Dümanın gözündən biz
Puan vermedi·192 syf.··
2026 41. kitabı
·
29 günde okudu
·
Okunma: 24 Mayıs 2026 15:54
Böyük fransız yazıçısı Dümanın Qafqaz səfərinin Azərbaycanla bağlı qeydlərinin toplandığı bu kitabı bir az uzun müddətə oxumağıma baxmayaraq, maraqla oxudum. Dərbənddən başlayaraq Bakı, Quba, Şamaxı, Nuxa(Şəki) ərazilərində keçirdiyi xoş günlərdən, insanlarımızın səxavətindən, qonaqpərvərliyindən hədsiz təəccüb və heyranlıqla bəhs edən yazıçı, şübhəsiz ki, ölkəsinə buradan ən gözəl təəssüratlarla qayıdır. Hətta bəzən xalqımızda şahidi olduğu bu səxavəti öz fransız xalqıyla müqayisə edərək bizə daha yüksək qiymət verir. Kitab təkcə səfər qeydləri təsiri bağışlamır, həm də bir xalqın mədəniyyətini, adət-ənənəsini, tarixi şəxsiyyətlərini, hətta yeməklərini də dünya oxucusuna çatdırmaqda böyük rol oynayır. Mənə ən təsir edən hissəsi Dümanın Bakıdan ayrılarkən Xəzər dəniziylə vidalaşdığı "Əlvida, Xəzər dənizi" hissəsi oldu. İndiyə qədər oxuduğum Xəzərin bədii dillə ən gözəl təsviridir deyə bilərəm. Hamıya xoş oxumalar.
Qafqaz SəfəriAlexandre Dumas · Qanun Nəşriyyatı · 2014168 okunma
5/10
·313 syf.··
2026 12. kitabı
·
47 günde okudu
·
Okunma: 18 Nisan 2026 00:10
Hamıya Salamlar. Kitabı dostumun məsləhəti ilə oxudum, janrı sevdiyim janr olmadığına görə çox gec oxudum, mövzusu barədə mənfi və müsbət düşüncələrim çoxdu. Kitabın bütün məzmununu yazmışam oxuyacaq olan varsa ardını oxumasın . Deməli Anar 10 ildir evlidi, amma xoşbəxt deyil , elə həmçinin Huri də . Bir gün gedir Kahira ilə rastlaşır və aşiq olur, sonra Huriylə ayrılmağa qərar alır , bura qədər hər şey normaldı əslində , həyatda hər şey ola bilər , amma ardı mənə görə heç düzgün deyil , Anar obrazına qarşı məndə mənfi düşüncələr çoxdu , elə başlayım ilk olaraq qətiyyətsizliyindən, hələ boşanmamış, həyatını yoluna qoymamış gedir Kahira ilə "dostlaşır" , çünki o zaman özündə buna haqqı olduğunu düşünür , Huri boşanmaq istəmir deyib , evə gəlmir , 10 ildir axtardığı xoşbəxtliyi Kahirada görür. Yəni məncə bəhanənin arxasına sığınır , Huri ilə cəmi 1 dəfə bu məsələ barəsində danışır sondada dalaşıb çıxır, əgər qərarında qəti olsaydı Huriylə üzləşərdi yenədə, ailəsinə bildirə bilərdi , amma üzləşməkdən qorxdu , evə getməmək ona daha asan gəldi . Nədə olsa vicdanı rahatdı , sözdə Huridən ayrı qalır axı. 30 dan çox yaşı var səhv etmirəmsə , o yaşına rəğmən həyatını yola qoymağı bacarmır və dahada batırır hər şeyi. Bu tip insanlar özlərini yazıq göstərməkdə ustadılar. Sonda belə cəsarəti çatmır ki , Kahiraya qal desin . Yənisi Anar nə yaşadınsa haqqdı sənə. Qaldıki Kahira evli biri olduğunu bilsə əvvəldən onla o münasibəti qurardı? inanmıram . Sevgi məsələlərinə görə heç pis olmadım , hər şeyi sevgi adı altında normallaştırmaq düzgün deyil çünki , Anar filan şeyləri etdi çünki aşiq oldu , çox gülməli yanaşmadır, insanları sevgidən soyudur bu tip şeylər. Hekayədə bir günahsız var oda Huridi , ailəsinin , cəmiyyətin qurbanıdı . 18 yaşında həyatı qavramadan , ailəsinin
1000Kitap
Xoşbəxtliyə Çatanda Əldə QalanlarMəsudə Cabbar · 2018263 okunma
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
6/10
·368 syf.··
2026 10. kitabı
·
3 günde okudu
·
Okunma: 28 Mart 2026 21:52
Salamlar hamıya Bu əsərin əsas mövzusu travma və günahkarlıq hissi üzərində qurulub. Hadisələr Saymon adlı bir oğlanın ətrafında cərəyan edir. O, baş verən qəza nəticəsində valideynlərini itirir və bu hadisəyə görə özünü günahlandırır. Bu psixoloji sarsıntı onun həyatına ciddi təsir edir və nəticədə kabuslar görməyə başlayır. Əsərdə mənə məntiqsiz gələn hissələr bol idi. Mən əvvəllər Wulf Dornun digər kitablarını türk dilində oxumuşam. Bu əsəri isə Azərbaycan dilində oxudum və açığı, tərcümə mənə bir qədər zəif təsir bağışladı. Eyni kitabı iki fərqli dildə oxuyanlar yəqin ki, bu fərqi daha aydın hiss edərlər. Ümumilikdə isə əsər məndə çox da güclü təəssürat yaratmadı. Digər kitablarında olan gözlənilməz sonluq bu dəfə yox idi. Hətta deyə bilərəm ki, hadisələrin gedişində qatilin kim olduğunu əvvəlcədən təxmin etdim və nəticə də gözlədiyim kimi oldu. Buda əsərə olan maraqı öldürür məncə.
