Zaman həmin zamandır, bəlkə də, biz bilmirik, Bəlkə də düz ağlamırıq, bəlkə də, düz gülmürük…
Son aylarda oxuyub çox sevdiyim üç kitab haqqında
Çox sevdiyim bir kitab olanda istəyirəm danışdığım hər kəsə onu tövsiyə edim. Sevdiyim bir yazıçı olanda isə istəyirəm onu kitab oxuyan hamı tanısın. Hələ müəllif bizdə kifayət qədər tanınmırsa, bir az da onun dərdini çəkirəm) Son aylarda oxuduğum və hər kəsə tövsiyə etmək istədiyim 3 kitab haqqında qısa yazmaq istəyirəm. Yerli ədəbiyyatımızdan Əzizə Cəfərzadə qələmini çox sevirəm. Düşünürəm ki, onun kitabları ilə tanışlığım Azərbaycan ədəbiyyatı ilə bağlı ən xoş “kəşflərdən” biri olub. Aləmdə Səsim Var Mənim müəllifdən oxuduğum üçüncü kitab idi. Əsərlərindəki dil, hadisələrin təqdimatı, obraz və məkan təsvirləri o qədər canlıdır ki, özümü həmin hadisələrin içində hiss edirəm. Bu kitab Seyid Əzim Şirvaninin həyatından bəhs edir. Oxuduqca sanki mən də Şamaxıda onun yanında idim, məktəb açmaq uğrunda din adamları, cahil bir mühit ilə apardığı mübarizənin canlı şahidinə çevrilmişdim. İkinci kitab isə yeni nəşrlərdən olan Eşşəkli Kitabxanaçı dır . Kitab real hadisələr əsasında yazılıb və Türkiyənin bir kəndində kitabxanaçı işləyən Mustafanın hekayəsindən bəhs edir. O, uşaqları kitabla tanış etmək və oxumağı sevdirmək üçün əlindən gələni edir. Mustafa göstərir ki, insan bəzən çox məhdud imkanlarla belə böyük dəyişikliklər yarada bilər. Kitabsevərlər onun zəhmətini daha yaxşı anlayacaq, kitabdan uzaq olanlar isə bəlkə də mütaliənin nə qədər dəyərli olduğunu hiss edəcəklər. Növbəti kitab isə artıq sevdiyim müəlliflər sırasında yer alan Bernard Werber in Kraliçaların Diaqnolı əsəridir. Verberi daha çox elmi-fantastik əsərləri ilə tanıyırdım. Bu kitab isə mənə onun yaradıcılığının başqa tərəfini göstərdi. Əsərdə dünyagörüşləri və həyat prinsipləri tamamilə fərqli olan iki qadının həyatı təsvir olunur. Şahmatdakı ağ və qara fiqurlar kimi bir-birinə zidd olan bu iki obraz hadisələrə və siyasi proseslərə də şahmat
Duygu ve Düşünce
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Maraqlı Dialoqdan Doğan Şeir...
Bir gün Mikayıl Müşfiqi Rəsul Rza evinə dəvət edir. Xeyli söhbətdən sonra süfrəyə yemək gətiriləndə Müşfiq gülümsəyərək: — Mən ömrümdə bu böyüklüyündə qutab görməmişəm, — dedi, — ac adam bunun ikisini güclə yeyər. Dostlar gülüşdülər. Rəsulun anası isə dedi: — Oğlum, bu, qutab deyil. Şirvanda hamı ona kətə deyər. Çox dadlıdır. İçərisinə ən ətirli göyərtilər, bir də turşu əvəzinə nardança qoymuşam. Nuşi-canlıqla yeyin. Müşfiq ilk dəfə eşitdiyi «kətə», «nardança» sözlərini ağızucu təkrar etdi. Nədənsə bir anlığa xəmir yayan Rəsulun anası ilə sac üzərində kətə bişirən qaynanasına baxdı və dərindən köks ötürdü. Bir papiros yandırıb, ürəyində həmişəlik qubar salmış bu sözləri pıçıldadı: — Görəsən, anam sağ olsaydı... Həmin axşam Müşfiq üzünü xatırlamadığı, sözünü, söhbətini yada sala bilmədiyi, 2 yaşında ikən itirdiyi anası Züleyxa haqqında şerini yazdı: Ana dedim, ürəyimə yanar odlar saçıldı, Ana dedim, bir ürpəriş hasil oldu canımda, Ana dedim, qarşımda bir gözəl səhnə açıldı, Ana dedim, fəqət onu görməz oldum yanımda. Ana, ana!... Bu kəlmənin vurğunuyam əzəldən, Onu gözəl anlatamaz düşündüyüm satırlar. Ana olmaz bizə hər bir “yavrum” deyən gözəldən, Çünki onun xilqətində ayrıca bir füsun var. Başqa aləm yaşamadım böylə gözəl biçimdə, Onu kimsə gözəlliyin cilvəsində yaratmış; Ana, ana... çiçəkli bir fidandır ki, içimdə Ta əzəldən kök salaraq, ürəyimdə boy atmış. O fidanı bəzi vaqıt istiyorum çəkərək, Qoparayım ürəyimdən, fəqət onda varlığım Sızıldarkən, sanki bir səs qopub incə və titrək Bir lisanla söylüyor ki: - Mənə dəymə, yazığım! Çünki səni mən bəslədim, mən böyütdüm, oxşadım, Söylədiyin sözlər ki var beşiyinin üstündə
Şiir
Elçin, Bayraqdar povestindən.
