Əslində, anlayırdım. Bilirdim ki, kişi cinsindən olanların çoxu qadınla cinsi əlaqədə ikən o qadının özünə olan sevgidən və bədəni ilə fiziki təmasdan daha çox onun üzərində qazandığı hakimiyyətdən, namusunu ləkələyib mənliyini qırmaqdan həzz alırlar. Elə bu səbəbdən həmin “kişilər” özlərinə evdən kənar yataq yoldaşı axtararkən daha artıq həzz yaşamaq üçün evli, nişanlı və ya hicablı qadınlara üstünlük verirdilər.
Sayfa 298·Kitabı okuyor
Həzrət Peyğəmbər İmam Əliyə buyurub ki, mənim vaxtımda dava "tənzil" (Quranın nazil olması) üstündədir və nəzəri baxımdan dost ilə düşməni ayırd etmək asandır. Amma məndən sonra sənin vaxtında dava "təvil" (Quranın təfsiri) üstündə olacaq. Onda dostla düşməni bir-birindən seçib ayırmaq asan olmayacaq. "Təvil davası" olduqca çətin və mürəkkəbdir. Çünki həmin vaxt hamı, hətta düşmənlər və Quranı qəbul etməyənlər onu qəbul etdiyini iddia edir. "Təvil davası" zamanı hamı maskalanır. Heç kəs meydana çıxıb əsl siması ilə ürək sözünü demir, həqiqi etiqadını, məqsədini pərdə arxasında gizlədir; hamı söz oyunu oynayır; hamı din adından danışır və dindən başa düşdüklərini qeyd-şərtsiz düzgün hesab edir. Onlar İslamı neytrallaşdırır, prinsipsizləşdirir, dəyanətsizləşdirirdilər ki, ondan sui-istifadə edə bilsinlər.
Sayfa 13·Kitabı okuyor
Kitap Alıntısı
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Bir şey nə qədər göz önündədirsə o qədər görünməzləşər. Bir çiçəyə və ya ayın səmadakı hərəkətinə nə qədər diqqətlə baxmağa çalışırsınız çalışın onların hərəkət halını sezə bilməzsiniz. Ancaq müəyyən müddət sonra onlara təkrar baxsanız və ya bütün bunları davamlı olaraq lentə alıb, sonra həmin kadrlara sürətli şəkildə baxsanız ayın necə yer dəyişdiyini, çiçəyin isə ləçəklərini içəri doğru qıvırdığını asanlıqla görə biləcəksiniz.
Üzün sirkə satır...
Bir kəndli kiçik küpəyə bal töküb hər gün satmağa çıxarmış. Bütün günü uca səslə "Bal!Bal!", -deyə qışqırsa da,bir qaşıq belə satmadan axşam evə qayıdarmış. Arvadı narahat olmağa başlayır: "Axı o niyə balını sata bilmir?" Bir gün ərinin arxasınca düşüb onu güdür. Görür ki, kişi üz-gözündən zəhrimar yağa-yağa "Bal! Bal!",- deyə qışqırır. Kişi həmin gün yenə də balını satmadan evə dönəndə arvadı deyir: -Mən bilirəm,sən niyə balını sata bilmirsən; sənin dilin bal satır,üzün isə sirkə...
Sayfa 185·Kitabı okuyor
Alıntı
Sənin mayan belə yoğurulub, yoxsa həmin dəqiqələrdə həqiqətən ağlını itirmişdin? İnan, düşünəndə dəhşətə gəlirəm. Bütün gecəni fikirdən yatmamışam. Yəni bu ölkədə bir nəfər də olsun halal süd əmmiş, əxlaqlı, tərbiyəli qız qalmayıb? Yəni, doğrudanmı, dünyanın axırı yaxınlaşır?
Sayfa 210·Kitabı okuyor
İnsanlar xoşbəxtliyi başqa birində tapacağına inanır. Çünki xoşbəxtliyin nə olduğunu və nə olmadığını qavramırlar. İtirdiyin nəyinsə harada olduğunu bilmirsənsə, o şey hər yerdə ola bilər. Eyni məntiqlə, haqqında heç bir şey bilmədiyin nəyəsə inanmaq daha asandır. Ancaq həmin şey haqqında hər şeyi öyrəndikdən sonra inanmağa davam etmək, çətin olan budur. İnsanın gerçək kimliyini unutması yaşamın doğurduğu fövqəltəbii hadisədir. Və demək olar hər insan üçün qaçınılmazdır.