Kitab tarix boyunca düşüncələri ilə yeni cığırlar açan filosoflar barədə qısa və həb şəklində bilgilər təqdim edir. Həmçinin, el dilində (və ya loru dildə) izah edərək xronoloji ardıcıllığı qoruyur və filosofları bir-birilə əlaqələndirərək oxucunu maraqda saxlamağı bacarır.
Ətraflı məlumat almaq üçün uyğun bir mənbə olduğunu deyə bilmərəm, amma fəlsəfəyə giriş üçün uyğundur. Bəzi filosoflar barədə qeydlərimi götürmüşəm, onların fəlsəfəsi ilə daha yaxından tanış olmaq istəyərəm. Həmçinin kitab özü də filosoflarla tanışlıq məqsədi daşıyır.