Aydın məsələdir ki, dünyanın ən qəmgin yerlərindən biri qəbirstanlıqdır, amma Bakıdan gələn və elektrik qatarı yolunun sağında, sovet vaxtı tikilməyə başlamış və o vaxtdan bəri tikintisi yarımçıq qalmış bir binanın arxasında salınmış bu qəbirstanlıq həm də, yəqin, dünyanın ən kasıb qəbirstanlığı idi. Buradakı qəbirlərin başdaşı həmin yarımçıq tikintinin divarlarından sökülüb-qoparılıb gətirilmiş kubik daşlar bu kiçik qəbirstanlığa elə bir abu-hava verirdi ki, elə bil, bu qəbirlərin özləri də qaçqın idi, hardansa qaçıb gəlmişdilər.
Şəxsi düşüncələrim
Sizcə cənnət və cəhənnəm haradır, necədir, nəyə bənzəyir? 7 mərtəbə yuxarı, 7 mərtəbə aşağı, mələklər, şeytanlar, sehrli ağaclar, alov ya nə? Sizcə Allah insanları günah və savabları üçün cəzalandırmaq və yaxud mükafatlandırmaq üçün neçə qatlı məkan mı yaradıb? Məncə yox. Cəza və mükafat mexanizmi biz özümüzük, daha doğrusu daşıdığımız bir şey. Vicdan! Heç kim 100% yaxşı və ya pis deyil. YinYang pisliyin içində yaxşılıq və yaxşılığın içində pislik. Ən kiçik günahınızda ağırlaşan vicdanınızı və ən kiçik sabahda yüngülləşən ruhunuzu düşünün. Cənnət də cəhənnəm də vicdanımızdır. Ona görə çətinliyə düşəndə ilk vicdanımızı qorumağı öyrənməliyik. Bu dünyada cənnəti də cəhənnəmi də yaşamaq öz əlimizdədir. Günahkarlar vicdanları ilə cəzalandırıldılar bəs məzlumların yaşadıqları nolacaq?! Çox qorxulu bir yuxu gördüyünüzü düşünün. Başınıza ağır şeylər gəlir. O yuxudan oyanırsınız bəzən heç xatırlamırsınız da. Bax belə. Ölmək son deyil, başqa bir dövrün başlanğıcıdır. Və həmin məzlumlar da digər dünyada daha geniş bir ruh, daha açıq bir beyin və anlama qabiliyyəti ilə mükafatlandırılırlar. Və güclü iman, ruhun aydınlıq və azadlığı çox vaxt böyük bir çətinlikdən sonra gəlir.
Fəlsəfi Düşüncə
“Evlənəcək oğlanlara tövsiyyəm var. Evlənmək istədiyiniz xanım öz doğma atasından narazıdırsa (istisnalar: ata alkaşdır, ata səviyyəsizdir, ata dələduzdur), həmin xanımla ailə qurmayın”. Onun sözlərinə görə, qız əgər onun əziyyətini çəkmiş doğma atasının qədrini bilmirsə və ona nankorluq edirsə, çətin ona yad bir kişiyə hörmət və qayğı bəsləsin: “Desəniz ki, niyə bu qeydimi qızlar haqqında verib, oğlanlar haqqında yazmıram? Məsələ valideynə münasibətdən gedir, valideyn də insan üçün müqəddəs varlıqdır. Oğlanlar adətən valideyinlərindən razı olur - anasından da atasından da. Qızların beyinlərini isə “valideyinlərin sənə uşaqlıqda travma yaşadıblar” deyən şarlatan - 2 həftəlik sertifikatlı psixoloqlar pozur, poza bilir. Dinə görə, hansı övladdan valideynlər razı olarsa, Allah da həmin övladdan razı olar; mənası - valideyinlərinizə qarşı xoş davranın”. Professor qızlara da tövsiyə verib: “Bilirik ki, xoşunuza gələn oğlan tipi vurub-dağıdan, qolu zorba avara tiplərdir, cibində pulu olsa, ondan yaxşısı ümumiyyətlə yoxdur sizin üçün. Qadınlarda bu istək qəbilə dövründən qalan şüuraltı bir faktordur: çünki bu tipdə bir kişi həmin qadını və onun övladlarını qoruyub saxlaya biləcək. Amma bu tip oğlanlar da ailəsinə qarşı o qədər sadiq, həssas və nəzakətli olmurlar, məsələn çəkdiyi siqaretin kötüyünü yerə atır, qısacası xuliqan tiplər. Siz heç görmüsünüz kitabxanada elmlə məşqul olan oğlanları qızlar bəyənsin? Çox nadir hallarda. Qızlar özlərinə yaxşı ər seçmək istəyirlərsə, başıaşağı, mədəni, işgüzar, elmə və sənətə yaxın, altruizmlə dolu oğlanlara diqqət yetirsinlər. Onlar daha təxmin oluna bilən, daha sabit tiplərdir”. Hüquq üzrə Fəlsəfə Doktoru və Professor Fərhad Mehdiyev
Felsefe-Düşünce