəyərli olduğunu çatdırır və öyrədirdi. Və əlbəttə ki, kitabda fəlsəfə, sevgi qarışığı mövzular rol alırdı. (Ümumiyyətlə fəlsəfə, psixologiya, bunlar mənim ən
Felsefe-Düşünce
JamevüTural İlyas · Üçbucaq · 202024 okunma
Tural İlyas “Dejavü”
10/10
·88 syf.··
Beğendi
·
2022 3. kitabı
·
3 saatte okudu
·
Okunma: 10 Şubat 2022 04:04
Kitab o qədər maraqlı və axıcı idi ki, sadəcə 1 günə bitirdim. Baş qəhrəman olan Şəhriyar(Kənan) obrazında, demək olar ki, tamamilə özümü tapdım. Düşüncələri, fikirləri, xəyalları mənimkilər ilə üst-üstə düşürdü. Sanki bu düşüncələrin hər biri mənə aid idi, sanki mən düşünürmüşəm kimi bir an mənə gəldi. Sanki bunların hər biri mənim iç səsim idi. Şəhriyarı özümə çox yaxın görürdüm. Onun son dinlədiyi musiqini (Mickael Ortega - İnception) mən də kitabı oxuyaraq dinlədim. Bu çox hüzurlu bir hiss idi. Kitabı oxumaq o qədər maraqlı idi ki, hər bir baş verən hadisədən sonra nə olacaq deyə maraqla oxuyurdum və, demək olar ki, kitabın hər bir səhifəsindən xətt çəkmişəm. Sonu məni çoox təəccübləndirdi, belə bir son olacağını heç gözləmirdim. Və son səhifəsini oxuduğum zaman çox təsirləndim və özümdən asılı olmayaq, gözlərim doldu.
Felsefe-Düşünce
DejavüTural İlyas · Üçbucaq Nəşriyyatı · 201828 okunma
Məsiağa Məhəmmədi - Şəms və Mövlana
10/10
·96 syf.··
Beğendi
·
2022 1. kitabı
Kitabın ilk səhifələrində Şəms Təbrizi və Mövlana Cəlaləddin Rumi’nin bioqrafiyası barədə kiçik məlumat verilirdi. Daha sonra isə onların yazdıqları dərin mənalı və müdrik kəlamlar bölüşülürdü. Hər biri çox dəyərli məlumatlar idi. Kitab insanı daha çox Haqq’a imana çağırırdı. Tanrının, Peyğəmbərlərin yolu ilə, kölgəsi ilə getməyə yönəldirdi. Bir sözlə - çox gözəl, çox hüzurlu kitab idi. Bəzi hədis və surələrin açıqlamaları verilirdi. Qısaca kitabda insana necə olmaq lazımdır, həqiqətən də İdeal insan necə olmalıdır, o öyrədilirdi. Bu kitabdan öyrəndiyim dəyərli məlumatlara görə bu kitabı mənə hədiyyə edən və eyni zamanda oxumağımı məsləhət görən dəyərli insana minnətdarlığımı bildirirəm.️ :)
Felsefe-Düşünce
Şəms və MövlanaMəsiağa Məhəmmədi · Kitab Klubu · 20174 okunma
Reklam