Alıntı
Gecə QurdlarındırWulf Dorn · Teas Press Nəşriyyatı · 20242,633 okunma
10/10
·292 syf.··
2026 6. kitabı
Əslində, kitabı oxumadım, dinlədim. Yutubda adını yazıb tapa bilərsiniz. Səsləndirən də əla səsləndirib. Kitabın özü də əladı. Yaxşı ki, yükləyib qulaq asmışam. Məsləhət görürəm hamıya. İlqar Fəhmi bu kitabı mənlə yaşıd olanda yazıb. 31-32 yaşında. Amma qulaq asanda deyirdim ki, bu yumor, dünyagörüşü, bilik 40-50 yaşlı adamın yumoru, dünyagörüşü, biliyidi. Çox zövqlü bir qiraət oldu mənimçün.
Bakı Tarixindən Kollajİlqar Fəhmi · Qanun Nəşriyyatı · 201014 okunma
Puan vermedi·136 syf.··
2026 5. kitabı
2026'da oxuduğum 5-ci kitab, Milan Kuderadan "Mənasızlığın Təntənəsi oldu. Milan Kundera bu əsərini, adından da məlum olduğu kimi bəşəriyyətin ən böyük problemlərindən biri olan "mənasızlıq" hissinə həsr edib. Lakin o bu əsərində, mənasızlığı mənfi bir şey kimi yox, tam əksinə bir qurtuluş kimi görür. Kunderaya görə insan, yalnızca həyatın mənasızlığını dərk edəndən sonra ondan həqiqətən həzz ala bilər. Mənim əsərdə ən bəyəndiyim obraz "Alen" obrazı oldu. Niyəsə bu obraz mənə "Bojack Horseman" dizisindəki Bojack obrazını xatırlatdı. İstər ailəsi, xüsusilədə anası ilə olan keçmişi, istərsə də həyata olan baxış bucağı eynilə Bojack kimi idi. Əsəri tövsiyyə etmirəm. Çünki Kunderanın qələmi hamıya xitab edən cinsdə deyil. Onu yalnızca özünüz həqiqətən istəyəndə oxumalısız.
Mənasızlığın TəntənəsiMilan Kundera · Qanun Nəşriyyatı · 20181,003 okunma
7/10
·272 syf.··
2026 7. kitabı
“Tərəqqi naminə insanlıq öz mahiyyətindən imtina edir.” Bu kitabı bitirdikdən sonra ən çox vurulan hiss... qorxudan daha güclü bir tanışlıq hissi oldu. Huxley'in gördüyü gələcəkdə heç bir gözqamaşdırıcı polis dövləti, ağaclara asılmış camera yoxdur. Heç kimə "Boyun əy!" demirlər. Əksinə, hamıya "Rahatla. Xoşbəxt ol." deyirlər. Və bu, onu daha dəhşətli edir. Ağlıma gələn ilk sual: Bu cəmiyyətə üsyan etmək niyə bu qədər çətindir? Cavab aydındır: Çünki üsyan etmək üçün səbəb yoxdur. Heç kim acı çəkmir. Heç bir aşkar zülm yoxdur. Yalnız sonsuz, yüngül bir rahatlıq, davamlı bir kütləvi əyləncə və heç bitməyən bir gənclik var. İnsanlar köleləşdiyini hiss etmədən kölədir. Ən böyük zorakılıq budur: qurbanın öz vəziyyətindən xoşbəxt olması. Sonra, Mustafa Mond'un son dialoqu ağlıma düşür. O, hər şeyi bilir. Elm, incəsənət, din, fəlsəfə... hamısının gücünün şüurundadır. Və seçimini edib: sabitlik. O, həqiqəti bilərək onu məhv edir. Bu, cəmiyyətin liderliyindən daha dərin bir şeydir; bu, kənardan baxan, anlayan, lakin müdaxilə etməyən bir zəkanın etirafıdır. "İnsanlar azad olanda xoşbəxt olmurlar," deyir, "və xoşbəxt olmadıqda da... sabitlik qurula bilməz." Bu cümlə bütün distopiyanın ürəyidir. Və Con... Onun taleyi məni ən çox sarsıdan hissə oldu. O, bizim dünyamızın - köhnə, qüsurlu, acılı, lakin həqiqi dünyanın - təmsilçisi kimi daxil olur. O, Shakespeare ilə böyüyüb, mənaya, faciəyə, müqəddəs olana inanır. Və yeni dünya onu yalnızca bir maraq obyekti, bir "vəhşi" kimi qəbul edir, sonra isə onun fəryadlarını bir çəkişmə proqramına çevirir. Onun üsyanı uğursuz olur, çünki üsyan ediləcək heç bir sistem yoxdur; yalnız sakit, gülümsəyən, soma-odlu bir kütlə var. Onun intiharı bir məğlubiyyət deyil, yeganə mümkün qurtuluş kimi gəlir mənə. O, bu dünyada yaşaya bilməzdi, çünki
Bilim-Kurgu
Cesur Yeni DünyaAldous Huxley · İthaki Yayınları · 202173,3bin okunma