mənim fikrimcə, insanı insan edən, digər canlılardan fərqləndirən yalnız şüuru deyil, həm də qürurudur. Kişinin kişi qüruru olmalıdı, qadının qadın qüruru. Bir də, məncə, ümumən insanlıq qüruru var. Mənim insanlıq qürurum sınmışdı. Qürur sınanda insan ölmür, amma ömrü boyu sınıq qürurla yaşayır. Və qüruru sınmış insan artıq hər şeyə başqa gözlə baxır.
"Biz ulduza iki səbəbə görə baxırıq: o həm işıq saçır, həm də əlçatmaz bir şeydir. Lakin bizim yanımızda bundan da zərif işıq saçan bir halə, bundan da böyük bir sirr var, o da qadındır!"
İnsanların bir-birini sevməsi nəyə desən,
dəyər! Məhəbbət dünyada olan şeylərin ən möcüzəlisi, həm də ən sadəsidir. Bunu mən bu gün, gecə əriyib çiçək açan kollara dönəndə, küləkdən çiyələk ətri gələndəduydum və bildim ki, sevməyən adam bu dünyaya məzuniyyətə gəlmiş ölüdür. Onun da quruca adı, doğulduğu ayı, ili var, vəssalam... Sevməyən adam üçün, əslində, ölüm yaxşıdır.